“Müsavat”da legitimlik problemi var”
20.02.2015 [00:37]
“Müsavat”da legitimlik problemi var, qurultaydan sonra bu təşkilat iki hissəyə bölünüb”.
Gün.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Müsavat Partiyasının rəhbərliyini ələ keçirmiş qüvvələrin legitimlik məsələsi ilə partiyadaxili qarşıdurmanın yaranmasında, gərginliyin baş verməsində hakimiyyət nümayəndələrinin əlinin olması ilə bağlı səsləndirdikləri iddiaların da heç bir əsası yoxdur.
“Müsavatdaxili gərginliyin, qarşıdurmanın heç bir halda hakimiyyətə aidiyyəti yoxdur. İqtidar bəyəm bunlardan xahiş edib ki, qeyri-demokratik, ədalətsiz qurultay keçirin? Xeyr!”, - deyə qeyd edən S.Novruzov bildirib ki, adıçəkilən partiyanın son qurultayında başqanlıq seçkisi zamanı ədalətsizlik olub və ədalətsizliyin nəticəsi olaraq da “Müsavat” üzvləri buna etiraz edirlər.
“Eyni zamanda, partiya rəhbərliyində olan şəxslər söz azadlığını, fikir plüralizmini boğur, azad fikir söyləyən insanlar partiya sıralarından çıxarılır, xaric olunur. Ona görə də, neçə aydır bu partiyada bir gərginlik, qarşıdurma var. Özü də “Müsavat”ın qurucularının böyük əksəriyyəti bu seçkiyə etiraz edir. Bunları da iqtidar öyrətməyib ki? Yəni, bunlar həmin təşkilatın qurucularıdır.
Onlar görürlər ki, burada ədalətsizlik olub və ona da etiraz səslərini ucaldırlar. İqtidarın bu məsələyə dəxli yoxdur. İqtidarı maraqlandırmır ki, bu partiyanı kim təmsil edəcək, kim olacaq. Bu seçim “müsavat”çıların öz seçimidir. “Müsavat”çılar da indi bu seçimə etiraz edirlər, istər rayon-şəhər təşkilatları, istər Məclis, istər Divan, istərsə də Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri hamısı deyir ki, başqanlıq seçimində bir qrup tərəfindən ədalətsizlik, saxtalaşdırma baş verib, partiya rəhbərliyi zəbt olunub.
Bu baxımdan hesab edirəm ki, bu məsələ onların öz daxili problemləridir və bu problemləri də özləri həll etməlidir - başqalarının üstünə atmamalıdırlar”, - deyə Siyavuş Novruzov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

