/ / Bakının Səbail və Nyu-Yorkun Bruklin rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb
Bakının Səbail və Nyu-Yorkun Bruklin rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb
21.11.2014 [09:28]
Bakının Səbail və Nyu-Yorkun Bruklin rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb.
Protokol ABŞ-da səfərdə olan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşündə imzalanıb.
Görüşdə Erik Adams 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək məqsədilə Azərbaycana səfər etdiyini və Bakının onda zəngin təəssüratlar yaratdığını bildirib.
Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından xəbərdar olduğunu vurğulayan E.Adams Bruklin və Səbail rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmaslara təkan verəcəyinə əminliyini ifadə edib.
Asif Əsgərov müstəqilliyimizin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu bildirib. O, ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini söyləyib və E.Adamsı bu tədbirə dəvət edib.
Görüş iştirakçılarına Səbail rayonu və rayonda aparılan quruculuq işləri barədə də məlumat verilib.
Azərbaycanın Vaşinqtondakı səfirliyinin müşaviri Məmməd Talıbov ölkəmiz ilə ABŞ arasındakı strateji tərəfdaşlıq barədə danışıb. Qeyd edib ki, bir müddət öncə “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı-Nyu-York birbaşa uçuşları həm Azərbaycanın ümumi inkişafının, həm də ölkələrimiz arasında münasibətlərin müsbət dinamikasının göstəricisidir.
M.Talıbov ölkəmizin zəngin dövlətçilik ənənələrinə malik olduğunu və müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb.
Azərbaycanın zəngin tolerant ənənələrini vurğulayan diplomat ABŞ-da olduğu kimi, ölkəmizdə də çoxsaylı etnik qrup və dini icmaların əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və Bruklindəki Azərbaycan icmasının fəal nümayəndəsi Mariyetta Rozental da iştirak ediblər.
Protokolun imzalanması mərasimindən sonra Azərbaycan icmasının yaratdığı “My Way” mədəni inkişaf mərkəzinin yetirmələri milli rəqslərimizdən ibarət proqram nümayiş etdiriblər.
Mədəni hissənin sonunda çıxış edən Mariyetta Rozental Bruklin rayonu Administrasiyası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin ABŞ-dakı səfirliyinə bu tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31

