Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İndoneziya Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır

İndoneziya Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır

05.12.2014 [10:04]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İndoneziyanın ölkəmizdəki səfiri Raden Prayono Atiyanto ilə görüşündə ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Komitənin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, M.Qurbanlı Azərbaycan ilə İndoneziya arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib.
Səfir R.P.Atiyanto İndoneziyanın Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu söyləyib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğunu bildirən diplomat iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
R.P.Atiyanto M.Qurbanlını 2015-ci ilin fevral-mart aylarında Cakartada keçirilməsi nəzərdə tutulan İslam alimlərinin 4-cü beynəlxalq konfransına dəvət edib.

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30