/ / Türkmənistanın bitərəfliyi: milli mənafelərin və dünya birliyinin prioritetlərinin əlaqələndirilməsi
Türkmənistanın bitərəfliyi: milli mənafelərin və dünya birliyinin prioritetlərinin əlaqələndirilməsi
29.08.2015 [11:08]
Ölkə Konstitusiyasına və BMT Baş Məclisinin “Türkmənistanın daimi bitərəfliyi haqqında” 1995-ci il dekabrın 12-də yekdilliklə qəbul edilmiş xüsusi qətnaməsinə əsasən, Türkmənistan daimi bitərəflik beynəlxalq-hüquqi statusuna malikdir. Beləliklə, Türkmənistanın analoqu olmayan, beynəlxalq münasibətlər tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən ilk dəfə təsdiq edilmiş beynəlxalq-hüquqi statusu bu dövlətin sülhsevər xarici siyasətinin hamı tərəfindən etiraf edilməsi, onun beynəlxalq münasibətlərin sülh yolu ilə inkişafına, ümumi təhlükəsizliyin və sabit tərəqqinin təmin edilməsinə layiqli töhfə verməyə qabil olan nüfuzlu bir ölkə kimi rolunun təsdiqi oldu.
Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2015-ci ildə Türkmənistanın daimi bitərəfliyinin 20-ci ildönümünün təntənəli şəkildə və geniş miqyasda bayram edilməsi məqsədilə Türkmənistanın Ağsaqqallar Şurası 2015-ci ilin “Bitərəflik və sülh İli” elan olunmasını qərara alıb. Bu da təsadüfi deyil, çünki bitərəfliyin Türkmənistan modeli özünün həyat qabiliyyətini praktikada təsdiq edib, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinin, sülh naminə, xalqların və ölkələrin davamlı inkişafı naminə konstruktiv dialoqun və tərəfdaşlığın güclü amillərindən birinə çevrilib.
Bu gün dünya birliyi şahiddir ki, ölkənin bitərəfliyinin artan xarici siyasət resursu Türkmənistan liderinin rəhbərliyi ilə sülhə, təhlükəsizliyə və davamlı inkişafa nail olmaq məqsədilə siyasi-diplomatik vasitə kimi tətbiq edilir. Türkmənistan Prezidenti bitərəfliyə əsaslanan xarici siyasətin ənənəvi təməl prinsiplərini yaradıcı şəkildə dərk edərək, bu prinsipləri müasir şəraitə tətbiq edərək, xarici aləmlə qarşılıqlı münasibətlərin optimal formulunu, milli və beynəlxalq maraqları uyğunlaşdıran və əlaqələndirən “qızıl bölgü” formulunu çıxara bilib. Türkmənistan dövlətinin dayaqlarının vəhdətini və möhkəmliyini, türkmən xalqının keçdiyi tarixi yolun və qazandığı zəfərlərin möhtəşəmliyini təcəssüm etdirən müstəqillik və bitərəflik dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunu və rolunu nümayiş etdirir. Türkmənistan dövlətinin bitərəfliyinin əhəmiyyəti onun geniş siyasi dialoqun tənzimlənməsi və inkişafı üçün təsirli bir alət kimi zəruriliyi səbəbindən daha da aktuallaşır. Bu dialoqun ali prinsipləri planetimizdə sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsinə yönəlmiş fundamental vəzifələr nəzərə alınmaqla hüquq bərabərliyi, qarşılıqlı hörmət və razılığa nail olmaq istəyidir. Türkmənistan rəhbərinin irəli sürdüyü müasir təşəbbüslər bu fəaliyyəti ardıcıl olaraq zənginləşdirir. Türkmənistanın açıq və sülhsevər xarakter daşıyan bitərəfliyi müasir dövrün problemlərinin həllinin birgə axtarışına yönəlmişdir. Bu, bir çox cəhətdən, Prezident Qurbanqulu Berdiməhəmmədovun Birləşmiş Millətlər Təşkilatının yüksək tribunasından bəyan etdiyi sanballı beynəlxalq təşəbbüslər və təkliflər sayəsində Türkmənistanın pozitiv coğrafi hüdudlarını da əhəmiyyətli dərəcədə genişləndirir.
