Azərbaycanda tolerantlığın möhkəm təməl sütunları var
15.11.2014 [11:42]
Azərbaycanda tolerantlığın möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Ölkəmizdə tolerantlıq dövlət siyasətinin mühüm elementinə çevrilib.
AzərTAc xəbər verir ki, bu fikirlər noyabrın 14-də Bakıda keçirilən “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda “dəyirmi masa” - konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən səsləndirilib.
M.Qurbanlı deyib ki, Beynəlxalq Tolerantlıq Günü çərçivəsində Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük təcrübəni, qazanılan nailiyyətləri müzakirə etmək və ictimaiyyətə çatdırmaqdır. Azərbaycan tolerantlıq sahəsində dünyada ən qabaqcıl ölkələrdən sayılır. Bunu nəzərə alaraq, Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar komitə tərəfindən Azərbaycanda və bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirilir.
M.Qurbanlı məlumat verib ki, komitə beynəlxalq miqyasda tolerantlıqla bağlı qəbul olunmuş sənədlər toplusu nəşr etdirib. Topluda BMT, Avropa Şurası, ATƏT səviyyəsində tolerantlıqla bağlı qəbul edilmiş müxtəlif sənədlər əksini tapıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanın tolerantlıq sahəsindəki uğurlarını əks etdirən təqdimatla çıxış edərək ölkəmizdə tolerantlığın tarixi, bugünkü vəziyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı bir ölkədir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Avropa üçün tolerantlıq hüquqi borcdursa, Azərbaycan üçün bu, mənəvi ehtiyacdır. Azərbaycanda etnik azlıqların nümayəndələrinin öz adət-ənənələrinə uyğun yaşamaları üçün hər cür şərait yaradılıb.
Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri var. Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır.
B.Muradova bildirib ki, Azərbaycanın Konstitusiyasında, qanunlarında da bu məsələyə xüsusi yer verilib. Parlamentdə müzakirə olunan məsələlərdən biri də Azərbaycanın tolerantlığının dünya ictimaiyyətinə çatdırılmasıdır.
Dünyada ölkələr və xalqlar arasında müxtəlif münaqişələrə dini don geyindirməyə cəhd olunmasının narahatlıq doğurduğunu bildirən B.Muradova qeyd edib ki, İslam dünyası beynəlxalq aləmdə münaqişələr dünyası kimi tanınmamalıdır.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, əsrlərdən bəri Azərbaycanda yaşayan dini icmalara dözümlü münasibət mövcuddur. Azərbaycanda məscidlərlə yanaşı kilsə, sinaqoq və digər etiqad yerlərinin olması ölkəmizdəki tolerant mühitin əyani sübutdur. Tolerantlıq, eyni zamanda, insan hüquq və azadlıqlarının qorunmasının təsdiqidir.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh şəraitində birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu yer olub. O, Azərbaycanın tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu vurğulayıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Anna Bayramova Beynəlxalq Tolerantlıq Gününün tarixi haqqında danışıb. O bildirib ki, 1995-ci il noyabrın 16-da UNESCO-ya üzv dövlətlər tərəfindən tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul olunub və bu gün təsis edilib.
Qeyd edilib ki, Azərbaycan cəmiyyəti tolerantlıq prinsipləri üzərində qurulub. Ölkədə dini dözümlülük ənənələrinin qorunub saxlanmasında Ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndərin bu sahədə siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında tolerantlığın ölkəmiz üçün yeni anlayış olmadığını söyləyib. O deyib ki, Azərbaycan xalqı əsrlərdən bəri bu xüsusiyyətini nümayiş etdirir. Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsidir.
Müzakirələrlə davam edən tədbirdə digər çıxış edənlər bildiriblər ki, tolerantlıq bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25

