Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətini təşkil edir
15.04.2015 [11:12]
Son illərdə ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, bu sahədə sistem xarakterli tədbirlər həyata keçirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib
Məlum olduğu kimi, ölkəmizdə müasir, sivil cəmiyyət quruculuğu ilə bağlı əsas hədəflərdən biri də korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli nəticələrə nail olmaqdan ibarətdir. Azərbaycan dövləti ölkədə şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin yüksək səviyyədə qurulması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparılması ilə bağlı güclü siyasi iradə nümayiş etdirir. Ölkə rəhbərliyinin bu sahədə qarşıya qoyduğu strateji məqsəd belədir: Yüksək inkişaf göstəriciləri ilə dünyada fərqlənən Azərbaycan, eyni zamanda, nümunəvi cəmiyyət modelinə malik olmalıdır, korrupsiya, rüşvətxorluq kimi respublikamızın bugünkü müasir mənzərəsi, dinamik inkişafı ilə bir araya sığmayan, vətəndaş-məmur münasibətlərində mənfi meyillərə yol açan sosial bəlanın kökü Azərbaycanda tamamilə kəsilməli, bütün sahələrdə şəffaflıq təmin edilməlidir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə ardıcıl xarakter daşıyır
Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin ardıcıl xarakter daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə cəmiyyətimizi narahat edən bəlaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirir. Yəni, dövlətin, ölkə Prezidentinin güclü siyasi iradəsi ilə tamamlanan sistem xarakterli tədbirlər səmərəli antikorrupsiya platforması qismində çıxış edir. Son illərdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, bu sahədə sistem xarakterli tədbirlər həyata keçirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib. Belə ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. 2007-ci ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya, həmçinin, onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edən fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır. Ölkəmiz “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında” dövlət başçısının müvafiq Fərmanı ilə müəyyən edilən strateji kursa uyğun olaraq korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə imza atıb, o cümlədən, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin, “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulub. Ölkəmizdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərir. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin 24 iyul 2014-cü il tarixli Fərmanı ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının ştat vahidinin 100-dən 140-a çatdırılması ölkə rəhbərliyinin qurumun fəaliyyətinə verdiyi böyük önəmin ifadəsidir. Bütün bunlar Azərbaycanda korrupsiya hallarına və rüşvətxorluğa qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini və ölkə əhalisi tərəfindən dərin rəğbətlə qarşılanan bu mübarizənin dönməz xarakter aldığını təsdiqləyir.
Korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan qurumların çevikliyi və peşəkarlığı bu sahədə uğurlu nəticələrin əldə olunmasını təmin edib
Ümumiyyətlə, vətəndaşlardan daxil olan müraciətlərin, korrupsiya hallarına dair faktların operativ araşdırılması və yüksək peşəkarlıq korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan qurumların faliyyətinin əsas məğzini təşkil edir. Bunu korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan uğurlu nəticələr də təsdiqləyir. Məlumat üçün qeyd edək ki, ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3194 müraciətinə baxılıb, həmçinin, 218 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 82 faizi üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2014-cü il ərzində 4945 müraciət daxil olub və həmin müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb. Həmçinin, müvafiq dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunub və üzə çıxarılan qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Ötən il Baş İdarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 807, Baş İdarə rəisi tərəfindən isə 139 vətəndaş qəbul edilib, onların ərizələri alınıb və həmin ərizələr üzrə hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib. İl ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları tərəfindən 584 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, o cümlədən, korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 11 cinayət işi başlanıb. 2014-cü ildə Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 milyon 165 min 41 manat ziyandan istintaq müddətində 54 milyon 885 min 691 manat və ya 72%-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Əlamətdar haldır ki, son illərdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan qurumların səmərəli fəaliyyətləri nəticəsində ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarına ictimai münasibət köklü şəkildə dəyişib. Artıq respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasəti ilə cəmiyyətin sosial sifarişi bütün məqamlarda bir-birini tamamlayır, vətəndaşların özləri ölkənin inkişafına, müsbət demokratik imicinə müəyyən dərəcədə xələl gətirən bu sosial bəlanın tamamilə aradan qaldırılmasında böyük fəallıq nümayiş etdirirlər. İctimaiyyətin fəal dəstəyi isə, öz növbəsində, ölkəmizdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan qurumların fəaliyyətinin daha səmərəli qurulmasını təmin edir.
Korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in fəaliyyəti xüsusi əhəmiyyətə malikdir
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dinamik inkişaf edən Azərbaycan dünyada həm də bir sıra özünəməxsus kreativ reallıqları ilə fərqlənir. Ölkəmizdə müasir çağırışlarla səsləşən innovativ təşəbbüslərə daim “yaşıl işıq” yandırılır. Respublikamızda dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə 2012-ci il iyul ayının 13-də yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun “ASAN xidmət” mərkəzləri respublikamızda innovativ islahatlar sahəsində əsl yenilik oldu. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə etməklə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə, bürokratik əngəlləri, mümkün korrupsiya və bu qəbildən olan digər mənfi halları aradan qaldırmağa imkan verib. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” mərkəzləri vətəndaşlara müxtəlif hüquqi xidmətlər göstərilməsi sahəsində şəffaflığın təmin edilməsinin Azərbaycan modeli hesab olunur. Dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, unikal təsisat yoxdur. İki ildən artıq bir müddətdə ölkəmizdə “ASAN xidmət”in uğurla fəaliyyət göstərməsi Azərbaycanın ictimai xidmətlər sahəsində də liderlik keyfiyyəti nümayiş etdirdiyini təsdiqləyir.
