Parisdə Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib
06.12.2014 [12:20]
Dekabrın 4-də Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, yoldaşlıq görüşünü izləyənlər arasında Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də var idi.
Parisin qış sirkinin fasadında güləş üzrə Azərbaycan və Fransa komandaları arasında yoldaşlıq görüşündən, ölkəmizin idman həyatından, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edən məlumat tabloları yerləşdirilmişdi.
Yarışların açılış mərasimi Azərbaycanın və Fransanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Olimpiya test turniri adlandırılan bu yoldaşlıq görüşünün açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı nümunəvi proqramla çıxış edib.
Sonra Azərbaycanın idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən film nümayiş olunub.
Təqribən 1600 tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandası elə ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Böyük tarixi və ənənələri olan Azərbaycan güləşinin yetirmələri ölkəmizin idman şərəfini bu yoldaşlıq görüşündə də layiqincə qoruyublar. Azərbaycan komandası rəqibinə 9:1 hesabı ilə qalib gəlib.
Ölkəmizdə çox populyar olan güləş idman növündə Azərbaycan həmişə fərqlənib. Beynəlxalq yarışlarda güləşçilərimizin qazandığı uğurlar yeniyetmə idmançılar üçün hər zaman stimul olub. Təsadüfi deyil ki, müstəqillik illərində təmsil olunduğumuz bütün Yay Olimpiya Oyunlarında güləşçilərimiz böyük nailiyyətlər qazanıb, Vətənə qızıl medallarla qayıdıblar.
Onu da deyək ki, Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünün keçirilməsi bu ilin may ayında Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolonla Parisdə keçirilən görüşündə razılaşdırılıb.
Oyunlar başa çatdıqdan sonra Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olunub. Ziyafətdə çıxış edən Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolon mərasimdə iştirakına və tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib. Alən Bertolon hər iki ölkə güləşçilərini göstərdikləri əzmkarlığa görə təbrik edərək Azərbaycan idmançılarının dünya reytinq cədvəllərində həmişə yüksək pillələrdə dayandığını vurğulayıb. Fransa Güləş Federasiyasının prezidenti gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında idmanın güləş növünün yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirib.
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov isə ölkəmizdə güclü idman ənənələrinin olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük idman infrastrukturunun yaradıldığını, respublikamızın Olimpiya hərəkatında fəal iştirak etdiyini diqqətə çatdırıb. Fazil Məmmədov gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü vurğulayıb.
Mərasimdə ölkəmizdə idmanın, o cümlədən güləşin inkişafından bəhs edən film nümayiş etdirilib.
Sonda Beynəlxalq Güləş Federasiyası ilə “ATA Holdinq” ASC arasında əməkdaşlığa dair protokol imzalanıb.
Mərasimdə Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02

