Xədicə İsmayılovaya 9 il cəza istənildi
22.08.2015 [10:57]
Dövlət ittihamçısı X.İsmayılovaya qarşı irəli sürülən maddələr üzrə onun törətdiyi cinayət əməllərinin sübuta yetirildiyini bildirib
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Ramazan Hadıyev təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı R.Hadıyev X.İsmayılovaya qarşı irəli sürülən maddələr üzrə onun törətdiyi cinayət əməlləri haqqında məlumat verib. R.Hadıyev bildirib ki, X.İsmayılova “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vergidən yayınma hallarına yol verib. Dövlət ittihamçısı qeyd edib ki, o, işçiləri qəsdən əmək müqaviləsi bağlamaqdan yayındırıb və onları daha çox xidmət müqaviləsi ilə işə cəlb edib. Lakin işçilərlə xidmət müqaviləsi bağlamasına baxmayaraq, onlar üçün əmək müqaviləsində nəzərdə tutulmuş qaydada iş şəraiti yaradılıb.
Dövlət ittihamçısı deyib ki, X.İsmayılova əmək müqaviləsi üzrə nəzərdə tutulmuş 14 faizlik vergi deyil, xidmət müqaviləsi ilə nəzərdə tutulmuş verginin 4 faizlə ödənilməsinə nail olub. Bununla da o, dövlət büdcəsinə ödənilməli olan 10 faizlik vergidən yayınaraq, dövlət büdcəsinə ziyan vurub. R.Hadıyev bildirib ki, “Azadlıq” radiosunun Bakı bürosuna verilmiş lisenziyanın müddəti 2007-ci il dekabrın 31-də başa çatıb. O əlavə edib ki, X.İsmayılovanın rəhbərlik etdiyi büro 2008-ci ilin müəyyən dövrü ərzində qanunsuz olaraq sahibkarlq fəaliyyəti göstərib.
Dövlət ittihamçısı həmçinin bildirib ki, X.İsmayılova xarici KİV-in Azərbaycandakı təmsilçisi olduğuna görə, Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməli və dövlət qeydiyyatına alınmalı olduğu halda, bunu etməyərək qanunsuz fəaliyyətlə məşğul olub. R.Hadıyev vurğulayıb ki, X.İsmayılova Tural Mustafayev adlı şəxsi həyatdan bezdirərək onu intihar etmək həddinə çatdırıb. Əvvəllər T.Mustafayevlə çox yaxın münasibətləri olan X.İsmayılova Rövşanə Rəhimova adlı qızla nişanlandığını bildikdən sonra ona qarşı münasibətini kəskin dəyişib. Belə ki, X.İsmayılova T.Mustafayevin ondan başqa bir qadınla münasibətinin olmamasını istəyirmiş. Bu hadisədən sonra T.Mustafayev “Azadlıq” radiosunun Bakı bürosundakı işindən çıxmaq məcburiyyətində qalıb.
Dövlət ittihamçısının sözlərinə görə, T.Mustafayev X.İsmayılova ilə münasibətlərinin korlandığını görüb və “Onsuz da o, mənə “Azadlıq” radiosunun Bakı bürosunda işləməyə imkan verməyəcək” deyərək radioda işdən çıxıb.
Daha sonra dövlət ittihamçısı bildirib ki, araşdırmalar zamanı müəyyən olunub ki, X.İsmayılova nüfuzundan və əlaqələrindən istifadə edərək T.Mustafayevin digər mətbuat orqanlarında işə düzəlməsinə və çalışmasına mane olaraq onu intihar etmək həddinə çatdırıb.
Dövlət ittihamçısı R.Hadıyev sadalanan cinayət əməllərinin istintaq zamanı sübuta yetirildiyini bildirib. O, X.İsmayılovanın bütün cinayət əməlləri toplanılaraq 9 il müddətinə azadlıqdan məhrum etmə, azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra isə 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum etmə ilə cəzalandırılmasını istəyib.
Müdafiə tərəfi hakimdən çıxış üçün vaxt istəyib. Hakim avqustun 26-na qədər vaxt verildiyini bildirib və növbəti məhkəmə prosesini həmin günə təyin edib.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünüöldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Bir sözlə, göründüyü kimi, jurnalist fəaliyyətini özünə “qalxan” edərək bir sıra cinayətlərə yol verən, həmçinin, yol verdiyi iqtisadi cinayətləri ört-basdır etmək üçün məsələləri fərqli məcralara, ən əsası, siyasi çərçivələrə yönləndirməyə çalışan X.İsmayılovanın niyyəti baş tutmadı. Ədalət məhkəməsində bu şəxsin yol verdiyi cinayətlər şahid ifadələri və faktlarla, eləcə də, mütəxəssislərin rəyi ilə sübuta yetirildi. Əslində, başqa cür də ola bilməzdi. Çünki hüququn aliliyini hər zaman özünün prioriteti elan edən Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və heç kəs yol verdiyi qanunsuzluqlara görə məsuliyyətdən qaça bilməz. X.İsmayılovanın məhkəmə prosesi isə bu faktı bir daha təsdiqlədi...
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

