“Nezavisimaya qazeta” erməni separatçılarının “bayram” əhvalını korladı
04.09.2015 [10:11]
Erməni separatçıları Dağlıq Qarabağın qondarma “müstəqilliyi”nin 24 illiyini qeyd etdiyi bir gündə - sentyabrın 2-də Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri işğalçıların əhvalını korlayan məqalə ilə çıxış edib.
Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun erməni yalanlarını ifşa edən geniş yazısında rəsmi İrəvanın uzun illər erməni ictimaiyyətindən gizlətdiyi tarixi faktlar və ilkin mənbələr açıqlanır.
Bildirilir ki, hazırda dünya elmi ilə erməni tarixşünaslığı arasında böyük bir uçurum yaranıb. Lakin hətta erməni mənşəli dünya alimləri belə Ermənistanın dəhlizlərində uydurulan yalançı tarixin təbliğindən imtina etdiyi bir vaxtda, rusiyalı politoloq Anton Yevstratov avqustun 19-da “Nezavisimaya qazeta”da yer almış məqaləsində bu yalanları yaymağa çalışıb.
Elə bu səbəbdən Fuad Axundov qərara gəlib ki, tarixi həqiqətləri əks etdirən bir sıra danılmaz faktları məhz “Nezavisimaya qazeta” vasitəsilə açıqlasın.
Söhbət o faktlardan gedir ki, onlara görə ötən əsrin əvvəlində Ermənistan Elmlər Akademiyasına rəhbərlik etmiş akademik İosif Orbeli öz kitabının bütün tirajını çapdan çıxar-çıxmaz məhv etməli olmuşdu. Elmi dairələrin 100 ilə yaxın idi ki, itmiş hesab etdiyi bu əsər, ilk dəfə olaraq bir neçə il bundan əvvəl Fuad Axundov tərəfindən Sankt-Peterburq arxivlərində tapılaraq, ictimailəşdirilib.
Həmin faktlara istinad edən Prezident Administrasiyasının sektor müdiri vurğulayır ki, rusiyalı politoloq Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən Qanzasar alban məbədini “orta əsrlərdə Ermənistanın dini və siyasi mərkəzi” adlandırmaqla, kobud tarixi saxtakarlığa yol verib.
“Əgər Qanzasar doğrudan da ermənilərin siyasi və dini mərkəzi idisə, bəs onda Eçmiadzin və ya Vaqarşapat harada idi?”, - deyə F.Axundov soruşur və əlavə edir ki, orta əsrlərdə erməni dini mərkəzi buradan minlərlə kilometr uzaqda, Kiçik Asiyada, elə ermənilərin özlərinin yaşadıqları Fərat çayının sahillərində yerləşib.
Hətta ermənilərin indiki dini mərkəzi olan Eçmiadzin belə üç məbəddən ibarət Alban kilsəsinin xarabalıqlarında yaradılıb. Təsadüfi deyil ki, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının bütün fərmanlarında həmin ərazi “Azərbaycan ölkəsində yerləşən Üçkilsə” adlandırılır. Bu sənədlər uzaqda deyil, elə Ermənistanın özündə - əlyazmalar institutu Matenadaranda saxlanılır və onları vaxtilə erməni alimi Papazyan üzə çıxarıb.
Əgər Qanzasar, Yevstratovun iddia etdiyi kimi, erməni siyasi və dini mərkəzi olubsa, onda necə olub ki, o, Azərbaycan ərazisində yerləşib?!
Görünür, rusiyalı politoloqun rus imperatorları Birinci və İkinci Pyotr və Birinci Pavelin fərmanlarından da xəbəri yoxdur. Olsaydı, bilərdi ki, onların bütün fərmanlarında bu ərazilər Azərbaycan adlandırılıb. Bütün bunları Yevstratovun diqqətinə çatdıran Fuad Axundov ilk dəfə olaraq həmin fərmanların surətini də açıqlayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

