“Azadlıq” qəzeti islamofob dairələrin ruporu kimi...
08.09.2015 [10:03]
Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyası aparan bu qəzet ermənipərəst, anti-azərbaycançı mərkəzlərlə sinxron hərəkət edir
Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Bu isə Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Bütün bunlar isə ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir.
Eyni zamanda, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin, mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Beləliklə, müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar kimi çıxış edir.
Bütün bunlarla yanaşı, Azərbaycanın dinamik iqtisadi inkişafı, beynəlxalq münasibətlər sistemində öz mövqeyini ardıcıl olaraq möhkəmləndirməsi ölkəmizlə əməkdaşlıq münasibətlərinə malik olan dövlətlər tərəfindən müsbət qarşılansa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Buna görə də həmin anti-Azərbaycan dairələr dövlətimizə təzyiq etmək üçün nəinki Azərbaycana qarşı “qara piar” kampaniyası aparır, müxtəlif məsələlər ətrafında spekulyasiya yaratmağa çalışırlar.
“Azadlıq” ənənəvi ampluasında...
Xüsusilə də, anti-Azərbaycan dairələr bəzi transmilli media orqanları vasitəsilə Azərbaycana qarşı “qara piar” kampaniyasını davam etdirməyə çalışır, müxtəlif dezinformasiyalar vasitəsilə ölkəmiz haqqında yanlış ictimai rəy formalaşdırmağa yönəlik cəhdlər edirlər. Eyni zamanda, radikal müxalifət düşərgəsinin nəzarətində olan bəzi yerli media orqanları da bu prosesdə anti-Azərbaycan dairələr və erməni lobbisi ilə sinxron hərəkət edərək antimilli cəbhədə yer alırlar. Bu baxımdan, dağıdıcı ünsürlərin ruporu kimi çıxış edən “Azadlıq” qəzeti xüsusi olaraq fərqlənir.
Ümumiyyətlə, Azərbaycan daxilində nüfuzu və geniş oxucu kütləsi olmayan “Azadlıq” qəzetinin hansı imicə sahib olması və kimlərə xidmət etməsi ictimaiyyətə yaxşı bəllidir. O da məlumdur ki, bu qəzeti ölkədən xaricdə, beynəlxalq miqyasda əsasən erməni KİV-i, xüsusən də ermənilərə məxsus internet saytları kifayət qədər “ciddi” izləyir. Bu isə təsadüfi xarakter daşımır, çünki “Azadlıq” qəzetində əksini tapan qərəzli məlumatlar çox zaman erməni lobbisinin məqsəd və maraqlarına, anti-Azərbaycan dairələrin fəaliyyətinə uyğun gəlir.
“Azadlıq” qərəzli xarici qurumlardan, qeyri-hökumət təşkilatlarından maliyyə və ideoloji asılılıq şəraitində fəaliyyət göstərir
Beləliklə, öz səhifələrində daim antixalq ruhunda yazı və məlumatlara yer verən bu qəzet fəaliyyətini bütünlüklə kiçik bir dairənin, əsas etibarilə, islamofob qüvvələrin dağıdıcı, antimilli siyasi ambisiyalarını təmin etmək üçün qurur. Daha da dəqiq desək, islamofob dairələrlə sinxron hərəkət edən, onların direktivlərinə əməl edən “Azadlıq” qərəzli xarici qurumlardan, qeyri-hökumət təşkilatlarından maliyyə və ideoloji asılılıq şəraitində fəaliyyət göstərir. Təsadüfi deyil ki, ölkəmizin bir nömrəli problemi olan, ümumxalq əhəmiyyətli Dağlıq Qarabağ məsələsində belə, bu qəzet anti-Azərbaycan mövqeyi sərgiləyir, səhifələrini qərəzli dairələr və ermənilərin maraqlarına müvafiq informasiyalarla “bəzəyir”. Bütövlükdə isə, “Azadlıq” müxtəlif dairələrin, hegemon dövlət olmaq iddiası ilə çıxış edən geosiyasi subyektlərin, islamofob dairələrin Azərbaycana qarşı qərəzli münasibət və yanaşmasına tribuna verməklə anti-Azərbaycan mövqeyi sərgiləyir.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