Ölkəmizin xarici siyasət kursunun əsas vektoru milli mənafeləri müasir dünyanın qlobal prioritetləri ilə ahəngdar şəkildə əlaqələndirməkdir. Bu halda bitərəf Türkmənistan beynəlxalq siyasətin və diplomatiyanın əsas prinsiplərinə - sülhsevərlik və qarşılıqlı hömət, hüquq bərabərliyi və qarşılıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, planetin ölkələrinin və xalqlarının inkişafı və tərəqqisi naminə tərəfdaşlıq prinsiplərinə qətiyyətlə və dönmədən riayət edir.
Çiçəklənən Türkmənistan dövləti elə bir sülhməramlı mərkəzə çevrilib ki, orada bütün əlaqədar tərəflər həmrəyliyə nail olur, Yer üzündə sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönələn səylərini birləşdirərək sıx əməkdaşlıq edirlər. Bu baxımdan Türkmənistan öz münasibətlərini qarşılıqlı hörmət, hüquq bərabərliyi və pozitiv maraqların nəzərə alınması prinsipləri əsasında quran və öz öhdəliklərinə sadiq olan namuslu tərəfdaşdır. Müasir Türkmənistan nəinki region üçün, həm də dünyanın digər gənc dövlətləri üçün dinamik artım və dünya sivilizasiyasının qabaqcıl sıralarına inteqrasiyanın nümunəvi modelidir.
Türkmənistan dövlətinin hamılıqla tanınmış daimi bitərəflik beynəlxalq-hüquqi statusu onun xarici siyasət strategiyasının əsasını müəyyən etməklə bərabər, həm də iqtisadi artımın və ölkənin firavanlığının təmin edilməsinin ən mühüm amili, xalqın xoşbəxt həyatının etibarlı təməli qismində çıxış edir. Bu baxımdan, bitərəf Türkmənistanın geosiyasi maraqları son dərəcə sadə və eyni dərəcədə təbiidir. Bu maraqların mahiyyəti bütün dövlətlərlə dostluq münasibətləri saxlamaq, yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək, daxili artım üçün xarici şərait yaratmaqdan ibarətdir. Ölkəmiz bir-birini qarşılıqlı surətdə tamamlayan iki vektor üzrə firavanlaşmağa başlayıb - bir tərəfdən, dünya iqtisadi və siyasi məkanında dövlətimizin mövqeləri möhkəmlənir, digər tərəfdən, Türkmənistanın ən ucqar guşələrini də əhatə edən daxili islahatlar həyata keçirilir.
Bitərəflik prinsipləri davamlı inkişafın strateji məsələlərinin həllində də ölkəmizin prioritet mövqelərinin təməl daşıdır. Bitərəflik fəlsəfəsinin və onun etikasının mahiyyətini əks etdirən bu prinsiplər Prezident Qurbanqulu Berdiməhəmmədovun dövlət siyasətinin ali maraqlarını və prioritetlərini bəyan edən “Dövlət insan üçündür!” devizində ifadə olunub.
Müasir Türkmənistanda uzunmüddətli milli proqramlar həyata keçirilir. Bu proqramlar sayəsində iqtisadi sektor sabit inkişaf edir və dəyişir, xalqın sosial rifahı durmadan artır, ölkənin siması əsaslı şəkildə dəyişir, insanların mənəvi aləmi yenilənərək, yeni milli və dünya mədəniyyəti koloriti ilə zənginləşir.
Çox böyük təbii və iqtisadi imkanlarını, insan potensialını ümumi sülhün xidmətinə yönəltməyə çalışan Türkmənistan dövləti milli özgürlüyünü qoruyub saxlamaqla, dünya praktikasından, eləcə də, müstəqillik illərində topladığı təcrübəsindən ən yaxşı cəhətləri istifadə edir.
Bitərəfliyin mədəni-tarixi köklərindən danışarkən qeyd etmək lazımdır ki, Türkmənistanın yürütdüyü daxili və xarici siyasət xalqımızın bütün xalqlarla sülh və həmrəylik şəraitində yaşamaq kimi çoxəsrlik ənənələrinə tam cavab verir, dövlətimizin dünya ölkələri ilə bərabərhüquqlu əsasda münasibətlər qurmasına imkan verən bitərəflik statusuna uyğundur.
