1918-ci il mart soyqırımından 97 il ötür
31.03.2015 [10:07]
Yaxud “Böyük Ermənistan” ideyalarını reallaşdırmaq istəyən ermənilər zaman-zaman azərbaycanlılara qarşı qətliamlar, soyqırımları həyata keçiriblər
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı imzalamasından 17 il keçir. Bu Fərmanın ermənilərin, həmçinin, onların havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətləri həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir.
Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.
Ümummilli liderimiz Heydər Əliyevin bu Fərmanında öz əksini tapmış ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı proqram tezisləri, eyni zamanda, onların Türk dünyasına qarşı yönəlmiş düşmənçilik hərəkətlərinin, həm də cinayətlərinin, “Böyük Ermənistan” yaratmaq kimi boş və cəfəng ideyalarının tədqiqatını da zəruri etmişdir.
Beləliklə, ermənilər tərəfindən soyqırımının birinci növbədə milli düşmənçilik zəminində türklərə, daha sonra Türk dünyasının tərkib hissəsi olan azərbaycanlılara qarşı törədilməsi ilə bağlı faktlar mərhələ-mərhələ araşdırılmalı, türk-Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq ideyalarının ermənilərin beyninə yeridilməsinin səbəbi və məqsədi, mənfur qonşularımızın tarixi öz xeyirlərinə saxtalaşdırmalarına dair məlumatlar xalqımıza, dünya ictimaiyyətinə çatdırılmalıdır.
Çünki erməni ideoloqları, siyasətçiləri uzun onilliklər boyu dünyaya car çəkərək “bu məzlum millətin”, guya, türklər tərəfindən “soyqırımı”na məruz qalmasını “sübuta yetirmək” üçün dəridən-qabıqdan çıxır, qondarma “erməni soyqırımı”nın dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa çalışırlar.
Lakin kimsəyə sirr deyil ki, qondarma “erməni soyqırımı” uydurma olduğu kimi, qədim erməni dövləti barədə iddialar da tamamilə əsassızdır. Yəni, tarixi qaynaqlar sübut edir ki, heç vaxt qədim Ermənistan dövləti olmamışdır. Belə ki, məşhur yunan alimi Strabonun məlumatlarına görə, Türkiyə ərazisində Van gölü ətrafında qədim zamanlar “Armeniya” adlı coğrafi anlayış kimi kiçik bir ərazi olmuşdur. Burada müxtəlif dillərdə, o cümlədən, türk dillərində danışan əhali ilə birlikdə “hay”lar da (indiki ermənilər) yaşamışlar. Sələvki hökmdarı III Antioxun (e.ə.220-180) vəfatından sonra onun iki sərkərdəsi - “hay” etnik qruplarından olan Artaksi və Zaridar xəyanətkarlıq edərək Cənubi Azərbaycan və Gürcüstan torpaqlarının bir hissəsini işğal etsələr də, Azərbaycan hökmdarları tezliklə öz torpaqlarını geri qaytarıblar.
Yeri gəlmişkən, ermənilərin torpaq iddialarını qanuniləşdirməyə çalışan müəlliflər hesab edirlər ki, guya eramızdan əvvəl I əsrdə Armeniya hökmdarı II Tiqran (e.ə.95-55) indiki Qarabağı (Qədim Arsax və uti) tutub Armeniyaya qatmışdır. Lakin tarixi qaynaqlarda bu barədə heç bir məlumat və mənbə yoxdur. Ümumiyyətlə, haylar, yəni ermənilər vaxtaşırı sığınacaq tapdıqları dövlətlərə və millətlərə xəyanətkarlıq edib, milli ədavət saldıqlarından, süni dövlət yaratmağa cəhd etdiklərindən həmin dövlətlər tərəfindən deportasiya edilərək, dünyanın bir çox yerlərinə yayılmışlar.
