Vaşinqton Senatı Azərbaycanı dəstəkləyən qətnamə qəbul edib
11.04.2015 [11:55]
ABŞ-ın Vaşinqton ştatının Senatı aprelin 9-da keçirilən plenar iclasında Azərbaycana dəstəyin ifadə olunduğu qətnamə qəbul edib.
Qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Qətnamənin qəbulundan öncə həm Respublikaçılar, həm də Demokratlar partiyalarını təmsil edən senatorlar çıxış edərək, Azərbaycanı sürətlə inkişaf edən, tolerantlıq ənənələrini yüksək tutan, demokratik islahatlar aparan nümunəvi ölkə və ABŞ-ın mühüm tərəfdaşı kimi səciyyələndiriblər.
Ştat senatorları tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində sıx əməkdaşlıq edirlər. Sənəddə bildirilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək “Cənub” qaz dəhlizinin ən önəmli tərkib hissəsidir.
Qətnamədə qeyd olunur ki, Azərbaycan öz müstəqilliyini möhkəmləndirib, dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, Azərbaycan Vaşinqton ştatında yerləşən “Boeing” və “Microsoft” kimi şirkətlərin əsas regional tərəfdaşına çevrilərək, çoxmilyardlıq kontraktlar imzalayıb və bununla da bu ştatda amerikalılar üçün on minlərlə yeni iş yerinin yaranmasına səbəb olub.
Qətnamədə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının Vaşinqton Senatı tərəfindən dəstəkləndiyi qeyd olunaraq bildirilir ki, ABŞ Azərbaycan kimi müttəfiqlərlə münasibətləri daha da gücləndirməlidir.
Bu, Vaşinqton qanunverici orqanı tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir. Qətnamənin tam mətni ilə bu linkdə tanış olmaq mümkündür: http://goo.gl/ghndkH
Qeyd edək ki, Vaşinqtona işgüzar səfəri çərçivəsində baş konsul Nəsimi Ağayev ştatın vitse-qubernatoru Brəd Ouen ilə görüşüb. O, həmçinin Vaşinqton Nümayəndələr Palatasının hər iki fraksiyasının üzvləri və ştat Senatının respublikaçılar fraksiyasının üzvləri qarşısında Azərbaycanla bağlı çıxışlar edib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

