ATƏT DTİHB-nin addımı ölkəmizin demokratik imicinə zərbə vurmağa yönəlib
18.09.2015 [09:59]
Seçki keçirilməmişdən iki ay öncə təşkilatın sərgilədiyi mövqe ədalət prinsiplərindən tamamilə uzaqdır
Azərbaycan cəmiyyəti növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Eyni zamanda, artıq bir sıra siyasi partiyalar da seçkilərdə iştirak etmək qərarı veriblər və xeyli sayda namizədlər irəli sürülüb. Artıq bu günə qədər namizədliyi təsdiq olunmuş şəxslərin sayı 500-dən çoxdur. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır. Bu baxımdan qarşıdan gələn parlament seçkilərinin də azad və ədalətli keçiriləcəyi şübhəsizdir.
Onu da qeyd edək ki, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti daim seçkilərin geniş beynəlxalq müşahidə missiyaları tərəfindən izlənilməsində maraqlıdır. Məhz buna görə də müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkələrin parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. Həmçinin Azərbaycanda seçkiləri müşahidə etmək üçün prosedurlar da çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləyə bilir. Fakt üçün xatırladaq ki, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərini on minlərlə yerli, 1400 nəfərə qədər isə beynəlxalq müşahidəçi izləmişdi.
Təbii ki, qarşıdan gələn parlament seçkilərini də beynəlxalq müşahidəçilər izləyəcək. Artıq bəzi təşkilatlar bu məqsədlə müşahidə missiyalarını təşkil ediblər. Lakin çox təəssüf ki, bəzi təşkilatların müşahidə missiyaları seçkinin necə keçirilməsindən asılı olmayaraq, onun demokratikliyinə kölgə salmaq niyyətini indidən büruzə verir. Bu istiqamətdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyasını misal göstərmək olar. Əvvəlcə qeyd edək ki, DTİHB Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli müşahidəçi, 350 qısamüddətli müşahidəçi göndərəcəyini açıqlamışdı. Lakin təşkilatın yaydığı seçkiöncəsi bəyanat DTİHB-nin bu missiyasının məramının heç də xoş olmadığını göstərdi. Üstəlik daha sonra qurum ölkəmizə müşahidə missiyası göndərməkdən imtina etdi.
ATƏT DTİHB-nin bu addımı, təbii ki, ölkəmizdəki demokratik mühiti gözdən salmağa yönəlib. Əslində isə, Azərbaycan hökuməti ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirərək seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərmişdi. Amma bu qurum qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayına dair Azərbaycan tərəfinin hazırladığı təklifləri qəbul etməyib. Yəni ATƏT DTİHB Azərbaycan tərəfi ilə suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirakdan imtina edib. Bu isə, öz növbəsində, ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına ziddir. Bütün bunlarla qurum Azərbaycanda noyabr ayında keçiriləcək parlament seçkilərinin şəffaflığına kölgə salmaq niyyəti güdür. Seçki keçirilməmişdən təşkilatın belə bir addımı məhz bu məqsədə xidmət edir.
Qeyd edək ki, bu təşkilat hər zaman Azərbaycanda keçirilən seçkilərlə bağlı qərəzli mövqe ortaya qoyub. Öz mövqeyində obyektivlik meyarına əməl etməyən DTİHB müəyyən xarici qüvvələrin sifarişlərini yerinə yetirir. Amma onların Azərbaycanla bağlı məkrli niyyətləri heç zaman reallığa çevrilməyib. Çünki ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur. Xalqla hakimiyyətin birliyi bu qüvvələrin niyyətlərini puç edir. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb və bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir. Eyni zamanda, hansısa təşkilatın seçkilərin nəticələri haqqında rəyi Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Artıq bunu həmin qüvvələr də anlayırlar ki, qeyri-obyektiv hesabatlar hazırlamaqla heç bir şeyə nail ola bilməyəcəklər. Çünki seçki məsələsində Azərbaycan xalqının iradəsi və mövqeyi əsasdır.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

