/ / Mingəçevir şəhəri ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksində işlər tam başa çatdırılıb
Mingəçevir şəhəri ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksində işlər tam başa çatdırılıb
23.02.2015 [10:37]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevirdə məcburi köçkünlər üçün yeni salınmış məhəllədə tikinti işlərinin tam başa çatması ilə əlaqədar fevralın 20-də Mingəçevir şəhər İcra Hakimiyyətində geniş müşavirə keçirib.
Müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələrinin, eləcə də Mingəçevir şəhər İcra Hakimiyyətinin, şəhərin xidmət təşkilatlarının, elektrik enerjisi, təbii qaz, içməli su, istilik sistemi, telekommunikasiya sahələri üzrə idarələrinin rəhbərlərinin, eləcə də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarının iştirakı ilə keçirilən müşavirədə şəhərcikdə tikinti işlərinin tam başa çatması ilə bağlı müzakirələr aparılıb.
Müşavirədə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş Əlavələrin 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Mingəçevir şəhərinin ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri tam başa çatdırılıb. Layihəyə uyğun olaraq ərazidə 594 mənzilli, doqquzmərtəbəli 11 bina tikilib. Binalarda 36 birotaqlı, 288 ikiotaqlı, 234 üçotaqlı, 36 dördotaqlı mənzillər var. Bundan əlavə, ərazidə 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binalar da tikilib.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu ilin yayında “Bakı-2015” ilk Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək. Həmin yarışların iştirakçısı olan idmançılar və komandaların nümayəndələri bu yeni salınan şəhərcikdə yerləşdiriləcək. Əli Həsənov “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirakı ilə bir neçə dəfə yeni qəsəbədə aparılan tikinti işlərinə baxış keçirdiklərini bildirib. “Bu gün isə biz bir daha “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları ilə müəyyən məsləhətləşmələr apardıq ki, gələcəkdə heç bir çətinlik olmasın”, - deyə komitə sədri əlavə edib.
“Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşları da şəhərcikdə işlərin çox yüksək səviyyədə görüldüyündən razılıqlarını bildiriblər.
Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir.
Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

