Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azay Quliyev: Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir

Azay Quliyev: Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir

18.08.2015 [10:10]

“Şuranın maliyyələşdirdiyi layihələr aktual mövzuları əhatə edir”. Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, şura ölkəmizdə fəaliyyət göstərən QHT-lərlə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, dövlət vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir.
“QHT layihələrinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi də bu diqqətin nümunəsidir. Hesab edirəm ki, ötən dövrdə QHT-lər öz fəaliyyətini xeyli dərəcədə təkmilləşdiriblər. Təbii ki, burada dövlət-QHT münasibətlərinin inkişafı özünün müsbət təsirini göstərir. QHT-lərin təqdim etdiyi layihələrdə vətənpərvərlik mövzuları, milli maraqların qorunması, ictimai aktuallıq kəsb edən mövzular üstünlük təşkil edir. Bu fakt QHT-lərin fəaliyyətlərinin təkmilləşdirilməsinin göstəricisidir”, - deyə A.Quliyev qeyd edib.

 
Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31