Hesablama Palatası Milli Məclisdə hesabat verdi
15.04.2015 [10:57]
Millət vəkilləri ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı həyata keçirilən qərəzli kampaniyalara etirazlarını bildiriblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. AVP sədri, millət vəkili Fəzail Ağamalı ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı müəyyən dairələrin məqsədli şəkildə qərəzli kampaniya həyata keçirdiyini bildirib. Onun sözlərinə görə bütün hallarda onlar məqsədlərinə çata bilməyəcəklər.
“İlk Avropa Oyunları ərəfəsində ölkəmizdəki bəzi dairələr xalqımıza qarşı əks mövqedə dayanır”. Bu fikri isə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, hazırda ilk Avropa Oyunlarına yüksək hazırlıq işləri gedir. Onun sözlərinə görə, bu Oyunların bir çox ölkələrdə uğurlu təqdimatı keçirilir. “Avropa ictimaiyyəti bu möhtəşəm tədbiri maraqla gözləyir. Avropa mətbuatı da bu məsələni diqqət mərkəzində saxlayır. Təəssüf ki, ölkəmizin daxilində bəzi qüvvələr xarici dairələrlə əlbir olub bu uğurumuza kölgə salmaq istəyirlər. Amma onların niyyətləri heç zaman reallaşmayacaq”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Məsələ ilə bağlı spiker Oqtay Əsədov bildirib ki, ümummilli məsələlərdə müxalifət həmrəylik nümayiş etdirə bilmir. Onun sözlərinə görə, damarlarında azərbaycanlı qanı axan hansısa insan Avropa Oyunları kimi yüksək səviyyəli beynəlxalq tədbirə qarşı çıxırsa, o, Azərbaycan xalqını istəmir.
Millət vəkili Azay Quliyev isə çıxışında deyib ki, Baş Prokurorluğun Slovakiya Milli Şurasının keçmiş spikeri Frantişek Mikloşko barəsində cinayət işi açması təqdirəlayiq addımdır. Onun sözlərinə görə, İnterpolun Milli Mərkəzi Bürosu da həmin şəxs barədə axtarış elan edib. A.Quliyev bildirib ki, bu, həm də ona görə önəmlidir ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu cür qanunsuzluqlarla bağlı ciddi addımlar atır. “Bunun nümunəvi tərəfləri var. Bu cür hüquqi addımlar bundan sonra da davam etməlidir. Bu günlərdə müdafiə naziri Zakir Həsənov Ermənistanın Livandan, Suriyadan muzdlu döyüşçü cəlb etməsi haqqında bəyanat verib. Ermənistanın əsgər çatışmazlığı ucbatından bu cür addımlar atması yeni hal deyil. Azərbaycan ordusu cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır. Amma müdafiə nazirinin bəyanatı bizi yenə ciddi narahat etməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu araşdırıb məsələyə siyasi qiymət verməlidir. Bu gün Suriya, Livan, Şimali Afrikadan gələn ermənilər qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilir”, - deyə A.Quliyev qeyd edib.
Daha sonra iclasda Toponomiya Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə edilib. Komissiyanın vəfat etmiş üzvləri Budaq Budaqov və Həsən Mirzəyev tərkibdən çıxarılıb. Eyni zamanda, Əhəd Abıyev, Əli Qasımov, Fəridə Məmmədova komissiyasının üzvlüyündən azad olunublar. Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavini Fəttah Heydərov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Toponomiya Komissiyasının üzvü təyin ediliblər.
Deputatlar Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha Düzəlişinin təsdiq edilməsi barədə və “Beynəlxalq dəmiryolu daşımaları haqqında Konvensiya”ya (KOTİF) qoşulmaq barədə qanun layihələrini müzakirə edərək qəbul ediblər.
“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “bp” Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib. Müzakirələrdə vurğulanıb ki, bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barədə əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Habelə bu qanun qüvvəyə mindikdən sonra Sazişin, hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənilib. Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində palata tərəfindən 78-i dövlət büdcəsi və 4-ü büdcədənkənar dövlət fondlarının büdcəsini əhatə etməklə 82 nəzarət tədbiri həyata keçirilib. Nəzarət tədbirlərinin sayı 2013-cü illə müqayisədə 9,3 faiz, əhatə etdiyi vəsaitlərin məbləği isə 59,7 faiz çox olmaqla 126 obyektin fəaliyyətini əhatə edib. Hesabat ilində mərkəzləşdirilmiş və yerli xərclərin auditlə əhatə olunmuş məbləğdə xüsusi çəkiləri 89,8 faiz və 10, 2 faiz təşkil edib. Tədbirlər nəticəsində büdcəyə bərpa olunan vəsaitlərin maliyyə pozuntuları üzrə bir sıra faktlar da aşkarlanıb.
Bildirilib ki, hesabat ilində audit tədbirlərinin nəticələri üzrə 8,6 milyon manat, 47,1 min avro, 7,5 min ABŞ dolları müvafiq qaydada dövlət büdcəsinə, 85 min manat vəsaitin isə təşkilatların hesabına bərpa olunması təmin edilib. Audit tədbirləri nəticəsində orta hesabla il ərzində 1,9 milyon manat vəsaitin səmərəsiz istifadəsinin qarşısı alınıb. Lüzumsuz debitor borcların aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 262,2 min borcun uçota götürülməsi, 2,2 milyon manat borcun ləğv edilməsi və 8,8 milyon manat borcun isə bağlanmasına nail olunub.
Qeyd edilib ki, nəzarət tədbirlərinin nəticəsi olaraq, Hesablama Palatası tərəfindən 122 təqdimat nəzarət obyektlərinə göndərilib. Bu təqdimatların icra səviyyəsi 96,7 faiz təşkil edib. Göndərilmiş təqdimatlar əsasında nəzarət obyektləri tərəfindən 386 nəfərlə bağlı inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi təmin olunub. Nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktlarda müəyyən edilmiş boşluq və ziddiyyətlərin aradan qaldırılması ilə bağlı yeddi təklif Nazirlər Kabinetinə təqdim olunub. Hesabat ilində Palatanın 2012-2014-cü illəri əhatə edən Strateji İnkişaf Planı başa çatıb.
Vurğulanıb ki, Hesablama Palatası qarşıya qoyulmuş məqsədlərə nail olunması istiqamətində, dövlət vəsaitlərinin səmərəli və qənaətli, həmçinin nəticəli istifadəsinin təmin edilməsi ilə bağlı dövlət idarəetməsinə dəstəyini artırmaq məqsədi ilə fəaliyyətini gücləndirməkdədir.
Hesabat deputatlar tərəfindən məqbul hesab olunub.
İclasda “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib və qəbul edilib. Bildirilib ki, qanun layihəsi Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına, bu bazarın iştirakçılarının hüquqlarının və qiymətli kağızlarla bağlı sövdələşmələrin hüquqi qiymətləndirilməsinin təminatına yönəldilib.
Deputatlar qanun layihəsinin Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

