Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyi təntənə ilə qeyd edilib
05.02.2015 [10:17]
Fevralın 4-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
AzərTAc xəbər verir ki, yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Yubiley gecəsinə, həmçinin SSRİ xalq artisti İosif Kobzon, Rusiyanın əməkdar artisti Bari Alibasov, bəstəkar, SSRİ xalq artisti Yevgeni Doqa, SSRİ xalq artisti Lyudmila Rümina, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev və digər görkəmli qonaqlar qatılıblar.
Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində yubilyarın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında məşhur “Dolalay” mahnısının musiqisinə yazılmış orkestr üçün pyesin səslənməsi ilə başlayıb.
Daha sonra səhnəyə çıxan Polad Bülbüloğlu özünün məşhur “Azərbaycan” mahnısını ifa edib. Yubilyar mənsub olduğu nəslin bütün sahələrdə dəstəklənməsində ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısından söz açıb. Vurğulayıb ki, bu gün Ümummilli liderin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yubilyar onun yaradıcılığına verilən yüksək qiymətə görə dövlətimizin başçısına, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident Vladimir Putinin müvafiq Fərmanı ilə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi, mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə “Şərəf” ordeni ilə təltif edildiyini bildirib.
Mixail Şvıdkoy deyib: Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəndə ölkənizdə mədəniyyətə necə böyük diqqət və qayğı göstərildiyinin bir daha şahidi olduq. Polad Bülbüloğlunu təkcə Azərbaycanda deyil, Rusiyada da çox sevirlər.
Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç Prezident Aleksandr Lukaşenkonun yubilyara təbrik məktubunu oxuyub.
Diplomat yubilyara müraciətlə deyib ki, Belarusda da sizi sevir, təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin inkişafına töhfələrinizi yüksək qiymətləndirirlər.
Mərasimdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin, Moskva şəhərinin meri Sergey Sobyaninin, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun yubilyara təbrikləri çatdırılıb.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili də Polad Bülbüloğlunu təbrik edib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Polad Bülbüloğlu yaradıcılığının türkdilli ölkələrdə də böyük maraqla qarşılandığını bildirib. Türk dünyasının görkəmli sənətçiləri adından yubilyarı təbrik edən baş katib rəhbərlik etdiyi qurumun daimi şurası tərəfindən yeni təsis olunmuş mükafatı - “Türk dünyası sənətçisi qızıl medalı”nı ilk olaraq yubilyara verib.
Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq Rəssamı Zurab Sereteli təmsil etdiyi qurum tərəfindən təsis edilmiş medala ilk olaraq Polad Bülbüloğlunun layiq görüldüyünü diqqətə çatdırıb və mükafatı yubilyara təqdim edib.
Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov Polad Bülbüloğlunu təbrik edərək onun universitetin fəxri professoru adına layiq görüldüyünü bildirib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları yubilyara ən xoş arzularını çatdırıblar.
Çıxışlarda Polad Bülbüloğlunun yaradıcılığından geniş söhbət açılıb. Bildirilib ki, geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar kimi o, öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yazıb. Polad Bülbüloğlu öz bənzərsiz ifası ilə milli estrada musiqi xəzinəmizi zənginləşdirib. Onun böyük məharətlə ifa etdiyi mahnılar Azərbaycan Radiosu və Televiziyasının qızıl fondunda qorunub saxlanılır. Yubilyar kinofilmlərə, dram tamaşalarına musiqilərin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir. O, həmçinin bir sıra populyar mahnıların müəllifi və ifaçısı kimi tanınıb. 1981-ci ildə çəkildiyi “Qorxma, mən səninləyəm” filmi ilə müğənni həm də aktyorluq istedadını nümayiş etdirib.
Yubiley gecəsi Polad Bülbüloğlunun ifasında özünün və atası, görkəmli Azərbaycan müğənnisi Bülbülün repertuarından musiqi əsərlərinin səslənməsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