“Bitərəflik və sülh İli” xalqımızın mənəvi təmizliyinin, xeyirxahlıq etmək, maddi-mənəvi dəyərləri çoxaltmaq səylərinin təcəssümü olan çoxəsrlik ənənələrinin qədim Türkmənistan torpağında təntənəsinin rəmzidir.
Yaxın qonşular, o cümlədən, Türkmənistanın çoxəsrlik dostluq münasibətləri və tarixən təşəkkül tapan mənəvi-mədəni əlaqələrin ümumiliyi ilə bağlı olduğu Azərbaycanla səmərəli dialoqun qurulması Türkmənistanın yürütdüyü xarici siyasətin strateji vektorlarından biridir.
Qeyd edək ki, Azərbaycan Türkmənistanın BMT Baş Məclisinin müvafiq qətnaməsi ilə 1995-ci il dekabrın 12-də təsbit edilən daimi bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biri olub.
Azərbaycan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə BMT Baş Məclisinin qəbul etdiyi “Enerji daşıyıcılarının etibarlı və sabit tranziti, habelə davamlı inkişafda və beynəlxalq əməkdaşlıqda onun rolu” qətnaməsini fəal surətdə dəstəkləyib və bu qətnamənin həmmüəllifi olub. Qətnamə 2008-ci il dekabrın 19-da bu nüfuzlu beynəlxalq qurumun üzvü olan bütün ölkələr tərəfindən qəbul edilib.
Türkmənistan isə 2011-ci ilin oktyabrında BMT Baş Məclisində Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi məsələsində Azərbaycan Respublikasının namizədliyini dəstəkləyən ilk ölkələrdən biri olub.
Ölkələrimizi Türkmənistan və Azərbaycan xalqlarının çoxdankı dostluq və qarşılıqlı rəğbət ənənələrinə dayanan ənənəvi qardaşlıq münasibətləri, ümumi baza dəyərləri, beynəlxalq işlərdə sülhpərvərlik və humanizm prinsiplərinə sadiqlik birləşdirir. Avropa ilə Asiyanın qovuşuğunda əlverişli coğrafi mövqedə yerləşən ölkələrimiz siyasət, iqtisadiyyat, humanitar və sosial sahələrdə səmərəli əməkdaşlıq edirlər.
Türkmənistan ilə Azərbaycan Respublikasının sıx tərəfdaşlığına bir çox cəhətdən qlobal və regional inkişafın müxtəlif aktual məsələlərinə dair mövqe və baxışların oxşarlığı və yaxınlığı da kömək edir. Bu isə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi nüfuzlu beynəlxalq qurumlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət üçün etibarlı əsasdır.
Türkmənistan-Azərbaycan əlaqələrinin səmərəli inkişafı üçün möhkəm platforma olan fəal siyasi əlaqələr, ilk növbədə, yüksək səviyyədə əlaqələr iki ölkə arasında faydalı əməkdaşlığın irəliləyişinə kömək edir.
Türkmənistan ilə Azərbaycan Respublikasının liderləri arasında qarşılıqlı etimada söykənən ənənəvi dialoq, habelə beynəlxalq görüşlər və forumlar çərçivəsində dünyada inkişafın aktual problemlərinə dair müntəzəm fikir mübadilələri səmərəli əməkdaşlığın mühüm amilləri rolunu oynayır və tərəfdaşlığın daha da möhkəmlənməsinə kömək edir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun və Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 2014-cü il iyunun 5-də Türkiyənin Bodrum şəhərində keçirilən IV zirvə toplantısında, habelə Türkmənistan dövlət başçısının “Bakı - 2015” birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün bu il iyunun 12-də Azərbaycan Respublikasına işgüzar səfəri zamanı görüşləri bunu təsdiq edir.
Beləliklə, Türkmənistan dövlətinin daimi bitərəflik statusuna dayanan diplomatiyası beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş normalarına, müasir beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında hüquq bərabərliyi və qarşılıqlı hörmət, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə riayət edir.
Toyli Komekov
Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Xəbər lenti
Hamısına baxDünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38

