Xocalı soyqırımı mövzusu Twitterdə birinci olub
28.02.2015 [13:13]
Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu faciənin soyqırımı faktı kimi tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin ildən-ilə daha geniş vüsət alması internet media və sosial şəbəkələrdə də bu mövzuya diqqətin artmasına səbəb olub. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həm Azərbaycanda, həm də bütün dünyada keçirilən çoxsaylı tədbirlər ətrafında aparılan müzakirələr Twitter mikrobloqunun tematikasına əhəmiyyətli dərəcədə təsir edib.
Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fevralın 26-da saat 15:00-18:00 radələrində Xocalı soyqırımı Twitter-də ən çox münasibət bildirilən və paylaşılan mövzu olub və Twitter Top Trendində birinci yeri tutub. Bu isə onu deməyə əsas verir ki, milyonlarla Twitter istifadəçisi bu faciəyə öz münasibətini bildirib. “Retwit”lərin sayına görə də Xocalı soyqırımı mövzusu rekord həddə çatıb.
Əvvəlki illərdə sosial şəbəkələrdə Xocalı soyqırımı mövzusuna münasibət bildirən şəxslər əsasən Azərbaycan və Türkiyə vətəndaşları, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar və türklər olmuşdular. Bu il isə Twitter istifadəçilərinin əhəmiyyətli hissəsi, müxtəlif ölkələrin vətəndaşları mövzu ətrafında xüsusi fəallıq nümayiş etdiriblər.
Xocalı soyqırımına münasibətə gəldikdə, Twitter istifadəçiləri soyqırımı faktını və ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri kəskin şəkildə qınayıblar. Bir çox rəylərdə soyqırımının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınması, ona hüquqi qiymətin verilməsi məsələsi qabardılıb. Soyqırımı qurbanlarına dair vizual görüntülərin intensiv şəkildə paylaşılması da müşahidə olunub.
Diqqəti çəkən xüsusi məqamlardan biri kimi ictimai-siyasi xadimlərin, siyasətçilərin, ekspert və politoloqların, ayrı-ayrı sahələr üzrə tanınmış şəxslərin müzakirələrdə fəal iştirakını qeyd etmək olar.
Araşdırma nəticəsində müəyyən edilib ki, “Xocalıya ədalət!” kampaniyası Twitter dünya trendində geniş rezonans doğurub, yerli trenddə isə lider mövzu olub.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

