/ / ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikdən beynəlxalq hüquq normalarına zidd yanaşma...
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikdən beynəlxalq hüquq normalarına zidd yanaşma...
26.02.2015 [00:12]
Mübariz Qurbanlı: Ceyms Uorlik Dağlıq Qarabağdakı separatçı rejimi “de-fakto rəhbərlik” hesab etməklə ərazinin işğal olunması faktını, bir növ, arxa plana keçirir
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi geostrateji zərurət kimi çıxış edir. Çünki bir tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regional təhlükəsizliyə təhdid yaradır, digər tərəfdən isə, Ermənistanın qeyri-konstruktiv mövqeyinin, dağıdıcı fəaliyyətinin davam etməsini şərtləndirir. Belə olan halda, münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəliliyinin artırılması zərurəti ortaya çıxır. Doğrudur, bu təsisat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqe nümayiş etdirmir, işğalçı Ermənistana isə loyal münasibət göstərilir.
Digər tərəfdən, ATƏT-in Minsk qrupu bir çox hallarda işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı “Dağlıq Qarabağ”ın da qeyri-legitim hərəkətlərinə loyal münasibət bəsləyir. Bu kontekstdə son olaraq ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “Mediamaks” agentliyinə açıqlamasında “Dağlıq Qarabağ”dakı separatçı rejimi “de-fakto rəhbərlik” kimi səciyyələndirib. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərə toxunan C.Uorlik separatçı rejimlə mütəmadi danışıqları dəstəklədiklərini bildirib.
ATƏT-in Minsk qrupu nəzərə almalıdır ki, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatist “Dağlıq Qarabağ” faktiki destabillik mənbəyidir. İşğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq normalarının növbəti dəfə ayaqlar altına alınmasının bariz təcəssümü və təzahürüdür. Dolayısıyla, qondarma “Dağlıq Qarabağ”ın mövcudluğu Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu göstərən bir nömrəli dəlildir. BMT başda olmaqla qlobal miqyasda sülh və sabitliyin təmin olunması missiyasına xidmət etdiyini iddia edən aktorlar, o cümlədən, Minsk qrupunun həmsədr dövlətləri isə bütün bunlara laqeyd və loyal münasibət göstərirlər. Beynəlxalq hüquq normalarında birmənalı şəkildə təsdiq və müəyyən olunur ki, separatizm bir dövlətin ərazi bütövlüyünün pozulmasına səbəb olan əsas amildir və bu, yolverilməzdir. Amma buna baxmayaraq, qondarma “Dağlıq Qarabağ”ın “sərbəst” fəaliyyət göstərməsinə nəinki mane olunmur, hətta bəzi hallarda buna şərait yaradılır. BMT-nin nizamnaməsində bu barədə qeyd edilir: “Beynəlxalq hüququn müstəqil subyektlərinin ərazi bütövlüyünü pozan addımlar qəti şəkildə yolverilməzdir. Dövlətlərin razılığı olmadan onun sərhədləri daxilində hər hansı bir akt həyata keçirilə bilməz”.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı qəzetimizə açıqlamasında qeyd edib ki, separatçı Dağlıq Qarabağ rejimini “de-fakto rəhbərlik” kimi xarakterizə etmək yolverilməzdir. Onun sözlərinə görə, hazırki şəraitdə Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edildiyinə görə, burada yaradılan istənilən qondarma qurum separatçı rejimdir. “Beynəlxalq hüquqda işğal edilmiş ərazi anlayışı var. Dağlıq Qarabağ və ətrafındakı rayonlar isə Azərbaycanın işğal edilmiş əraziləridir. Bu ərazilərdə yaradılmış qondarma - separatçı qurum işğal rejiminin törəməsidir. Ona görə də, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı separatçı rejimi “de-fakto rəhbərlik” hesab etməklə ərazinin işğal olunması faktını, bir növ, arxa plana keçirir”.
M.Qurbanlı əlavə edib ki, bəhs edilən ərazi Azərbaycanın işğal edilmiş torpaqları olduğuna görə burada baş vermiş fəlakətlərə - ekoloji, insanlıq və mülkiyyət əleyhinə cinayətlər, mədəni irsin dağıdılmasına görə işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi məsuliyyət daşıyır: “Qondarma, separatçı Dağlıq Qarabağ rejimi legitim deyil. Ona görə də, işğal edilmiş ərazilərin statusuna uyğun olaraq bu əraziyə yanaşılmalıdır. C.Uorlik və digər həmsədrlər bu ərazilərin işğal altında olduğunu qeyd edərək işğalçı ölkəyə bilavasitə təzyiq göstərməlidirlər”.
YAP İcra katibinin müavini vurğulayıb ki, ATƏT-in Minsk qrupu bu məsələyə ikili standartlar əsasında yanaşır, bənzər problemlərə fərqli yanaşma nümayiş etdirdiyi halda, Dağlıq Qarabağ probleminə, Ermənistanın qeyri-konstruktiv mövqeyinə adekvat qiymət vermir. Bu isə həmin quruma etimadı azaldır və inamsızlıq yaradır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

