Azərbaycan öz ərazi bütövlüyünü mütləq təmin edəcək
03.04.2015 [10:05]
Prezident İlham Əliyev: Bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir
Bu gün öz inkişafına görə regionun lider dövlətinə çevrilən Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilir. Hazırda istər iqtisadi inkişafına, istərsə də tolerantlıq mühitinə görə, dünyada xüsusilə seçilən ölkəmizin bir nömrəli problemi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövləti bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün bütün gücünü səfərbər edib. Daha dəqiq desək, son 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində iqtisadi-maliyyə imkanları əhəmiyyətli dərəcədə genişlənən, eyni zamanda, qlobal əməkdaşlığa verdiyi sanballı töhfələr nəticəsində beynəlxalq birliyin güclü aktoruna çevrilən Azərbaycan getdikcə daha ciddi şəkildə tənəzzülə uğrayan Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün bütün istiqamətlərdə uğurlu addımlar atır. Prezident İlham Əliyev bu günlərdə Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında da bu məqama toxunub. Dövlət başçımız torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini ifadə edərək vurğulayıb: “Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan suveren dövlətdir və ölkəmizin Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri, həmçinin, beynəlxalq təşkilatlar tərəfindən tanınıb. ATƏT, AŞ PA, İƏT müxtəlif vaxtlarda respublikamızın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Dünyanın ən nüfuzlu qurumu olan BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair 4 qətnamə qəbul edib. Elə Azərbaycan da münaqişənin həllində öz haqlı mövqeyini məhz suveren dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi prinsipindən əsaslandırır. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, beynəlxalq hüququn bu fundamental prinsipi, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində əsas götürülməlidir. Prezident İlham Əliyev sözügedən tədbirdəki çıxışında bir daha Azərbaycanın prinsipial mövqeyini ifadə edərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dövlət başçısı çıxışında, həmçinin, gənc nəslə üz tutaraq bizim torpaqlarımızın yalnız müstəqil Azərbaycanın ərazisindən ibarət olmadığını nəzərə çatdırıb və azərbaycanlıların öz qədim torpaqlarına qayıdacaqlarına əminliyini ifadə edib: “...Biz azərbaycanlılar, əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır”.
Azərbaycan öz inamlı siyasətində həm də güclü ordusuna arxalanır
Yeri gəlmişkən, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlarda fəal iştirak edir və bir qayda olaraq konstruktiv mövqe ortaya qoyur. Bu cəhətdən artıq tarixə dönən 2014-cü il də istisna olmayıb. Prezident İlham Əliyev münaqişənin həllinə cəlb olunan Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin, yüksək səviyyəli rəsmi şəxslərinin səyləri ilə təşkil olunan bütün görüşlərdə Azərbaycanın xoş məramını, sülhə, danışıqlar prosesinə sadiqliyini ifadə edib. Bununla belə, Azərbaycanın davamlı sülh çağırışlarının müqabilində Ermənistan tərəfindən adekvat addımlar atılmır. Yəni, Ermənistan işğalçılıq siyasətini davam etdirir və hər vəchlə aqressiya nəticəsində yaranmış status-kvonun saxlanmasına nail olmağa çalışır. Məhz Ermənistanın qeyri-konstruktiv yanaşmasının, məqsədli şəkildə həyata keçirdiyi pozuculuq əməllərinin nəticəsidir ki, sülh danışıqları hər dəfə iflasa uğrayır və münaqişənin həlli uzanır. 2014-cü ilin oktyabrında Minsk qrupunun həmsədr ölkələrindən birinin - Fransanın dövlət başçısının iştirakı ilə Parisdə keçirilən görüşdən az sonra Ermənistanın bütün razılaşmaların üstündən xətt çəkərək təmas xəttində vəziyyəti gərginləşdirməsi və beləliklə də, görüşün nəticələrini heçə endirməsi də dediklərimizi təsdiqləyir. Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışında Ermənistanın son danışıqlardan sonra da pozuculuq mövqeyi tutmasına diqqət çəkərək deyib: “Keçən il vasitəçilər tərəfindən səylər göstərilmişdir. Bilirsiniz ki, avqust, sentyabr, oktyabr aylarında Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları, yüksək vəzifəli şəxslər səylər göstərmişdilər, üç görüş keçirilmişdir. Sonuncu görüş Parisdə hər iki tərəfin fikrinə görə, uğurlu keçmişdir. Ancaq o görüşdən bir həftə keçməmiş Ermənistan növbəti təxribata əl atdı. Ağdamda, işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başladı ki, bizi yenə də təxribata çəksin. Biz təxribata getmək istəmirdik. Çünki öz beynəlxalq öhdəliklərimizə sadiqik”.
