Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir
06.01.2015 [09:48]
Bu səbəbdən 2014-cü ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir nəticə əldə olunmadı
Başa vurduğumuz 2014-cü il bütün sahələr üzrə Azərbaycan üçün uğurlu olub. Ölkəmiz xarici siyasət sahəsində də uğurlar əldə edib, dünya ölkələri ilə fəal əlaqələrini davam etdirib. Eyni zamanda, həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib. Amma təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi, həlledici nəticələr əldə olunmadı. Bunun da səbəbi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsidir. 2014-cü ildə atəşkəs rejiminin düşmən tərəfindən intensiv olaraq pozulması, cəbhə xəttindəki təxribatlar da sülh prosesinə mane olan hərəkətlərdir. Onu da bildirmək yerinə düşər ki, düşmən tərəfi yeni ilin ilk günlərində də atəşkəsi bir neçə dəfə pozub. Lakin Azərbaycan ordusu düşmənə dərhal layiqli cavab verib.
Bu məqamda qeyd edək ki, ümumiyyətlə, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ölkəmizdən fərqli olaraq Ermənistan rəhbərliyinin bu vaxta qədər münaqişənin həllinə münasibətdə nümayiş etdirdiyi mövqe isə status-kvonu mümkün qədər çox saxlamağa hesablanıb. Məlumdur ki, münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin, Rusiya Prezidentinin təşəbbüsü və digər beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın və Ermənistanın dövlət başçıları, həmçinin, xarici işlər nazirləri arasında çoxsaylı görüşlər keçirilib. Atəşkəsin imzalanmasından keçən 20 il ərzində danışıqlarda qazanılan çoxillik təcrübə isə onu göstərir ki, məsələ yalnız görüşlərin keçirilməsi, problemin müzakirə olunması ilə bitmir. Münaqişənin həlli üçün konkret addımlar atılmalıdır. Doğrudur, beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib. BMT Təhlükəsizlik Şurası, İƏT, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin çoxsaylı qərar və qətnamələrində Azərbaycan torpaqlarının işğal faktı təsdiqlənib, Ermənistan qoşunlarının zəbt olunmuş ərazilərdən çıxarılması, məcburi köçkünlərin yurd-yuvasına qayıtması tələb edilib. Lakin yuxarıda da vurğuladığımız kimi, işğalçı Ermənistan bu qərarların heç birinə məhəl qoymur. Bu ölkənin danışıqlarda iştirakı yalnız imitasiya xarakteri daşıyır. Ona görə də, hələlik münaqişənin həlli yönündə hansısa nəticədən danışmaq mümkün deyil.
Məlum olduğu kimi, Ermənistanın qeyri-konstruktiv mövqeyi ötən il avqustun əvvəlində cəbhə xəttində törətdiyi təxribatlarla bir daha təsdiq olundu. Amma Azərbaycan Ordusunun tutarlı cavabları işğalçı ölkəni təşvişə saldı. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2014-cü il avqustun 28-də Beyləqana səfəri zamanı yeni istifadəyə verilmiş Gənclər Mərkəzində rayon gənclərinin və ictimaiyyətin nümayəndələri ilə görüşündə Ermənistanın təşviş içində olduğunu bəyan etdi: “Azərbaycan ictimaiyyəti bilir ki, bu ayın əvvəlində Ermənistan təmas xəttində təxribat törətmək istəmişdi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir. Onlarla işğalçı məhv edilmişdir və onların təxribatı baş tutmamışdır. Bu təxribatın səbəbləri də aydındır. Çünki bildiyiniz kimi, Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu baş tutmadı və əksinə, Azərbaycanın mövqeyi Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vurulmuşdur və hələ ki, onlar o zərbədən özlərinə gələ bilmirlər. Ermənistanda təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç başlamışdır. Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq, təmas xəttindəki son hadisələr bunu daha da sürətləndirmişdir. On minlərlə erməni vətəndaşı ölkəni həmişəlik tərk edir və son hadisələr bu prosesə yeni təkan vermişdir”.
Dövlət başçısının vurğuladığı kimi, Ermənistanda əhali bu ölkəni sürətlə tərk edir. Bunun əsas səbəbi isə işğalçılıq siyasətinin erməni xalqına vurduğu ziyandır. Ermənistan hakimiyyəti bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır: “Bu yaxınlarda hətta etiraf edilmişdir ki, bunun əsas səbəbi diasporun güclü olmasıdır, eyni zamanda, Qarabağ münaqişəsidir. Yəni, artıq Ermənistan rəhbərliyi etiraf edir ki, demoqrafik böhranın əsas səbəbi qorxudur. Ermənistan cəmiyyəti qorxu içindədir. Əlbəttə, güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunu tələb edir”.
Təbii ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş reallıqdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, ölkəmizdəki inkişaf, Azərbaycanın müəyyən layihələr həyata keçirməklə qlobal mənada Avropanın enerji təhlükəsizliyinə töhfələr verməsi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda ölkəmizin üstünlüyünü artırır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyini vurğulayıb: “Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir”.
Sonda onu da qeyd etmək lazımdır ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi regional təhlükəsizliyə ciddi təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl yaradır. Məhz buna görə də, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Bir sözlə, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır. Əks təqdirdə, Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər. Yəni, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atmaq məcburiyyətində qalacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur və ordunun döyüş, həmçinin, müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə dair tam əminlik yaradır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

