1995-ci il mart hadisələrindən 20 il ötür
14.03.2015 [10:40]
20 il öncə Azərbaycanda silah yolu ilə hakimiyyətə gəlməyin qarşısı birdəfəlik alındı
Məlumdur ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə olduqca mürəkkəb və təhlükəli vəziyyət mövcud idi. Bir tərəfdən Ermənistanın torpaqlarımızı işğal etməsi və davam edən qanlı müharibə, digər tərəfdən isə ölkə daxilində ayrı-ayrı siyasiləşmiş cinayətkar qruplar və silahlı dəstələr arasında gedən hakimiyyət mübarizəsi yenicə müstəqilliyini elan etmiş Azərbaycanın bir dövlət kimi varlığını təhlükə qarşısında qoymuşdu. AXC-”Müsavat” iqtidarının yarıtmaz fəaliyyəti və düzgün olmayan kadr siyasəti isə ölkədəki mövcud vəziyyəti daha da kritikləşdirmişdi.
Belə ki, AXC-”Müsavat” iqtidarının yüksək məqama çatdırdığı Rəhim Qazıyev, Surət Hüseynov, Əlikram Hümbətov, Rövşən Cavadov kimi fiqurları əvvəlcə həmin iqtidarın özünə qənim kəsildilər, bacarıqsız, səriştəsiz iqtidar süqut etdikdən sonra isə silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə çalışdılar. Bu adamları Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamaq deyil, hansı yolla olursa-olsun hakimiyyət kreslosunu ələ keçirmək düşündürürdü.
Amma Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin üzləşdiyi problemlərin həlli istiqamətində mühüm addımlar atıldı. Bununla belə dağıdıcı qüvvələr yenə də öz əməllərindən əl çəkmək istəmirdilər. Belə ki, Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə müəyyən sabitliyin yaradılmasına baxmayaraq, 1995-ci ilin əvvəllərində siyasi gərginlik hələ də qalırdı. 1994-cü ilin oktyabr hadisələrindən sonra Surət Hüseynov və onun xarici ölkələrdəki havadarları öz məkrli niyyətlərindən hələ də əl çəkməmişdilər. Eyni zamanda, onlara dəstək verən cinayətkar ünsürlər də tapıldı. Daha dəqiq desək, bəzi qüvvələrin əlində alətə çevrilmiş Mahir və Rövşən Cavadov qardaşlarının Xüsusi Təyinatlı Polis Dəstəsindən (XTPD) istifadə etməklə müxtəlif cinayətlər törətməsi, dövlət qurumlarına hücumlar təşkil etmələri həm Surət Hüseynovun, həm də Cavadov qardaşlarının eyni mərkəzdən idarə olunduğunu göstərirdi. Vahid ssenari əsasında baş verən bu hadisələri törətməkdə əsas məqsəd isə hakimiyyəti qəsb etmək və xaricdəki düşmən qüvvələrin planlarını ölkəmizdə gerçəkləşdirmək idi.
Beləliklə, bəhs edilən dövrdə dövlət çevrilişi planı ilk olaraq 1995-ci il martın 13-də Qazax şəhərində həyata keçirilməyə başlandı. DİN sabiq XTPD-nin Qazaxda yerləşən 8-ci rotasının əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələrinin fərarilik etmiş hərbi qulluqçuları və mülki şəxslər müxtəlif markalı odlu silahlar, döyüş sursatları ilə silahlanmış vəziyyətdə, hərbi texnikadan istifadə etməklə Qazax rayon polis şöbəsinin, icra hakimiyyətinin binalarını, rabitə qovşağını quldurcasına zəbt etdilər. Bundan sonra cinayətkar dəstə Ağstafa şəhərində də həmin hərəkətləri davam etdirdi. Rövşən Cavadov birbaşa Daxili İşlər Nazirliyinin nəzdində olan XTPD-nin bazasına gedərək oradan hakimiyyətə ultimatumlar verdi. Onun və rəhbərlik etdiyi qeyri-qanuni silahlı dəstənin qarşıya qoyduğu əsas vəzifə bundan ibarət idi: nə yolla olursa-olsun Prezident Sarayını zəbt etmək, Azərbaycan Prezidentini ya fiziki cəhətdən məhv etmək, ya da həbs etmək, Ali Soveti, Azərbaycan Milli Televiziyasını və Daxili İşlər Nazirliyini öz tabeçiliyinə keçirmək. Bu çirkin işlərin necə həyata keçiriləcəyi, kimlər tərəfindən icra ediləcəyi də artıq planlaşdırılmışdı. Amma Ulu öndər Heydər Əliyevin qətiyyətli mövqeyi, xalqın birmənalı dəstəyi sayəsində qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi və dövlət çevrilişi cəhdinin qarşısı alındı.
