Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP növbəti ağacəkmə kampaniyası keçirib

YAP növbəti ağacəkmə kampaniyası keçirib

07.05.2015 [10:35]

Kampaniya çərçivəsində 350-dən artıq müxtəlif növ ağac əkilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP), Nərimanov rayon İcra Hakimiyyətinin və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində ağacəkmə kampaniyası keçirilib. Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının Ümummilli lideri, partiyanın yaradıcısı Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində müxtəlif aksiyalar keçirir. Onun sözlərinə görə, bu aksiyalar içərisində Bakı şəhərində yaşıllaşdırma, ağacəkmə kampaniyalarının keçirilməsi mühüm yer tutur. Artıq bu kampaniyanın keçirilməsi ənənə halını alıb. Bu ənənənin gələcəkdə də davam etdiriləcəyini deyən Əli Əhmədov bildirib ki, ağacəkmə kampaniyası Bakının ekologiyasının yaxşılaşdırılmasına böyük bir töhfədir. “Bu gün Bakının Nərimanov rayonunda böyük yaşıllıq zolağı salınmaqdadır. Biz bundan əvvəl də burada ağaclar əkmişik. Hesab edirəm ki, bu, YAP-ın fəallarının Bakı şəhərinin yaşıllıq zonalarının artırılmasına bir töhfəsidir. Bir neçə ildən sonra bu ağaclar böyüyərək ekologiyanın təmizliyinə öz töhfəsini verəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
“Yeni Azərbaycan Partiyasının yaşıllaşdırma kampaniyası həyata keçirməsi bir ənənədir. Partiyamız mütəmadi olaraq belə kampaniyalar keçirir”. Bunu isə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu gün keçirilən ağacəkmə kampaniyası da bu ənənənin davamıdır. Onun sözlərinə görə, partiyamızın Milli Məclisdə təmsil olunan deputatları, rayon və şəhər təşkilatlarının fəalları bu işə qoşulublar. “Ümumilikdə, YAP mütəmadi olaraq ağacəkmə mövsümündə yaşıllaşdırma aksiyası həyata keçirir. Bu məsələ daim diqqət mərkəzindədir. İndiki aksiya zamanı partiyamızın üzvləri tərəfindən xeyli sayda ağac əkilib ki, bu da savab işdir. Hesab edirik ki, biz burada çox gözəl bir meşə massivi yaradacağıq”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən ilboyu çox müxtəlif tədbirlər həyata keçirilir. Təbii ki, bu tədbirlərin hər birinin özünəməxsus dəyəri var. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan tədbirlər xüsusi olaraq yaddaqalan və əhəmiyyətlidir: “Bu tədbirlərin həm tərbiyəvi, həm də mənəvi əhəmiyyəti böyükdür. Bu gün hər bir ölkənin üzərinə böyük məsuliyyət düşür ki, dünyada oksigen təminatını ortaya qoya bilsin. Bu ağacəkmə aksiyası tək iməcilik deyil, eləcə də, paytaxt Bakının yaşıllaşdırılmasına olan böyük ehtiyacı ödəyir”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, Ulu öndər Heydər Əliyev ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının salınması istiqamətində çox böyük işlər həyata keçirib: “Dahi şəxsiyyətin hakimiyyəti illərində paytaxt Bakıda böyük yaşıllıq zolaqları salınıb. Prezident İlham Əliyev də Ümummilli lider Heydər Əliyevin bu siyasətini davam etdirərək yaşıllaşdırma, ətraf mühitin və ekoloji tarazlığın qorunması siyasətini çox ciddi şəkildə həyata keçirir. Heydər Əliyev Fondu da bu istiqamətdə çox böyük işlər görməkdədir. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yaşıllıq zolaqlarının salınması istiqamətində işlər görülür və ekologiyamızın qorunması üçün tədbirlər həyata keçirilir. Təbii ki, YAP da ildə bir neçə dəfə bu cür tədbirləri həyata keçirməkdədir. Bu, Ulu öndərimizin müəyyənləşdirdiyi siyasətə bir töhfədir”.
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə bildirib ki, bu kimi tədbirlərin təşkili yüksək qiymətləndirilməlidir: “Partiyamız həmişə, o cümlədən, əlamətdar günlər ərəfəsində belə təşəbbüslərlə çıxış edir, yaşıllaşmaya öz töhfəsini verir və bu yöndəki mövqeyini göstərir. Bu, hər kəsə bir çağırış və mesajdır. Ətraf mühitin qorunması insanların müqəddəs işlərindən biri olmalıdır. Nəzərə alsaq ki, bu tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub, elə burada əkilən ağaclar dahi şəxsiyyətin ideyalarının bundan sonra da daha yaxşı qol-budaq atmasının rəmzi mənası kimi qəbul edilə bilər”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev yaşıllaşdırma kampaniyasının əhəmiyyətli olduğunu vurğulayıb. Onun fikrincə, belə tədbirlərlə partiyamız digər siyasi təşkilatlara nümunə göstərir: “Bu kampaniya bir daha göstərir ki, YAP quruculuqla məşğul olaraq cəmiyyətə xidmət edir. Partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi olmasını belə tədbirlərlə də sübuta yetirir. Hesab edirəm ki, digər partiyalar da YAP-ın təcrübəsindən yararlanmalıdır”.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, partiyamız daim mütərəqqi addımlar atır. Onun sözlərinə görə, yaşıllaşdırma kampaniyasının keçirilməsi də YAP-ın ideyalarından irəli gələn məsələdir: “Əlbəttə ki, bu cür tədbirlər yalnız alqışa layiqdir. Gələcəkdə də belə tədbirlərin davamlı olacağı şübhəsizdir”.
Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov yaşıllaşdırma kampaniyasının Azərbaycan paytaxtının ekologiyasına əhəmiyyətli təsir göstərəcəyini deyib: “Ağacəkmə kampaniyasında xeyli gənclər iştirak edir. Bu da onların bütün məsələlərdə fəallığını göstərir”.
Qeyd edək ki, kampaniya çərçivəsində ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 350-dən artıq müxtəlif növ ağac əkilib. Ümumilikdə isə, həmin ərazidə indiyədək 5 mindən çox ağac əkilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31