“Dialoq transformasiya vasitəsi kimi”
19.05.2015 [09:52]
Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dialoq transformasiya vasitəsi kimi. Zorakı ekstremizmə qarşı mübarizə: dini plüralizmin təşviqində və ümumi rifah halının yüksəldilməsində dini liderlərin rolu” mövzusunda ikinci plenar iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, plenar iclasın təşkilatçısı BMT-nin Sivilizasiyalar Alyansı, moderatoru isə Sivilizasiyalar Alyansının katibi Nihal Saad olub.
İclası BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser açıb.
Nassir Abdulaziz Al-Nasser deyib: “Radikal ekstremizm müasir dövrün qlobal problemidir. Həm dünya, həm də dini liderlər, siyasətçilər, ictimai xadimlər şərin bu təzahürünə qarşı mübarizə aparmaq naminə birləşməlidirlər”. Onun sözlərinə görə, radikal ekstremizmə qarşı mübarizə mürəkkəb məsələdir. Odur ki, şərə qarşı vahid mübarizə strategiyasının müəyyən edilməsinə çox ciddi yanaşmaq lazımdır. Natiq vurğulayıb ki, terrorizmə qarşı qlobal mübarizə strategiyası təqdim etməsi BMT-nin böyük nailiyyəti olub.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi deyib: “Bütün ənənəvi dinlərin nümayəndələri mövcud münaqişələrin həllinə və yenilərinə yol verilməməsinə, xalqlar və dövlətlər arasında dostluğun və əməkdaşlığın inkişafına yönəlmiş sülhməramlı fəaliyyətlərindən danışırlar. Deməli, dini icmalar, onların liderləri və təmsilçiləri dünya ictimaiyyətinin mühüm tərkib hissəsidir, sülhün və təhlükəsizliyin təmin olunması vəzifəsi onların çiyinlərinə düşüb”.
HR Ofisinin Kabinet rəhbəri, səfir Tariq əl-Ənsari, Abuja Baş Yepiskopu, kardinal Con Onaiyekan, Avropa Kilsələr Konfransının vitse-prezidenti Metropolitan Emmanuel, Sülh naminə Dinlər Birliyinin baş katibi Vilyam F.Vendley, ATƏT-in Antisemitizmə qarşı Mübarizə üzrə xüsusi nümayəndəsi ravvin Endryu Beyker, UNESCO-nun İcraçı Şurasının sədri, Misirin UNESCO yanında daimi nümayəndəsi, səfir Məhəmməd Sami Əmir və başqaları vurğulayıblar ki, terrorizmə və radikal ekstremizmə qarşı mübarizədə dini liderlərin çiyinlərinə böyük məsuliyyət düşür. Bu gün terrorizm və zorakı ekstremizm bütün cəmiyyətlərimizi narahat edir. Təəssüf ki, radikal ekstremist dairələrin qurbanları çox vaxt müasir gənclər olur.
Natiqlər bildiriblər ki, BMT Təhlükəsizlik Şurası (TŞ) beynəlxalq səviyyədə terrorizmə qarşı mübarizə aparmaq məqsədi ilə səylər göstərir. Ötən ilin sentyabrında TŞ çərçivəsində terrorizmin yayılmasının qarşısının alınması üzrə fəaliyyət planı qəbul edilib. Bu plan vətəndaşların terrorçulara qoşulmaq məqsədilə bu və ya digər dövlətlərin ərazilərindən keçməsinin qarşısını almaq üçün müxtəlif ölkələr ilə əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur. Radikal ekstremizmə qarşı mübarizədə səylərin birləşməsi əsas vəzifəmizdir.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı plenar iclasda çıxışında deyib: “Bakı Forumu tarixi hadisədir. Bu mövzu çox aktualdır. Biz belə bir suala cavab tapmalıyıq: nə üçün dini radikalizm və ekstremizm yaranır? Onların aradan qaldırılması üçün biz nə edirik? Bunun həm dini, həm siyasi, həm də sosial səbəbləri var. Tarixə müraciət etsək görərik ki, din birbaşa siyasətə müdaxilə etdiyi zaman radikalizm və ekstremizm çalarları əldə edir. Dövlət teokratik hakimiyyət formasına çevrilir. Din, əxlaq və vicdan azadlığı anlayışı kimi qalsaydı, insanlar din pərdəsi altında bir-biri ilə mübarizə aparmazdılar”.
M.Qurbanlı qeyd edib ki, bu gün ayrı-ayrı dinlərin daxilində də mübarizə gedir. Onun fikrincə, diqqəti dini maarifləndirmə və təhsil məsələlərinə yönəltmək lazımdır. Nadanlıq və savadsızlıq olan yerdə mütləq radikalizm və onun fəsadları yaranır.
M.Qurbanlı vurğulayıb ki, bu gün Azərbaycan dini tolerantlıq nöqteyi-nəzərindən nümunəvi ölkə sayılır. Dövlət büdcəsindən hər il müxtəlif dini icmalara yardım ayrılır. Azərbaycan əhalisinin 96 faizi müsəlman, yalnız 4 faizi digər dinlərin nümayəndələridir. Buna baxmayaraq, ölkədə bütün dinlər üçün bərabər şərait yaradılıb, xristian məbədləri və kilsələr, sinaqoqlar inşa edilir və bərpa olunur. Dövlət Komitəsinin sədri bildirib ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinə tolerantlıq, dözümlülük və hörmət hissləri aşılamaq üçün əhali arasında geniş maarifləndirmə işləri aparılır. Əhalinin dini problemlərinin açıq müzakirə edildiyi və həll olunduğu dialoq məkanları yaratmaq missiyasına xidmət edən dini birliklər və din xadimlərinin klubları ilə əlaqələr üzrə ictimai şuralar fəaliyyət göstərir.
Sonda iclas iştirakçılarının sualları cavablandırılıb.
Plenar iclasdan sonra forum işini seminarlarla davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