Təəssüf doğuran cəhət həm də ondan ibarətdir ki, yaranmış vəziyyətdə ölkəmizə qarşı ikili standartlar siyasəti aparılır. Münaqişənin həllinə cəlb olunan ATƏT-in Minsk qrupu Ermənistanın təcavüzkar siyasətinə birdəfəlik son qoyulmasına yönələn qətiyyətli addımlar atmır. Bu isə son nəticədə Ermənistanın özünü cəzasız hiss etməsinə, beynəlxalq təşkilatların qərarlarına sayğısız yanaşmasına və beləliklə də, münaqişənin həllinin uzanmasına, qoşunların təmas xəttində gərginliyin getdikcə artmasına gətirib çıxarır.
Təbii ki, ərazilərimizin işğal altında qalması, soydaşlarımızın qaçqın vəziyyətində yaşamaları Azərbaycanı qane edə bilməz. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan gec-tez öz torpaqlarını ordusunun gücü ilə geri qaytarmaq məcburiyyətində qalacaq. Buna görə də ölkəmizdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, güclü ordu quruculuğu qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib: “Daha da güclü orduya sahib olmalıyıq. Ordu quruculuğu bizim üçün indi əsas vəzifədir. Ona görə bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılır”.
Sevindirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi paralel surətdə ordu quruculuğuna diqqəti artırmağa imkan verir. Dövlət başçısının vurğuladığı kimi: “Bu gün Azərbaycan Ordusu hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları sırasındadır”.
Beləliklə, Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 11 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini düz iki dəfə üstələyir.
Orduya lazımi qədər vəsaitin ayrılması sayəsində silahlı qüvvələrin maddi-texniki təchizatını yüksək səviyyəyə qaldırmaq mümkün olub. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə ötən il iyunun 26-da keçirilən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi Azərbaycan ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. Təlimlər zamanı Silahlı Qüvvələrimizin qarşısına qoyulan bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetirildi ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının yüksəlməsinin təsdiqidir. Silahlı Qüvvələrimizin cari il fevral ayının əvvəllərində keçirilən son irimiqyaslı təlimləri də ordumuzun qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu təsdiqlədi. İrimiqyaslı təlimlərdə ordumuzun şəxsi heyəti yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.
Bundan başqa, qısa müddətdə ölkəmizdə güclü müdafiə sənayesi qurulub. Artıq Azərbaycanda hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi 900-ə çatdırılıb və bu da son hədd deyil. Artıq Azərbaycan beynəlxalq sərgilərdə müxtəlif növ hərbi məhsullarla uğurla təmsil olunur. Müqayisə üçün deyək ki, Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində isə ölkəmiz 180-dək müxtəlif növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yırtıcı”, “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, “Şimşək-10” hücum pulemyotu, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah, digər döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. 2014-cü il sentyabrın 11-13-də isə Azərbaycan “ADEX-2014” sərgisinə ev sahibliyi edib. Uğurla keçən sərgi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun daha bir təsdiqinə çevrildi. Beynəlxalq sərgiyə qatılan ayrı-ayrı ölkələrin təmsilçiləri Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan məhsulları almaq və hərbi məhsulların istehsalı sahəsində ölkəmizlə əməkdaşlıq etmək barədə niyyətlərini bildirdilər. Əlamətdar haldır ki, hazırda Azərbaycan ordusunun bir sıra döyüş texnikasına olan tələbatı sırf daxili istehsal hesabına təmin olunur.
Son vaxtlar təmas xəttində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr Azərbaycanın böyük zəfərinin uzaqda olmamasından xəbər verir
Məlum olduğu kimi, getdikcə güclənən Azərbaycan ordusu qoşunların təmas xəttində düşmənin təxribat-diversiya hərəkətlərinin qarşısını qətiyyətlə alır. Prezident İlham Əliyev bu cəhətə xüsusi diqqət çəkərək bildirib: “Bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir”.
