Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan pozitiv beynəlxalq imicə malikdir

Azərbaycan pozitiv beynəlxalq imicə malikdir

13.02.2015 [10:02]

Ölkəmizin uğurlu daxili və xarici siyasət kursu beynəlxalq səviyyədə təqdir olunur
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda, pozitiv beynəlxalq imicə malikdir. Bu da səbəbsiz deyil. Belə ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və reallaşdırdığı səmərəli, uğurlu daxili və xarici siyasət kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycanı beynəlxalq miqyasda hərtərəfli inkişaf edən, nüfuzlu dövlətlərdən və etibarlı strateji tərəfdaşlardan birinə çevirib. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili sosial-iqtisadi siyasət ölkədə ümummilli inkişafı təmin edib, eləcə də, praqmatik, realist və rasional xarici siyasi-strateji kursun fonunda Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir. Digər tərəfdən, sabitlik adası kimi çıxış edən ölkəmiz dünyaya tolerantlıq modeli bəxş edib və sivilizasiyalararası dialoqa fundamental töhfələr verir.
Bütün bunları nəzərə alan bir çox ölkələrin rəsmiləri, ekspertlər, o cümlədən, dünya mətbuatı Azərbaycanın inkişafını yüksək qiymətləndirir, əldə edilən nailiyyətləri təqdirəlayiq hal kimi xarakterizə edirlər.
Azərbaycanla əməkdaşlıq regional və beynəlxalq təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət daşıyır
Yəni, Azərbaycanın regional və qlobal təhlükəsizliyə verdiyi töhfələr, ölkəmizlə əməkdaşlığın əhəmiyyəti beynəlxalq səviyyədə qeyd edilir. Xüsusi olaraq vurğulanır ki, Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Məsələn, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun iki ölkə münasibətləri ilə bağlı AzərTAc-a müsahibəsində bu məqamları əsas götürərək qeyd edib ki, bölgədə, bütün dünyada problemlərin, münaqişələrin olduğu bir şəraitdə Türkiyədə və Azərbaycanda möhkəm sabitlik hökm sürür, ölkələrimizdə iqtisadiyyatın inkişafı, əhalinin firavanlığı istiqamətində mühüm işlər görülür: “Burada ən əsas məqam ondan ibarətdir ki, Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdikləri əməkdaşlıqdan təkcə bizim ölkələrimiz deyil, bu bölgə, eləcə də, daha geniş coğrafiya faydalanacaq. Qardaş ölkələrimiz reallaşdırmaq istədikləri mühüm layihələri həyata keçirmək istiqamətində sarsılmaz iradə nümayiş etdirirlər”.
Azərbaycan dünyaya tolerantlıq modeli bəxş edib
Bununla yanaşı, Azərbaycanın sivilizasiyalararası dialoqun inkişafında oynadığı rol, dünyaya təqdim etdiyi dəyərlər yüksək qiymətləndirilir. Yeri gəlmişkən, ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib ki, Azərbaycan ABŞ üçün çox vacib ölkədir. Onun sözlərinə görə, Azərbaycan İran və Rusiya ilə sərhəddə yerləşən yeganə, müxtəlif etnik qrupların yaşadığı tolerant, zəngin ənənələri olan və Qərblə dostluq etmək istəyən ölkədir.
Əlbəttə, dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi sayılan Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına və bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinə fundamental töhfələr bəxş edir. Ölkəmiz milli dəyərlərini mühafizə etməklə, həm də Qərbə inteqrasiya prosesini uğurla davam etdirir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində sərgilədiyi praqmatik mövqe yüksək qiymətləndirilir
Eyni zamanda, Azərbaycanın xarici siyasəti, beynəlxalq münasibətlər sistemində sərgilədiyi praqmatik davranışlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Rusiya Federasiyası Dövlət Dumasının spikeri Sergey Narışkin “Vesti 24” telekanalının “Mneniye” verilişində AŞPA-nın sonuncu sessiyası haqqında təəssüratlarını bölüşərkən qeyd edib ki, “Azərbaycan parlament nümayəndə heyətindən olan dostlarımız və həmkarlarımız özlərinin lazım bildikləri kimi, ədalətin, sağlam düşüncənin və demokratiyanın xeyrinə səs verdilər. Bu, nümunədir”.
Digər tərəfdən, “The Washington Times” qəzetinin təşkilatçılığı ilə ABŞ Konqresinə məxsus Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir?” mövzusunda keçirilən konfransda da Azərbaycanın səmərəli xarici siyasəti regional və qlobal təhlükəsizlik nöqteyi-nəzərindən yüksək qiymətləndirilib, ölkəmizin sivilizasiyalararası dialoqda müstəsna rol oynadığı diqqətə çatdırılıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi dünya mətbuatının diqqətində...
Bununla yanaşı, Azərbaycan həqiqətləri, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklər də beynəlxalq mətbuat səhifələrində yer alır. Məsələn, “The New York Times” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra məqamlar yer alıb. Sülh danışıqlarının təfərrüatına toxunan müəllif yazıb ki, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistanı öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa məcbur etmək üçün ölçü götürməyi tələb edib. Qeyd edilib ki, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından əvvəl Ermənistan tərəfindən işğal olunmuş torpaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdəbir hissəsini təşkil edir. Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyəti gözdən keçirən müəllif yazır ki, region Ermənistanın “oyuncaq” qurumudur. Buranın əhalisi xarici ölkələrə Ermənistan pasportu ilə gedir və rəsmi şəxslərin bir çoxu, o cümlədən, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda dünyaya gəlib. Müəllif yazıda Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı qaçqınların və məcburi köçkünlərin ağır şəraitdə yaşamasından söz açıb.
Bir sözlə, Azərbaycanın uğurlu daxili və xarici siyasət kursu beynəlxalq səviyyədə təqdir olunur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31