Yeri gəlmişkən, 20 il öncə törədilən həmin hadisələrlə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, R.Cavadov silah gücünə, günahsız insanların qanını tökmək yolu ilə hakimiyyətə gəlmək niyyətini gizlətmirdi. Onun sözlərinə görə, belə insanlarda milli təəssübkeşlik, vətənpərvərlik hissləri, xalqına, dövlətinə qarşı heç vaxt məhəbbət olmur: “Ölkəmizə düşmən kəsilən xarici qüvvələrə belə insanlar lazım idi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrinin kökündə məhz bu məqsədlər dururdu: Ölkədə siyasi cəhətdən səbatsız, milli təəssübkeşliyi olmayan və idarəetmədə diletant olan adamlar hakimiyyətə gəlsin ki, məhz onların fərasətsizliyi və xəyanəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirsin. Surət Hüseynov və Cavadov qardaşları o qədər ağıla malik deyildilər ki, bu məsələlərin mahiyyətinə vara bilsinlər. Onlar düşünmək üçün yox, güc tətbiq etmək üçün seçilmiş fiqurlar idi. O zaman Ulu öndər Heydər Əliyev cinayətkar dəstəyə müraciət edərək bu əməllərindən, cinayətkar niyyətlərindən əl çəkmələrini, bu yoldan çəkinmələrini tövsiyə etdi. Bildirdi ki, tökdüyünüz qanlara, etdiyiniz cinayətlərə son qoymağın vaxtı gəlib çatıb. Lakin cinayətkar dəstə bütün bunlardan bir nəticə çıxarmadı. Xalq isə dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəklədiyini bildirdi, Onun ətrafında daha sıx birləşdiyini nümayiş etdirdi. Görünən o idi ki, xarici düşmənlər və daxilimizdəki xəyanətkar qüvvələr hər şeyi nəzərə alsalar da, Ulu öndər Heydər Əliyevlə xalqın birliyinin bu qədər güclü olacağını xəyallarına belə gətirməmişdilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri bütün bu xəyanətkar, cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Beləliklə, məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti və xalqın dəstəyi nəticəsində dövlət çevrilişinin qarşısı alındı. Bununla da, Azərbaycanda silah yolu ilə dövlət çevrilişi cəhdləri “ənənə”sinə son qoyuldu”.
Öz növbəsində, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, 1995-ci ilin mart hadisələri Ulu öndər Heydər Əliyevin o dövrdə həyata keçirdiyi müstəqil siyasətə, bütövlükdə dövlətçiliyə və ölkədə qanunçuluğun qorunmasına qarşı yönələn hərəkət idi. Onun sözlərinə görə, həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir, onları müdafiə etmir: “Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qarşıda üç mühüm vəzifə dayanırdı - müstəqil dövlət quruculuğunu həyata keçirmək, sovet sistemindən qalma iqtisadi modeli yeni modellə əvəz etmək və Ermənistanın davam edən təcavüzünün qarşısını almaq. Təəssüf ki, istiqlalımızın ilk illərində hakimiyyətdə olan dairələr - istər Ayaz Mütəllibov, istərsə də onu əvəz edən AXC-”Müsavat” cütlüyü bu vəzifələri nəinki yerinə yetirə bilmədi, hətta mövcud vəziyyəti kifayət qədər dəyərləndirmədi”.
Millət vəkili deyib ki, 1995-ci ilin mart ayında XTPD-nin ləğv edilməsi ilə bağlı qərar verildikdə bəzi xarici dairələr bu qurumun nümayəndələrinə dəstək olduqlarını bildirərək Azərbaycan hakimiyyətinə təzyiq göstərmək istədilər. Ancaq Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində bu problem də həll edildi: “Ölkədə qanunçuluq bərqərar oldu. Ən başlıcası, silah yolu ilə siyasi hakimiyyətə gəlmək cəhdinin qarşısı alındı”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32

