Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın mövqeyi aydın və birmənalıdır

Azərbaycanın mövqeyi aydın və birmənalıdır

12.06.2015 [09:24]

ATƏT-in Vyanadakı baş qərargahına rəsmən təqdim olunmuş diplomatik qeyddə bildirilir ki, Azərbaycan ATƏT-in Layihə Koordinatorunun Bakıda fəaliyyət göstərməsinə daha ehtiyac duymur
ATƏT-in Bakıdakı ofisinin fəaliyyətinin dayandırılması üçün Azərbaycanın ATƏT-ə bir ay möhlət verməsi ilə bağlı Qərb mediası spekulyasiya yaratmağa çalışıb. Belə ki, sözügedən media qurumları bunu ölkədəki insan hüquqları və media azadlığının tənqidinə cavab kimi xarakterizə edib. Əlbəttə, bu cür subyektiv mülahizələrə söykənən qeyri-obyektiv yanaşma öz təsdiqini tapmayıb və Qərb diplomatlarının “EurActiv” saytına dedikləri məsələnin mahiyyətini bir daha aşkar edib. ATƏT-in Vyanadakı baş qərargahına rəsmən təqdim olunmuş diplomatik qeyddə bildirilir ki, “Azərbaycan hökuməti ATƏT-ə bildirir ki, ölkə ATƏT-in Layihə Koordinatorunun Bakıda fəaliyyət göstərməsinə daha ehtiyac duymur. Ofisin bağlanılması üçün verilən müddət iyulun 4-də bitir ki, bu da ABŞ-ın müstəqillik gününə təsadüf edir”.
“ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun bağlanması ilə əlaqədar olaraq təqsirləndiriləcək biri varsa, o da ABŞ diplomatıdır”
Bu məsələdə “Radio Free Europe”un (“Azad Avropa Radiosu”) canfəşanlığı da elə məsələlərə subyektiv yanaşma nümunəsi kimi çıxış edir. Burada da, guya, Azərbaycanın bu addımının artan tənqid və təzyiqlərə reaksiyası olduğu iddia edilir. “EurActiv” saytı isə yazır ki, Bakıdakı və ATƏT-in Vyanadakı baş qərargahındakı diplomatlar bildirib ki, ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun bağlanması ilə əlaqədar olaraq təqsirləndiriləcək biri varsa, o da ABŞ diplomatıdır. Qeyd edilir ki, amerikalılar Azərbaycanda hakimiyyət dəyişikliyinə can atırlar.
ATƏT-in missiya üzvləri faktiki olaraq nümayişdə iştirak ediblər
Əslində, müxtəlif mülahizələr müəyyən məqamlarda uyğunluq təşkil edir. Bu kontekstdə məsələnin aydınlaşdırılması üçün hadisələrin dinamikasına xronoloji ardıcıllıqla nəzər yetirmək gərəkdir. Belə ki, ATƏT-in Bakıdakı missiyası 2009-cu ildə açılıb, ATƏT-in sabiq səfiri Koray Tarqay mandatı dönəmində müxtəlif çətinliklərlə üzləşib. Məlumata görə, 2012-ci ilin iyulundan 2013-cü ilin iyuluna kimi Tarqay ABŞ təzyiqi altında ölkə haqqında bəzi tənqidi fikirlər bildirib. 2013-cü ilin yayında, ATƏT-in missiya üzvlərinin müxalifətin qeyri-qanuni nümayişinə qatılan zaman isə bu təzyiqlər pik həddə çatıb. ATƏT-in missiya üzvləri bu cür hadisələri müşahidə edə bilərlər, lakin burada hər hansı bir aktiv iştirak və ya müdaxilə ola bilməz. Bir sözlə, müşahidə yalnız kənardan aparıla bilər. ATƏT-in missiya üzvləri faktiki olaraq nümayişdə iştirak ediblər. Bununla bağlı mübahisə yaranıb, Azərbaycan rəhbərliyi missiyanın fəaliyyətinin dayandırılmasını istəyib.
ABŞ-ın ATƏT-dəki səfirinin siyasi xarakterli tələbləri nəyi ifadə edir?