Sevindirici haldır ki, qısa müddətdə ölkəmizdə vətəndaşların məmnuniyyətlə üz tutduqları “ASAN xidmət” mərkəzlərinin fəaliyyət sferası əhəmiyyətli dərəcədə genişlənib. Artıq respublikamızda 4-ü Bakıda, digərləri isə Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə olmaqla 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Həmçinin, digər bölgələrində də belə mərkəzlərin yaradılması istiqamətində intensiv iş aparılır. Hazırda Qəbələdə və Masallıda “ASAN xidmət” mərkəzinin binalarının inşası həyata keçirilir. Bundan başqa, “ASAN xidmət” mərkəzləri ölkə vətəndaşlarına həm də səyyar xidmət göstərir. Bu məqsədlə ölkəmizə gətirilən və ən müasir avadanlıqla təchiz edilən avtobusların sayı 10-a çatdırılıb. Ümumiyyətlə, fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 4 milyon 120 mindən çox müraciət daxil olub. Hazırda “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
“Elektron hökumət”in tətbiqi ilə korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılmasının və vətəndaş məmnunluğunun daha da artırılmasının yeni mərhələsi başlayıb
Azərbaycanda “E-hökumət”in bünövrəsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulub. Ölkəmizdə “Elektron hökumət” layihəsi “vahid pəncərə” prinsipi ilə “Elektron hökumət” portalı vasitəsilə reallaşdırılır. Layihənin moderatoru rolunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi çıxış edir.
Azərbaycanda “Elektron hökumət”in əsas prinsipi yüksək səviyyəli informasiya cəmiyyəti quruculuğuna, dövlət orqanlarının işinin səmərəliliyini artırmağa nail olmaqdan və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Respublikamızda “Elektron hökumət”in tətbiqi çox haqlı olaraq vətəndaş-məmur münasibətlərində müşahidə edilən bəzi neqativ halların, o cümlədən də, korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasının, vətəndaş məmnunluğunun daha da artırılmasının yeni mərhələsi kimi səciyyələndirilir.
Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti “Elektron hökumət”in əhatə dairəsini genişləndirməsinə ardıcıl dəstək nümayiş etdirir. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanı və digər normativ-hüquqi aktlar ölkəmizdə “Elektron hökumət”in uğurlu fəaaliyyəti üçün hüquqi baza yaradıb.
Azərbaycanda “Elektron hökumət”in uğur qazanmasında dövlətin nümayiş etdirdiyi siyasi iradə ilə cəmiyyətin sosial sifarişinin üst-üstə düşməsi mühüm rol oynayır. Təbii ki, ölkəmizdə dövlətin davamlı səylərinə baxmayaraq, bəzən korrupsiya hallarına rast gəlinir. Cəmiyyət bu kimi bəlalardan mümkün qədər tez və daha geniş miqyasda yaxa qurtarmağa çalışır. Bu mənada “Elektron hökumət” layihəsində qarşıya qoyulan məqsədlərlə Azərbaycan cəmiyyətinin istəyi üst-üstə düşür.
Ölkəmizdə “Elektron hökumət”in inkişaf perspektivləri genişdir. Azərbaycan dövləti dünya təcrübəsi nəzərə alınmaqla “Elektron hökumət”in daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərini davam etdirir. Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli müvafiq qərarı ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilib.
Prezident İlham Əliyev ötən il sentyabrın 11-də “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərman ölkəmizdə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər haqqında məlumatların vahid mənbədə toplanmasını və sistemləşdirilməsini, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılmasını və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsini, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasını nəzərdə tutur ki, bütün bu məsələlərin həlli ölkəmizdə “Elektron hökumət”i yeni inkişaf mərhələsinə çıxaracaq.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi ardıcıl siyasət beynəlxalq aləmdə ölkəmizə qarşı böyük inam yaradıb
Vurğulamaq yerinə düşər ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasında ölkəmizin reallıqları ilə yanaşı, beynəlxalq təcrübə də əsas götürülüb. Respublikamızda korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan müvafiq qurumlar beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl həyata keçirdiyi məqsədyönlü tədbirlər beynəlxalq miqyasda ölkəmizə inamı artırıb. 2014-cü ildə 2 önəmli beynəlxalq antikorrupsiya konfransının ölkəmizdə keçirilməsi də bunun təsdiqidir. Məlum olduğu kimi, 2014-cü il 30 iyun-1 iyul tarixində Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Konfransa Avropa Şurasına daxil olan 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndə qatılıb. Ölkəmiz 19-21 noyabr 2014-cü il tarixində isə Beynəlxalq Antikorrupsiya Akademiyasına (IACA) üzv və iştirakçı ölkələrin Assambleyasının 3-cü sessiyasına ev sahibliyi edib. IACA-ya üzv və iştirakçı ölkələrin Assambleyasının 3-cü sessiyasında 43 ölkədən 130-dan çox nümayəndənin, o cümlədən, Avropa Şurasının, Avropa İttifaqının, Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun (OLAF), müstəqil antikorrupsiya qurumlarının rəhbərlərinin, ədliyyə və daxili işlər nazirlərinin iştirak etdikləri sessiya çərçivəsində qəbul edilmiş Bakı Bəyannaməsində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə potensialın genişləndirilməsi üzrə birgə səylərin əhəmiyyəti nəzərə çatdırılıb, qərarlılıq, milli və beynəlxalq səviyyədə təhsil, təlim vasitəsilə antikorrupsiya mühitinin qurulması təşəbbüslərinə tam dəstək vurğulanıb. Belə yüksək səviyyəli tədbirlərin Bakıda keçirilməsi Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizənin beynəlxalq birlik tərəfindən təqdir olunmasının, dünya ölkələrinin respublikamızı korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə özlərinə tərəfdaş hesab etmələrinin ifadəsidir.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

