Avropa İnsan haqları komissarı anti-Azərbaycan dairələrin “piyada”sı rolunda...
23.04.2015 [10:20]
Yaxud Nils Mujineksin Leyla və Arif Yunuslarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətinin arxasında nə durur?
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dinamik iqtisadi inkişafı, beynəlxalq münasibətlər sistemində öz mövqeyini ardıcıl olaraq möhkəmləndirməsi ölkəmizlə əməkdaşlıq münasibətlərinə malik olan dövlətlər tərəfindən müsbət qarşılansa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Buna görə də həmin anti-Azərbaycan dairələr dövlətimizə təzyiq etmək üçün nəinki Azərbaycana qarşı “qara piar” kampaniyası aparır, eyni zamanda, qeyri-qanuni vasitələrə istinad edirlər.
Digər tərəfdən, cari ilin iyun ayında paytaxt Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində anti-Azərbaycan dairələr və erməni lobbisi yenə də Azərbaycana qarşı “qara piar” kampaniyasında fəallaşıblar. Belə ki, Avropa İnsan haqları komissarı Nils Mujineks Leyla və Arif Yunuslarla bağlı Avropa İnsan haqları məhkəməsinə müraciət edib.
Azərbaycana qarşı “qara piar” kampaniyasının fiqurlarından biri olan Nils Raymond Mujineks kimdir?
Bəs Avropa İnsan haqları komissarı Nils Mujineksin Leyla və Arif Yunuslarla bağlı Avropa İnsan haqları məhkəməsinə müraciətinin arxasında nə durur? Ümumiyyətlə, bu kampaniyanın mahiyyətini aşkar etmək üçün bir sıra məqamlara nəzər salmaq lazımdır. Bu kontekstdə, ilk növbədə, Azərbaycana qarşı “qara piar” kampaniyasının fiqurlarından biri olan Nils Raymond Mujineksin kimliyi haqqında müəyyən məlumatlara diqqət yetirmək məqbuldur.
Qeyd edək ki, bu şəxs ABŞ-da latış siyasi mühacirləri ailəsində dünyaya göz açıb. 1990-cı illərin əvvəllərində Baltikyanı ölkələri Rusiyadan tam qoparmaq üçün bütün rəhbər siyasi postlara mühacir ailələrində doğulmuş Amerika vətəndaşlarının gətirilməsi əməliyyatı zamanı o da Latviyaya göndərilir. N.Mujineks 2002-2004-cü illərdə Latviyanın ictimai inteqrasiya naziri postunu tutub. 2010-2012-ci ildə Avropa Şurasının İrqçilik və dözümsüzlük əleyhinə komissiyasının rəhbəri olan Mujineks 2012-ci ildən Avropa İnsan haqları komissarıdır. N.Mujineks 2005-ci ildən Latviyanı Avropa Şurasında təmsil edir. Azərbaycan əleyhinə ilk müraciətini də məhz o vaxt edib. 2012, 2013 və 2014-cü illərdə Azərbaycana 3 dəfə səfər edib. Amma ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və bu işğal nəticəsində 1 milyondan artıq soydaşımızın ata-baba yurdundan didərgin düşməsini “görməyib”. Heç AŞ PA-da erməni nümayəndə heyətinin rəhbərinin, sonra da Ermənistan prezidentinin azərbaycanlılarla ermənilərin birgə yaşayışının irqi baxımdan mümkünsüzlüyü haqda faşist bəyanatını da “eşitməyib”. Hərçənd ki, İrqçilik və dözümsüzlük əleyhinə komissar kimi bunu eşitməli idi...
N. R. Mujineksin Leyla Yunusla bağlılığı nədir?
Digər tərəfdən, 1994-2000-ci illərdə Latviya İnsan Hüquqları və Etnik Tədqiqatlar Mərkəzinə rəhbərlik edib. Bu mərkəz Leyla Yunusun Sülh və Demokratiya İnstitutunun Qərb donorları ilə əsas əlaqələndiricilərindən biri idi. Hətta L.Yunusun institutundakı miqrasiya və konfliktologiya departamentinin (rəhbəri Arif Yunus-red.) tədqiqatlarının adları belə N.Mujineksinin imzası ilə çap olunmuş tədqiqatların adları ilə eyniyyət təşkil edir. Sanki, bunlar eyni qələmdən çıxıb, fərqli işlədilən etnonimlərdir.
Avropa İnsan haqları komissarının siyasi mövqe və fəaliyyəti barədə bəzi xatırlatmalar...
Bu şəxs Azərbaycanla bağlı bəyanatlarda ölkəmizdə bütün “tərəfdaş”larının (Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov) həbsdə olmasının ona “əzab verməsi”ni vurğulayır, beləliklə də, adı çəkilən şəxsləri müdafiə etməsinin səbəbinin “tərəfdaşlarını itirməmək” istəyindən irəli gəldiyini etiraf edir. Leyla Yunusun xalq diplomatiyasını təqdir edən Mujineks nə Latviyanın inteqrasiya naziri, nə də ümumavropa ombudsmanı olarkən öz ölkəsində əhalinin yarısını təşkil edən şəxslərin hüquqlarını müdafiə etməyi yadına salmayıb. Əksinə, müsahibələrində Latviyanın rusdilli əhalisi haqda hələ də təhqiramiz “qeyri-vətəndaşlar” (rusca “neqrajdane”, qısa variantda: “neqr”) ifadəsi işlədir. Xatırladaq ki, hüquqi nihilizmin təcəssümü olan bu ifadə 1940-cı ildən bəri Latviyada məskunlaşmış şəxslərə şamil edilir. Halbuki 1940-cı ildən sonrakı müddətdə Mujinekslər ailəsi ABŞ-a mühacirət edib vətəndaşlıq alıb, sonra yenidən Latviyaya qayıdaraq siyasi post tutub. Nədənsə bu elementar hüquq “neqr” adlandırdıqları qeyri-latışlara münasibətdə tanınmır. Mujineksin nə tədqiqatlarında, nə də nazir və ümumavropa ombudsmanı postunda olarkən Latviyanın aborigen əhalisi - livlər və latqallar haqda da ciddi bir açıqlamasına rast gəlmirik. Onun Rusiya və Latviya arasında köhnə ədavəti kənara qoyub yeni münasibətlər başlamaq haqda çağırışlarının da şahidi deyilik.