Silahlı Qüvvələrimizin qoşunların təmas xəttində düşmənə vurduğu sarsıdıcı zərbələr ordumuzun böyük zəfərinin uzaqda olmadığından xəbər verir. 2014-cü ilin yayında düşmən qüvvələri qoşunların təmas xəttində vəziyyəti yenidən gərginləşdirməyə cəhd göstərəndə ordumuz öz yüksək döyüş hazırlığını bir daha nümayiş etdirdi. Düşmənin təxribat-diversiya hərəkətlərinin qarşısını qətiyyətlə alan Silahlı Qüvvələrimizin ön xətdəki hissələri itkilər versə də, qarşı tərəfə layiqli həmlələr endirdi. Şiddətli döyüşlərdə ermənilərin burunları əməlli-başlı ovuldu. Geri oturdulan düşmən canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qaldı. Ötən ilin sonlarında isə ordumuzun ön xətdəki qüvvələri sayıqlıq göstərərək Azərbaycanın hava məkanını pozan bir düşmən helikopterini məhv edib. Cari ilin əvvəlindən bəri də qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməyə çalışan düşmən ordumuzun ciddi həmlələrinə məruz qalaraq böyük itkilər verib.
Qoşunların təmas xəttində ölkəmizin üstün mövqeyini şərtləndirən ən mühüm amillərdən biri də, heç şübhəsiz ki, Azərbaycan cəmiyyətində, ordumuzun şəxsi heyətində olan böyük ruh yüksəkliyidir. Azərbaycan xalqı orduya inandığı, güvəndiyi kimi, həm də ona böyük dəstək nümayiş etdirir. Azərbaycanda Vətəni sevən, torpaqlarımızı canı, qanı hesabına qorumağa hazır olan gənclər yetişib. Cəmiyyətdəki sağlam əhval-ruhiyyə orduda xidmət edən əsgərlər üçün güclü stimuldur və onlarda vətənpərvərlik hisslərini daha da artırır. Bu gün Azərbaycan ordusunun gücü təkcə onun yüksək texniki təchizatında deyil, həm də əsgər və zabitlərimizin mənəvi keyfiyyətlərindədir. Azərbaycan ordusunun şəxsi heyətində Vətənə yüksək məhəbbət hissi bəsləyən gənclər cəmləşiblər. Onlar Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hər an hazırdırlar. Prezident İlham Əliyev ordumuzda sağlam mənəvi mühitin hökm sürdüyünə, vətənpərvərlik hissinin yüksək səviyyədə olduğuna diqqət çəkərək bildirib ki, bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar.
Beləliklə, güclənən Azərbaycan ordusu işğalçı Ermənistan üçün ciddi təhlükə mənbəyinə çevrilib. Azərbaycan ordusunun güclənməsinin fonunda Ermənistan cəmiyyətində artan psixoloji deqradasiya, ruh düşkünlüyü hiss olunmaqdadır. Ermənilər getdikcə daha dərindən dərk edirlər ki, ikinci Qarabağ savaşı başlayacağı təqdirdə güclü Azərbaycan ordusunun həmlələrinə cavab verə bilməyəcəklər. Təmas xəttində Ermənistana məxsus hərbi birləşmələrin törətdikləri təxribatların qarşısının ordumuz tərəfindən sayıqlıqla alınması və çoxsaylı düşmən qüvvələrinin məhv edilməsi erməniləri panikaya salıb. Bu günlərdə düşmən ordusunun bir əsgərinin ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçməsi və öz ölkəsi barədə acı etiraflarda bulunması da Ermənistan ordusunda ciddi çaşqınlıq yaranmasından xəbər verir. Artıq Ermənistan cəmiyyətinə qorxu hakim kəsilib, işğalçı ölkə sürətlə boşalır. Əgər əvvəllər il ərzində Ermənistanı 70-80 min civarında insan tərk edirdisə, hazırda bu göstərici 2-3 qat artıb. Düşmən ölkədən daxil olan məlumatlarda bildirilir ki, təmas xəttindəki məlum gərginliklərdən sonra Ermənistandan “böyük köç” daha da artıb və bu ölkədən yaxın, uzaq xaricə uçan təyyarələrə bilet tapmaq belə çətinləşib...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

