Xədicə İsmayılova vergi pozuntularına yol verib
20.08.2015 [09:46]
Bakı Vergilər Departamentinin mütəxəssisi İmran Nurməmmədov məhkəmədə verdiyi ifadədə bu faktı təsdiqləyib
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası cinayət işi üzrə sənədlərin elan olunması ilə davam etdirilib. “Trend” xəbər verir ki, proses zamanı X.İsmayılova bir neçə vəsatətlə çıxış edib.
O, məhkəmə mühasibatlıq ekspertizasının təkrar keçirilməsi və ekspertizanı keçirmiş Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri Emin Məmmədli və Zaur Məmmədovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Dövlət ittihamçısı Ramazan Hadıyev isə ekspertizanın ətraflı keçirildiyini və elmi əsaslarla sübuta yetirildiyini bildirib, həmçinin, əlavə ekspertizanın keçirilməsinə zərurət olmadığını vurğulayaraq vəsatətin təmin olunmamasını istəyib.
Sonra X.İsmayılova cinayət işi üzrə aralıq aktını hazırlamış Bakı Vergilər Departamentinin mütəxəssisləri Elçin Əliyev və İmran Nurməmmədovun məhkəmə prosesində şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb.
Dövlət ittihamçısı R.Hadıyev vəsatəti müdafiə edib və təmin edilməsini istəyib. Hakim R.Allahverdiyeva isə həmin şəxslərin məhkəməyə dəvət olunacağını bildirib.
Daha sonra Bakı Vergilər Departamentinin mütəxəssisi İmran Nurməmmədov ifadə verərək aralıq aktında qeyd olunanları təsdiq edib. O, X.İsmayılovanın “Azadlıq” radiosunun rəhbərliyində çalışdığı zaman vergi pozuntularına yol verdiyini bildirib. İ.Nurməmmədov sonra təqsirləndirilən şəxsin bir sıra suallarını cavablandırıb.
Məhkəmə prosesi avqustun 20-də davam edəcək.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünüöldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Beləliklə, göründüyü kimi, X.İsmayılovanın hələ “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik etdiyi zamanlarda, eləcə də, ondan sonrakı müddətdə törətdiyi əməllər məhkəmədə öz təsdiqini tapır. Belə ki, hələ bir müddət öncə radionun Bakı bürosunun keçmiş əməkdaşlarından birinin şikayəti ilə “Azadlıq” radiosunun Azərbaycan xidmətində aparılan yoxlamalar nəticəsində şəffaf iş prinsiplərinin pozulduğu, nizamnaməyə əməl edilmədiyi ortaya çıxıb. Bəlli olub ki, radionun nizamnaməsinə zidd olaraq kənar maliyyə cəlb edilib. Bu isə X.İsmayılovanın özünün korrupsiyaya yönəlik fəaliyyətindən xəbər verən faktlardır.
Araşdırmalar zamanı ortaya çıxıb ki, bu radionun Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. “Azadlıq” radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olmayan bu pullar məhz X.İsmayılovanın qeyri-şəffaf və antimilli fəaliyyətinin “qazancı” sayılıb.
Beləliklə, aydın olur ki, X.İsmayılovanın sevdiyi “korrupsiya” sözü sən demə onun özünün əməlinin əsas prioriteti imiş. Bir sözlə, illərdir ki, ermənipərəst dairələrlə, konkret olaraq bir neçə mərkəzlə əlbir olan və Azərbaycanın milli mənafeyinə qarşı cəbhə açan X.İsmayılovanın məhkəmədə də əsl siması açılır. Şahid ifadələri ilə ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilir. Təbii ki, haqq yerini tapmalıdır. Azərbaycan dövlətinin maraqlarına qarşı gələn, əməlində korrupsiyaya yol verən, qanunları pozan hər bir kəs ədalət qarşısında mühakimə olunmalıdır. X.İsmayılova da bu gün əməllərinin layiqli cəzasını almaq üçün məhkəmə qarşısındadır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19