Mujineksin erməni sevgisi...
Belə olan halda, əvəzində o, Türkiyədə erməni azlığı, Ermənistan və Türkiyə cəmiyyətlərinin barışması, Türkiyənin “soyqırımı”nı etiraf etməsi, sərhədlərin açılması, ermənilər və azərbaycanlılar arasında xalq diplomatiyası kimi məsələlərə aid onlarla çağırışlar edib. Ümumavropa ombudsmanı kimi Ermənistanla bağlı iradları da adətən gender balansına çağırışdan o tərəfə keçmir. Sanki, bu ölkənin monoetnik dövlətə çevrilməsi, buradakı sonuncu milli azlığın - yezidi kürdlərin ümumkürd mədəni mühitindən təcrid edilib assimilyasiyaya məcbur edilməsi, assimilyasiya olmayanların isə bu və ya digər yollarla deportasiyaya məcbur edilməsi problemi yoxdur.
Mujineks Ermənistan və Türkiyənin 8 QHT-sinin iştirakı ilə həyata keçirilən “erməni-türk münasibətlərinin normallaşdırılması” layihəsinin əsas dəstəkçilərindən biri olduğunu da etiraf edir.
Digər tərəfdən, erməni işğalı, 1 milyon azərbaycanlının didərgin düşməsi kimi faktların üstündən sükutla adlayan Mujineks Ramil Səfərovun Azərbaycana ekstradisiya edilib azadlığa çıxmasına ən sərt reaksiya verib.
Bütövlükdə, bu cür erməni sevgisinə səbəb Baltikyanı ölkələrin 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərindəki siyasi tarixidir. O zaman Sovet İttifaqının dağıdılması prosesi Baltikyanı ölkələrdəki “dissident” hərəkatı və Qarabağda separatçılıqla başladılmışdı. Müttəfiq respublikalarda xalq cəbhələrinin yaranması, antirus nümayişləri əksər hallarda pribaltikalı emissarların təşkilatçılığı ilə baş tuturdu. O zamankı mərkəzi mətbuat Yerevan və Tbilisi mitinqlərinin, Ukrayna “Rux”unun təşkilatçıları sırasında pribaltikalı emissarların olduğunu iddia edirdi. Nədənsə Sovet İttifaqını dağıtmaq qərarı vermiş beynəlxalq güclər Ermənistana “demokratik”, Azərbaycana isə Sovet İttifaqının dağılmasını istəməyən “mühafizəkar” Sovet respublikası rolu ayırmışdılar. Amma Baltikyanı ölkələr ilə hələ o zaman sıx işləyən fəallar da var idi. Məsələn, Leyla Yunus o zaman da Baltikyanı ölkələrin qeyri-formal, “samizdat” mediasının sevimlisi idi. 1991-ci ildə Çaykəndinin erməni silahlı qüvvələrindən azad edilməsinə etiraz əlaməti olaraq Azərbaycan və Ermənistan müxalifətinin “qardaşlaşması” da məhz Riqada baş tutmuşdu.
Mujineksin əsas tərəfdaşlarından olan Dağlıq Qarabağ separatizminin başçıları indi Ermənistanda siyasi rəhbərlikdədir
Baltikyanı ölkələri anti-Rusiya cəbhəsinin avanqardına çevirmək üçün Amerikadan göndərilmiş şəxslərdən olan Mujineks ümumavropa ombudsmanıdır. Onun əsas tərəfdaşlarından olan Dağlıq Qarabağ separatizminin başçıları indi Ermənistanda siyasi rəhbərlikdədir. Bu şəxsin Azərbaycan üzrə “əsas tərəfdaşları” - Riqada ermənilərlə qardaşlaşma görüşünün, sonralar isə “xalq diplomatiyası”nın aktiv iştirakçıları, nəhayət ki, ifşa edilərək həbs olunublar. Azərbaycan hələ də anti-Rusiya cəbhəsinə qoşulmaqdan imtina edir. Mujineks isə yenə də Azərbaycanı hədəfə alır, öz “tərəfdaşları”nı azad etmək üçün müraciətlə çıxış edir.
Əlbəttə, Avropa İnsan haqları komissarının bu cür manipulyasiyası, yaxud spekulyasiya cəhdləri heç də yeni deyil, ənənəvi qərəzli yanaşmanın bariz nümunəsidir. Əslində, bu cür “qara piar” kampaniyası gözlənilən idi, çünki mühüm hadisə və proseslər ərəfəsində anti-Azərbaycan və ermənipərəst dairələrin, erməni lobbisinin təbliğatına dəfələrlə rast gəlinib. Məhz ilk Avropa Oyunları ərəfəsində də ölkəmizə qarşı “qara piar” kampaniyasına start verilməsi ona dəlalət edir ki, erməni lobbisi, anti-Azərbaycan dairələri Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə, ölkəmizə təzyiq etməyə cəhd göstərirlər. Bu prosesdə isə Mujineks kimi subyektlərdən siyasi fiqur kimi istifadə edirlər...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57

