“Xocalı soyqırımı: Siyasi-hüquqi qiymətləndirmə prosesində”
23.02.2015 [10:36]
Qaradağda Xocalı soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirilib
Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı: Siyasi-hüquqi qiymətləndirmə prosesində” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkili Mixail Zabelin, Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vəli Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə, tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Qonaqlar, həmçinin, Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış olub, Xocalı qətliamının dəhşətlərini əks etdirən filmə baxıblar.
Tədbiri giriş nitqi ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib. Qeyd edib ki, Xocalı faciəsi 200 ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir: “Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə ölkəmizdə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildi”.
Bu gün Xocalı soyqırımının dünyada tanıdılmasına nail olunması istiqamətində görülən işlərin uğurları barədə danışan S.Mikayılov deyib ki, Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə uğurlu təbliğat və təşviqat aparılır, erməni vandalizmi bütün gerçəklikləri ilə dünyaya nümayiş olunur.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da deyib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş Sovet Ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının yardımı ilə Azərbaycanın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək soyqırımı aktı törətdilər. Bu, insanlığa, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. S.Novruzov Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etdiyini bildirib. YAP İcra katibinin müavini bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd edib.
Millət vəkili Mixail Zabelin də deyib ki, Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifəsidir. O, ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən mənfur siyasətə heç zaman ara verilmədiyini, bu siyasətin gah qanlı toqquşmalara səbəb olduğunu, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğulayıb.
Çıxış edən digər natiqlər də terrorun dininin və milliyyətinin olmadığını, erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndiriblər. Qeyd olunub ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması istiqamətində məqsədyönlü iş aparılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