Qul titulu almış bu millət yer kürəsinin ayrı-ayrı ərazilərinə səpələnmiş və həmin ərazilərdə də milli ədavət toxumu səpərək, bəşəriyyətə yönələn cinayətlər işləyib həyata keçirmişlər. Haylar, eyni zamanda, əsasən Türkiyə, daha sonra İran ərazisində məskunlaşmış, qalan hissəsi isə Yaxın Şərq və Qərb ölkələrinə səpələnmişdir. Türklərin ədalətli və humanist mövqelərindən istifadə edən ermənilər yenidən dünyanın ayrı-ayrı yerlərindən bu ölkəyə üz tutmağa, sənətkarlıqla, ticarət işləri ilə məşğul olmağa, özlərini sadiq nökərlər kimi göstərərək, məkrli məqsədlərini həyata keçirmək üçün əlverişli tarixi şərait gözləməyə başlamışlar. Erməni kilsələri, din xadimləri bu sahədə böyük rol oynamış, bu millətin beynini zəhərləmişlər. XVI əsrdən başlayaraq, onlar ermənilərin torpaq iddialarını həyata keçirmək üçün yığıncaqlar keçirib, təbliğata başlamışlar. Onu da qeyd edək ki, ermənilər İrəvanda, Göyçədə, Zəngəzurda, Şəmsəddində, Qarabağda özlərinə yer etdikdən sonra bu torpaqların qədim sakinlərini öz dədə-baba yurdlarından didərgin salmaq istiqamətində çox fitnə-fəsad, faciələr, soyqırımı törətdilər və bu işlər bu günə kimi bir çox mərhələlərdə həyata keçirilmişdir.
Ümumiyyətlə, Azərbaycan və Türkiyə torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri cinayətləri, soyqırımını 5 mərhələyə bölmək olar.
Birinci mərhələ - XVII əsrdən 1905-ci ilə kimi olan dövr; ikinci mərhələ - 1905-ci ildən 1914-cü ilə kimi olan dövr; üçüncü mərhələ - 1914-1920-ci illər; dördüncü mərhələ - 1948-1953-cü illər; beşinci mərhələ - 1988-ci ildən sonrakı dövr.
Birinci mərhələ ilə bağlı erməni - Azərbaycan münasibətlərini tədqiq etmiş ABŞ professoru Castin Makkarti “Genosid olmuşdurmu?” kitabında qeyd edir ki, 1828-1854-cü illərdə ruslar iki dəfə Şərqi Anadoluya hücum edərkən yerli ermənilər onların tərəfini saxlamışlar. Hər iki halda ruslar çıxıb getməli olanda özləri ilə 100 min ermənini Qafqaza gətirmiş və onları qovulmuş müsəlmanların evlərində yerləşdirmişlər. İrəvan xanlığında da 1828-ci ilə kimi əhalinin 80 faizindən çoxu azərbaycanlı olmuşdur. Professor qeyd edir ki, 1820-ci ildən 1920-ci ilə kimi bu ərazilərə 600 min erməni köçürülmüş, 2 milyon müsəlman isə həmin əraziləri tərk etmiş və ya məhv olmuşlar.
“Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün süni olaraq onlar bu ərazilərdə qədimdən ermənilərin çoxluq təşkil etdiyini sübuta yetirmək istəyirlər. Lakin bunlar elə erməni müəlliflərinin, tədqiqatçılarının özləri tərəfindən, istəməsələr də, təkzib olunmuşdur. Belə ki, Z.Korkodayan 1932-ci ildə İrəvanda çap etdirdiyi “Sovet Ermənistanının əhalisi 1831-1931” adlı əsərində göstərir ki, həmin illərdə indi Ermənistan adlanan Qərbi Azərbaycanda 2310 yaşayış məntəqəsi və kəndlərdən 2000-dən çoxu azərbaycanlılara məxsus olmuşdur, erməni əhalisi isə əsasən 1828-1836-cı və 1915-1918-ci illərdə Türkiyədən, İrandan köçürülüb gətirilmişdir. Bu həqiqəti 1986-cı ildə İrəvan Universitetinin dərc etdirdiyi “Ermənistan və ətraf rayonlarının toponimlər lüğəti”ndə verilən faktlar bir daha təsdiq etmişdir.
