/ / Zahid Oruc: Əminik ki, Türkiyə hakimiyyəti Azərbaycanın mövqeyini müdafiə etməkdə ardıcıl olacaq
Zahid Oruc: Əminik ki, Türkiyə hakimiyyəti Azərbaycanın mövqeyini müdafiə etməkdə ardıcıl olacaq
25.11.2014 [09:37]
Hrant Dinkin yarımçıq qalmış ideyaları üzərində iş aparanlar dünyanın hazırkı aparıcı tendensiyaları ilə nə qədər üz-üzə durduqlarının fərqində deyillər. Bunu millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, bəlkə də, 8 ay, 1 il əvvəl həmin fondlar, onların beynəlxalq aləmdəki tərəfdarları və Türkiyə-Ermənistan arasında sərhədin açılmasından çox böyük fayda götürəcək qüvvələr belə konfranslar keçirsələr, biz onlara tarixdən misal gətirməklə cavab verəcəkdik. Amma Rusiya və Ukrayna arasında məlum hadisələr və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsi bizi təzə arqumentlərlə təchiz edib: “Necə olur ki, Qərb dairələri sərhədlərin açılmasını nəzərdə tutan Türkiyə və Ermənistan arasında imzalanmış Sürix protokollarını bu ölkələrin parlamentlərinə göndərtdirirlər, bu dövr ərzində protokolların parlamentlərdə təsdiqlənib həyata keçməsi üçün informasiya dəstəyi, diplomatik-siyasi dairələrin əli ilə, təzyiqlərlə bu protokolları gündəmdə saxlayırlar, amma özləri Rusiyaya qarşı bütün qapıları bağlamaq siyasəti yürüdürlər? Əgər sanksiyalar gərəkli diplomatik, siyasi, iqtisadi mexanizm deyilsə, yararsızdırsa, yaxud xalqları bir-birindən ayırırsa, Qərb də sanksiyalar tətbiq etməsin. Qərb nəinki Rusiyaya, bundan öncə İrana, Şimali Koreyaya və digər ölkələrə qarşı belə sanksiyalar tətbiq edib, qapıları möhürləyib, hətta bu sanksiyaları qanunvericilik aktları ilə möhkəmləndirib. Ona görə də bu gün Türkiyədə keçirilən konfransın, konfrans iştirakçılarının açıq şəkildə Türkiyə hakimiyyətinə təzyiqinin heç bir anlamı yoxdur. Türkiyə-Ermənistan sərhədləri bağlı qalmaqda davam etməlidir. “Qapıların möhürü” o zaman açıla bilərdi ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin.
Guya nəticədə artıq Ermənistan Türkiyə əleyhinə təzyiq aləti olmayacaq. Kimsə buna inanırmı? Əksinə, mən düşünürəm ki, Qərb dairələri Ermənistanı bu təcrid durumundan çıxarandan sonra Ermənistan həm Türkiyə əleyhinə fəaliyyətini genişləndirəcək, həm də Azərbaycanın işğal olunmuş ərazilərində də daha çox möhkəmlənəcəklər. Ermənilər əmin olacaqlar ki, əgər bu gün hər hansı bir təsirlə sərhədləri açmağa nail olurlar, Avropa ilə əlaqə qurmaq üçün bir yol qazanırlar, deməli, işğala görə cəza yox, mükafat əldə edirlər. Ermənilər düşünəcəklər ki, niyə təkcə Qarabağla kifayətlənək? Əminik ki, Türkiyə hakimiyyəti Azərbaycan dövlətinin, xalqının mövqeyini müdafiə etməkdə ardıcıl olacaq. Çünki biz təkcə Qarabağ məsələsindən, işğalın yaratdığı gerçəklikdən danışmırıq. Həm də Türkiyənin mənafeyindən çıxış edib, belə bir mövqe tuturuq. Bu konfransı keçirənlər Azərbaycanı itirməyin müqabilində Ermənistanı qazanmağı təklif edirlər. Ermənistan işğalçılıq siyasətindən əl çəksin, nəinki Türkiyə-Ermənistan sərhədlərinin açılması, Azərbaycanla Ermənistan arasında da əlaqələrin qurulması mümkündür”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