Bu məqamda xatırlatmaq yerinə düşər ki, ATƏT-in missiyaları ölkələrin öz təşəbbüsü ilə açılır. Ukrayna və Türkiyə missiyanı yeni mandat ilə fəaliyyətdə saxlamaq üçün müdaxilə ediblər. Yeni mandat bunu siyasi bəyannamə etməyə və büronu “ATƏT-in Layihə Koordinatorluğu”na çevirməyə imkan vermir. Yeni mandat 2013-cü ilin iyulunda qəbul edilib və yeni səfir Aleksis Şahtaxtinski 2014-cü ilin martında Bakıya gəlib. ATƏT-in Layihə Koordinatorluğunun hazırda fəaliyyət göstərən internet səhifəsinin yazdığına görə, onun əsas prioritetləri ATƏT-in öhdəliklərinin uğurla yerinə yetirilməsində Azərbaycana kömək etmək terrorizmlə mübarizə, Azərbaycanda dini tolerantlığın daha da irəli aparılması, məişət zorakılığı və insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlığın və müsbət dövlətçilik layihələrinin inkişafı olub.
Məlumata görə, yeni səfir mandatına ciddi hörmət edib və siyasi bəyanatlar verməkdən, hakimiyyəti tənqid etməkdən imtina edib. Lakin ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer onun daha çox siyasi rol oynamasını, ABŞ-ın Gürcüstan və Ukraynada olduğu kimi Azərbaycanda da hakimiyyət dəyişikliyi strategiyasının davamçısı olmasını istəyib.
Diplomatik mənbələrin bildirdiyinə görə, ABŞ və Böyük Britaniyanın Vyanada Fransaya və ATƏT-in baş katibi Lamberto Zannierə qarşı təzyiqi artıb. Nəticədə ATƏT səfiri ilə mayın 31-də bitən müqaviləsini yeniləməyib.
Azərbaycan ABŞ-ın missiya üzərinə olan təzyiqlərinin artması barədə ATƏT-in Vyanadakı baş qərargahına rəsmi məlumat verib
“EurActiv”ə bildirilib ki, Azərbaycan hökuməti bunu “Əgər Şahtaxtinskinin varisi eyni qayda ilə işləsə, o da işdən azad ediləcək. Bu onun öz mandatını pozaraq işləməsinə təhrik edəcək. Bu qəbuledilməzdir”, deyə əsaslandırıb və Bakının qərarı missiyanın fəaliyyətinin dayandırılması olub. Məlumata görə, bu hadisələrdən qabaq Azərbaycan ABŞ-ın missiya üzərinə olan təzyiqlərinin artması barədə ATƏT-in Vyanadakı baş qərargahına rəsmi məlumat verib. “Xüsusi xidmət fonu olanlar insan hüquqlarından hakimiyyətin dəyişdirilməsi üçün bəhanə kimi istifadə edərək xarici siyasəti alətləşdirmək üçün ATƏT-dən istifadə edir. Lakin bu Dağlıq Qarabağ münaqişəsi səbəbindən qonşu Ermənistan ilə müharibə şəraitində olan Azərbaycanda keçməz”, - deyə bildirilib.
Azərbaycan heç bir supergücün təsiri altında olmaq niyyətində deyil
Mənbədə o da diqqətə çatdırılıb ki, ATƏT-in Bakı missiyasının Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmağa mandatı yoxdur. Bu işlə ATƏT-in Minsk qrupu məşğul olur. Vurğulanıb ki, Amerikanın Azərbaycanı əsassız tənqid etməsi hallarına son qoyulmalıdır. Burada hər hansı qeyri-müəyyən planlar yox, əməkdaşlıq və tərəfdaşlıqla, o cümlədən, tədrici inkişafla bağlı dinamik yanaşmalar ortaya qoyulmalıdır. Əslində, zəngin karbohidrogen ehtiyatlarına malik olan, Azərbaycan müstəqil siyasət aparır, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri əsasında tərəfdaşlığa meyillidir. Rəsmi Bakı heç bir supergücün təsiri altında olmaq niyyətində deyil, eləcə də, Avropa İttifaqı ilə assosiasiya sazişi bağlamaq istəmir. Qərblə Şərqin qovuşuğunda yerləşən, sivilizasiyalararası dialoqa töhfələr verən Azərbaycan Avropa ilə Asiya arasında, eləcə də, Müsəlman və Xristian dünyası arasında körpü rolunu oynamaq istəyir.
NURLAN

 
Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31