N.İ.Şavrov “Zaqafqaziyada rus işinə təhlükə” kitabında göstərir ki, “1826-1827-ci illər müharibəsindən sonra 1828-ci ildən 1930-cu ilədək Zaqafqaziyaya 40 min İran, 84600 Türkiyə ermənisi köçürülmüşdür, onlar əsasən Yelezavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişlər”.
Onu da qeyd edək ki, I Pyotr həmişə erməniləri dəstəkləmiş, onları müdafiə etmişdir. I Pyotrdan sonra ermənilərə bu istiqamətdə rus hökmdarlarından II Yekaterina, daha sonra isə I Nikolay böyük köməklik göstərmişlər. I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə ermənilərin üstündən qul adını götürmüşdür. Həmin vaxta kimi ermənilər yer üzündə rəsmən qul adlanan millət olaraq qalmışdır.
Beləliklə, yaranmış tarixi şəraitdən istifadə edən ermənilər XIX əsrin 60-90-cı illərində Türkiyədə və Zaqafqaziyada gizli erməni cəmiyyətləri yaratmağa başladılar. 1885-ci ildə “Armenikan inqilabçı partiyası” və “Armeniya” qəzeti təsis edildi. 1887-ci ildə “Hınçaq”, 1890-cı ildə “Daşnaksütyun” partiyaları yaradıldı. Belə ki, ermənilərin ən qanlı təşkilatı sayılan “Daşnaksütyun” və “Erməni inqilabı cəmiyyətləri federasiyası” 1890-cı ildə Tiflisdə təsis olundu. Liderləri erməni şovinistləri Mikelyan, Zavaryan, Rostom (S.Zorin) və başqaları oldu.
Ermənilər XIX əsrin 90-cı illərində qiyamlar törətməklə qırğınlar həyata keçirmişlər. Həmin dövrdə İstanbulda Fransa səfiri olmuş Kabon 1894-cü ildə erməni məsələsini təsvir edərək yazırdı ki, müstəqil Ermənistan yaratmaq haqqında heç düşünməyə dəyməz, çünki ermənilərin digər xalqlardan az-çox üstün olduğu ərazi tapmaq mümkün deyil, ermənilər Türkiyənin dörd tərəfinə səpələnmişdir. 1894-cü ildə Sasunda ermənilər qiyam qaldıraraq türklərin kütləvi qırğınını apardılar və car çəkdilər ki, guya, bu zaman türk hökuməti tərəfindən 10 min erməni öldürülmüşdür.
Lakin fransız, ingilis və ruslardan ibarət komissiyanın məruzəsində bu hadisədə ermənilərin özlərinin günahkar olduğu, minlərlə türkün erməni qiyamçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi bildirilmişdir.
Sasunda baş vermiş “erməni qırğını” ilə əlaqədar ilk dəfə ABŞ Senatında məsələ müzakirə olunmuşdur. Amerika senatoru Treyn Senata məlumat verir ki, Türkiyənin bu ərazilərində ermənilər azlıq təşkil edir və Ermənistan dövləti yaratmaq əsassız bir ideyadır. I Dünya müharibəsi başladıqdan sonra 1915-ci ilin fevral ayında Tiflisdə keçirilən “Daşnaksütyun” partiyasının IX qurultayı cəbhədəki əlverişli məqamlardan istifadə edib sərhədboyu türk əhalisini sıxışdırıb məhv etməyə qərar vermişdir. Qurultayda Türkiyə dövlətinə xəyanət etmiş erməni generalı Ozanyan Andranik (1865-1927) erməni hərbi dəstələrinin sayının artırılmasını tələb etmişdir.
