“Sport for rights”: Azərbaycana qarşı “qara piar” kampaniyasında növbəti “səhnə”
14.05.2015 [10:00]
Törəmə qrupun bu günlərdə Brüsseldə düzənlədiyi tədbirdə ölkəmizlə bağlı qeyri-obyektiv, həqiqətdən uzaq iddialar səsləndirilib
Müasir dövrdə ksenofobiya, irqçilik, dini dözümsüzlük kimi halların artdığı Avropada ölkələri, xalqları ayıran yox, yaxınlaşdıran ideyaların, dəyərlərin təbliğinə böyük ehtiyac yaranıb. Bu cəhətdən Azərbaycanın nümayiş etdirdiyi xoş məram təqdirəlayiqdir. Ölkəmiz bütün bəşəriyyətin gələcəyi üçün təhdidlər yaradan mənfi təzahürlərin müzakirə edildiyi və çıxış yolları arandığı beynəlxalq forumlara ev sahibliyi etməklə qlobal əməkdaşlığa öz töhfəsini verir. Azərbaycan, həmçinin, cari ilin iyununda ev sahibliyi edəcəyi birinci Avropa Oyunları ilə bağlı da öz ənənəsinə sadiqlik nümayiş etdirir. Ölkəmiz tarixdə ilk dəfə Avropanın 50 ölkəsinin 6000 idmançısını bir araya gətirəcək yarışların dostluq, həmrəylik bayramına çevrilməsi üçün lazım olan bütün addımları atır.
Lakin Qərbdəki ayrı-ayrı KİV-lər, “Human Rights Watch”, “Freedom House”, “Article XIX”, “Sərhədsiz Reportyorlar”, “Transparency İnternational” kimi “beynəlxalq” təşkilatlar üçün bu kimi yüksək dəyərlərin heç bir önəmi yoxdur və onlar üçün önəmli olan qərəzdir, ambisiyalardır, məmnuniyyətlə yerinə yetirdikləri sifarişlərdir. Birinci Avropa Oyunları ərəfəsində ABŞ-dakı müəyyən qüvvələr, Avropa ölkələrindəki islamofob dairələr və xaricdəki erməni lobbisi tərəfindən idarə olunan Azərbaycana qarşı növbəti “qara piar” kampaniyası buna sübutdur.
Məlumdur ki, anti-azərbaycançı qüvvələr bir qayda olaraq ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində xüsusilə fəallaşırlar. Respublikamızda keçirilən mötəbər tədbirlərlə bağlı, necə deyərlər, törəmə qurumların yaradılması da sözügedən dairələrin məkrli ssenarilərinə daxildir. Məsələn, məlum qüvvələr 3 il bundan əvvəl Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinə kölgə salmaq üçün “Demokratiya naminə oxu” qrupunda birləşmişdilər. Birinci Avropa Oyunları ərəfəsində isə haradansa “Sport for rights” (“İnsan haqları naminə idman”) peyda olub.
“Sport for rights”ın adından da açıq-aydın görünür ki, haqqında bəhs olunan qüvvələr qurumu manipulyasiya vasitəsi qismində yaradıblar. Mövsümi törəmə qurumun ətrafına topladığı simalar da Azərbaycan cəmiyyətinə yaxşı tanışdır: Rebeka Vinsent, Georgi Qoqia, Silvia Şenk və Dinara Yunusova kimi ermənilərin çaldıqları havalara məmnuniyyətlə qol qaldıran ünsürlər... Qeyd edək ki, haqqında bəhs olunan şəxslər Azərbaycan əleyhinə təbliğat kampaniyalarında hər zaman öndə gedirlər və səslərini daha ucadan çıxartmağa çalışırlar.
“Sport for rights” son olaraq birinci Avropa Oyunlarına qarşı apardığı qərəzli kampaniyanın tərkib hissəsi kimi, Avropa Parlamentində düzənlədiyi tədbirlə gündəmə gəlib. “Bakı Oyunları. İnsan haqları uğrunda mübarizə” mövzusunda keçirilən tədbirdə çıxış edən “Sport for rights” antitəbliğat qrupunun moderatoru Rebeka Vinsent və qrupun fəalları Georgi Qoqia, Silvia Şenk, necə deyərlər, əsas məsələni - birinci Avropa Oyunlarını “unudaraq” ölkəmizlə bağlı həqiqətdən uzaq, absurd, yalnış iddialar səsləndiriblər. “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri, törətdiyi konkret cinayət əməllərinə görə barəsində həbs qətimkan tədbiri seçilən ermənipərəst Leyla Yunusovanın qızı, hazırda xaricdə “lövbər” salan Dinarə Yunusovanın çıxışı da təmsil etdiyi ailənin Azərbaycana ənənəvi nifrət ruhu üstündə köklənib.
Göründüyü kimi, “Sport for rights”ın Avropa Parlamentində Azərbaycan əleyhinə təşkil etdiyi növbəti tədbirdə də ölkəmizin reallıqları başdan-ayağa təhrif edilib. Cəmiyyətin demokratikləşdirilməsi, fundamental insan və vətəndaş hüquq və azadlıqlarının daha dolğun təmin olunması, azad mətbuatın inkişafı Azərbaycanın dövlət siyasətinin prioritetlərinə daxildir. O başqa məsələdir ki, Azərbaycan hüquqi dövlətdir, burada vətəndaşın peşə fəaliyyəti onun yol verdiyi cinayətlərin məsuliyyətini sığortalamır. “Sport for rights”ın təmsilçilərinin məlum tədbirdə haqqında danışdıqları jurnalist Xədicə İsmayıl və “hüquq müdafiəçisi” Leyla Yunusova da məhz törətdikləri konkret cinayətlərlə bağlı həbs olunublar.
Beləliklə, “Sport for rights”ın Avropa Parlamentində Azərbaycan əleyhinə təşkil etdiyi tədbirin əsl mahiyyəti ortadadır. Mötəbər idman tədbirinin belə möhtəkirlik və siyasi manipulyasiya obyektinə çevrilməsi isə təəssüf doğurur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

