Azərbaycan regionda çox önəmli mövqeyə malikdir
14.02.2015 [10:35]
Sloveniya parlamentinin sədri Milan Brqlez AzərTAc-a müsahibəsində ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıqla bağlı məsələlərdən danışıb. Müsahibəni təqdim edirik.
- Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələrinin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?
- Hər iki ölkənin parlamentləri arasındakı əlaqələr inkişaf edir. Ümumiyyətlə, Azərbaycan ilə Sloveniya arasında həll edilə bilməyən hər hansı bir məsələ yoxdur. Siyasi sahədə münasibətlərimizi daha da inkişaf etdirmək olar. Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupu əlaqələrimizin daha da inkişafına töhfə verməyə çalışır. Bu qrup Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti ilə də sıx əməkdaşlıq edir.
- Ölkələrimizin əlaqələrinin daha da inkişaf etdirilməsi üçün hansı işlərin görülməsi nəzərdə tutulur?
- Biz Sloveniya ilə Azərbaycan arasında münasibətlərin bir çox sahələrdə daha da genişləndiriləcəyinə inanırıq. İnformasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq, energetika, turizm sahələrində əlaqələrin inkişafı vacibdir. Təhsil sahəsində əməkdaşlığın, eləcə də universitetlər arasında mübadilənin dərinləşməsi üçün potensial var. “Erasmus” proqramı tələbə mübadiləsinə kömək edə bilər.
- Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Sloveniya bir çox beynəlxalq qurumların, eləcə də Avropa İttifaqının üzvüdür. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi çox önəmlidir. Bu məsələyə ciddi diqqət yetirməliyik. Qarşılıqlı səfərlərin təşkil olunması da vacibdir. Sloveniya parlamentinin sabiq sədri sonuncu dəfə 2013-cü ildə Azərbaycanda olub. Mən də ən qısa zamanda Azərbaycana səfər etməyi planlaşdırıram.
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan regionda çox önəmli mövqeyə malik bir ölkədir. Bildiyiniz kimi, Avropanın enerji təchizatı marşrutlarını şaxələndirməyə ehtiyacı var. Bu baxımdan Azərbaycanın rolu olduqca vacibdir. Bu enerji resurslarının Sloveniyaya çatdırılması üçün bir neçə mərhələ keçilməlidir. Sloveniya Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji layihələrində iştirak etməyə hazırlaşır. Bizi hidroenerji və texnologiya sahələri daha çox maraqlandırır. Sloveniya yalnız bir mənbədən asılı olmaq istəmir.
Biz Azərbaycan ilə ticarət dövriyyəsinin artırılmasında da maraqlıyıq. İqtisadi əməkdaşlığın səviyyəsinin qaldırılmasına çalışacağıq.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə deyə bilərsiniz?
- Hesab edirik ki, bu problemin sülh yolu ilə həlli vacibdir. Bunun üçün bütün institusional imkanlardan istifadə edilməlidir. Xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyəti bu münaqişənin sülh yolu ilə həllində daha öndədir. Sloveniya bütün beynəlxalq münaqişələrin diplomatik yolla həllini dəstəkləyir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