1915-ci ildə Sivas qubernatoru İstanbula göndərdiyi teleqramda rus ordusunun tərkibində 80 min erməninin vuruşduğunu bildirirdi. Onların köməyi ilə 1915-1918-ci illərdə Türkiyənin şərq vilayətində 2,2 milyondan çox türk-müsəlman qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqələri dağıdılmışdır. Ermənilərin türk müsəlmanların belə kütləvi məhvini həyata keçirdiyini görən türk hökuməti 1915-ci il aprel ayının 24-də erməni komitə mərkəzlərinin bağlanması, türk ordusundakı ermənilərin tərk-silah olunması barədə qərar qəbul etmiş, Daxili İşlər Nazirliyinin əmrinə əsasən bu qırğınlara rəhbərlik edən 2345 erməni həbs edilmişdir. Uydurma “erməni genosidi günü” kimi məhz həmin gün seçilmişdir ki, bu da tarixi həqiqətlərin tam saxtalaşdırılmasıdır.
Ermənilər 1915-ci ildə uydurma “soyqırımı”nın təbliğinə başlayaraq 300 min erməninin məhv edildiyini göstərmişlər. Saxtakarlıqlara söykənən, tarixi həqiqətlərdən uzaq olan erməni tarixçiləri və siyasətçiləri, erməni təbliğatı bu rəqəmi XX əsrin 80-ci illərində süni olaraq 2 milyona çatdırmışlar.
Tarixi sənədlər, hərbi, statistik məlumatlar sübut edir ki, həmin dövrdə, ümumiyyətlə, Türkiyə ərazisində cəmi 1 milyon 200 min erməni olmuşdur ki, onların da çoxu sonradan Rusiya, İran, Livan ərazilərinə köçmüşdür. Deməli, “Erməni soyqırımı” olmamışdır, ermənilərin bu uydurması tarixi həqiqətlərə əsla uyğun deyil.
Əslində isə, soyqırımını ermənilər dəfələrlə türklərə və azərbaycanlılara qarşı törədiblər. Ermənilər tərəfindən törədilən ən dəhşətli qırğınlar isə 1918-ci il mart ayının 30-31-i və aprel ayının ilk günlərində Bakıda baş verdi. Tarixi sənədlərdən də bəlli olduğu kimi, Bakıda soyqırımı planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərirdilər. Fitnəkarlıq yalnız 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdikdən sonra baş tutdu. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi mütəşəkkil erməni hərbi hissələri tərəfindən planlı surətdə həyata keçirilirdi. Bakı Sovetinin qüvvələrinə rəhbərlik edən S.Şaumyanın hərbi hissələrindən istifadə etməsi bu qırğının miqyasını daha da artırmışdır. Daşnaklar bolşevik dəstələrinə müsəlman fəhlələrinin qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Ona görə də, Bakı Soveti, onun yaratdığı ordu əsas etibarı ilə ermənilərdən ibarət idi.
Azğınlaşmış erməni quldurları dinc azərbaycanlı əhalini məhv etmək üçün ən amansız üsullara əl atırdılar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə həmin hadisələri araşdıran Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox türk-müsəlman öldürülmüş, onların da çoxunun meyitləri tapılmamışdır. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə, quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Ermənilər tərəfindən Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak qarət olunmuşdu. Bir çox ziyarətgahlar və tarixi abidələr yerlə-yeksan edilmişdi. Memarlıq incilərindən sayılan İsmailliyə binası yandırılmışdı. Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları, gəncləri də iştirak edirdilər.
Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “borcunu” yerinə yetirirdi”.
1918-ci ilin mart hadisələri zamanı qədim Şamaxı şəhəri də dəhşətli talanlara və vəhşiliklərə məruz qalmışdı. Ermənilərin bu şəhərdə və ümumən Şamaxı qəzasında törətdikləri vəhşiliklər haqqında 7 cilddən ibarət təhqiqat materialları toplanmışdı. 1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc olunmuşdur. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi olan, 800 ildən çox tarixə malik Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər”.
Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla 1 milyon manatdan çox olmuşdur. Ermənilər Qubada, Lənkəranda və digər qəzalarda da qırğınlar törətmişlər.
Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də, onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişlər. 2 gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir.
Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışlar. Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci il qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.
Onu da qeyd edək ki, xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tarixin Sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi məqsədini daşıyırdı. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxarmışdır.
Qeyd etmək yerinə düşər ki, monoetnik dövlət yaratmağa nail olan Ermənistan rəhbərləri keçmiş SSRİ-nin hərbi-sənaye potensialına arxalanaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini, o cümlədən, 7 ətraf rayonu - Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam və Füzulini işğal edib xarabazara çevirmişlər. Ermənistanın hərbi təcavüzü təkcə Dağlıq Qarabağı və onun ətraf rayonlarını deyil, eyni zamanda, Azərbaycanın qərbində yerləşən Gədəbəy, Tovuz, Ağstafa rayonlarını da əhatə etmişdir.
İşğal edilmiş ərazilərdə 800 yaşayış məntəqəsi, 6 min sənaye və kənd təsərrüfatı obyekti, ümumi ərazisi 9 min kvadratmetr olan 150 mindən artıq mənzil və şəxsi ev, 4366 sosial-mədəni obyekt, o cümlədən, 850 məktəbəqədər təlim-tərbiyə müəssisəsi, 690 orta məktəb, 490 tibb müəssisəsi, 927 kitabxana, 22 muzey, 6 teatr, konsert zalı və s. obyektlər erməni vandalları tərəfindən dağıdılmışdır.
Təəssüf ki, Ermənistan silahlı birləşmələrinin zəbt etdiyi Azərbaycan torpaqlarından çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874, 884) tələblərinə indiyədək əməl edilməmişdir. Müstəqilliyimizin ilk illərində özlərini Azərbaycan milli azadlıq hərəkatının baniləri hesab edən yalançı demokratların hakimiyyəti dövründə bu məsələlərə rəsmi münasibət bildirən bir sənəd, bir qərar və ya fərman verilməmişdir.
Tarixi keçmişimizə düzgün siyasi qiymət vermək istiqamətində ilk addımı isə məhz Ulu öndər Heydər Əliyev atdı. 1997-ci il 18 dekabr tarixində imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman tarixi həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmış oldu.
Bəli, ermənilərin istər ötən əsrin əvvəllərində, istərsə də 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində xalqımıza qarşı törətdikləri qanlı cinayətlər, o cümlədən, Xocalı faciəsi əsl soyqırımının kimlər tərəfindən həyata keçirildiyini bütün çılpaqlığı ilə ortaya qoyur. Məlum olduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək silahlanmış erməni daşnakları Xocalı şəhərinə hücum edərək dinc əhaliyə divan tutmuş, 613 nəfəri vəhşicəsinə qətlə yetirmişdir. Həmin gün erməni daşnakları azərbaycanlıların növbəti soyqırımını xüsusi qəddarlıqla həyata keçirmişlər.
Sonda vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, həmçinin, Prezident İlham Əliyev tərəfindən davam etdirilən və milli mənafeyə xidmət edən siyasət nəticəsində ermənilərin cinayətkar əməlləri beynəlxalq aləmdə ifşa olunur, Ermənistan tərəfindən dövlət siyasəti səviyyəsində həyata keçirilən soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində regionda gedən bütün proseslərdən kənarda qalan ermənilərə son və həlledici zərbənin vurulacağı gün uzaqda deyil. Yəni, yaxın vaxtlarda işğal olunmuş torpaqlarımız erməni vandallarının tapdağından azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək.
Mirbəşir MƏHƏRRƏMOV
Göygöl şəhər E.Vəliyev adına 5 saylı tam orta məktəbin direktoru
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

