Takehiko Nakao: Azərbaycan ilə əməkdaşlıq Asiya İnkişaf Bankı üçün prioritetdir
06.11.2014 [09:48]
Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao Bankın Rəhbərlər Şurasının 2015-ci ilin mayında Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq prosesinin gedişini müzakirə etmək üçün Azərbaycanda səfərdə olub. AİB-in prezidenti səfərinin yekunlarına dair AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Bu il Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın 15 illiyi tamam oldu. Siz bu əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini necə qiymətləndirirsiniz?
- Əvvəlcə Azərbaycanın son illərdəki nailiyyətlərini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Ölkənizin zəngin təbii sərvətləri var. Azərbaycan neft və qaz hasilatından əldə etdiyi gəlirləri qeyri-neft sektorunun inkişafına səmərəli şəkildə yönəldir. Bir çox dünya ölkələri artıq Azərbaycanda mövcud olan səmərəli investisiya mühitindən yararlana bilirlər. Azərbaycanda təhsil, infrastruktur, səhiyyə və digər sahələrdə uğurlu layihələr həyata keçirilir. Azərbaycan Hökumətini bu nailiyyətlər münasibətilə təbrik edirəm.
Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurludur. Ötən 15 il ərzində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana kredit və qrant şəklində 1,7 milyard dollar məbləğində vəsait ayrılıb. Biz Azərbaycan ilə əməkdaşlığın hazırkı səviyyəsindən çox razıyıq. Əminəm ki, əməkdaşlığımız gələcəkdə yeni istiqamətlər üzrə daha da genişlənəcək. Azərbaycan hökumətinin əlaqələrimizin inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Ölkənizdə iş adamlarının fəaliyyəti üçün əlverişli şərait var. Asiya şirkətləri də bu şəraitdən maksimum istifadə etməyə çalışırlar. Bu, hər iki tərəf üçün çox faydalıdır.
- Nəqliyyat, alternativ enerji və digər infrastruktur sahələri üzrə mühüm layihələrin həyata keçirilməsi Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın göstəricisidir. Bəs, iqtisadiyyatın daha hansı sahələrinə investisiya yatırmağı nəzərdə tutursunuz?
- Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və bu, strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Artıq bir çox ölkələr Azərbaycanın enerji sahəsindəki təcrübəsini öyrənir. Dövlət Neft Fondunun yaradılması gələcək nəslin ehtiyaclarını ödəmək və makroiqtisadi sabitliyi təmin etmək baxımından çox faydalı addımlardan biridir.
Nəqliyyat, infrastruktur sahələrində uğurla əməkdaşlıq edirik. İşləyəcəyimiz digər mühüm sahələrdən biri ictimai özəl tərəfdaşlığın inkişaf etdirilməsi üzrə yolların araşdırılmasıdır. Əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz, həmçinin mövcud layihələrin uğurla reallaşdırılmasına çalışırıq.
- Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı 2015-ci ilin mayında Azərbaycanda keçiriləcək. Maraqlıdır, hansı amillərə görə məhz Azərbaycan seçildi? Toplantının sonunda Bankın fəaliyyətinə müsbət təsir göstərəcək hansısa yekun sənədin qəbul olunacağı gözlənilirmi?
- İlk növbədə, bu qərar bizim üçün Azərbaycan ilə tərəfdaşlığı daha da möhkəmləndirmək baxımından yaxşı imkandır. Bu, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun dəstəklənməsi üçün mühüm addımdır. Şura iclasının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ildə Asiya İnkişaf Bankının sərmayədarları tərəfindən qəbul edilib. Qərarı AİB-in üzvü olan 67 ölkənin rəsmiləri dəstəkləyib. 48-ci toplantı AİB-in Cənubi Qafqazda keçirəcəyi ilk illik tədbirdir. Beləliklə, Azərbaycan daha bir beynəlxalq ilkə imza atacaq. Təbii ki, toplantıda müzakirə ediləcək əsas mövzular yekunda ümumiləşdirilərək qərar formatında üzv ölkələrə təqdim olunacaq.
- 2014-cü il üçün maliyyə dövriyyəsinin həcmi nə qədərdir?
- Hər bir layihənin qəbul olunması və dəyərləndirilməsi müəyyən vaxt aparır. Azərbaycanın cənub və qərb bölgələrində yol infrastrukturunun yenidən qurulması üçün AİB vəsait ayırıb. Qeyd etdiyim kimi, AİB özəl sektora da vəsait ayırıb. Növbəti dörd il üçün maliyyə dövriyyəsinin həcmi təqribən 752 milyon dollar olacaq. Ölkədə həyata keçirilən TAP boru kəməri, “Cənub” qaz dəhlizi, “Şahdəniz-2” layihələri bölgənin və Avropanın enerji təhlükəsizliyinə daha böyük töhfələr verəcək. AİB bundan sonra da Azərbaycana sərmayə yatırmağa davam edəcək və bununla maliyyə dövriyyəsinin həcmi ildən-ilə daha da artacaq.
- Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) layihəsinin üzvüdür. Ölkəmizin bu proqramdakı rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan CAREC təşəbbüsünün əhəmiyyətli tərəfdaşlarına çevrilib. CAREC Cənub-Qərb, Qərbi Avropa - Qərbi Çin beynəlxalq nəqliyyat dəhlizləri kimi nəhəng layihələrin tərkib hissəsidir. Əminəm ki, Azərbaycan bundan sonra da CAREC təşəbbüsü çərçivəsində töhfələrini verməyə davam edəcək.
- Bazar iqtisadiyyatının inkişafında maliyyə resurslarından səmərəli istifadə təcrübəsi mühüm amildir. Asiya İnkişaf Bankının gündəliyində sahibkarlar arasında təcrübə mübadiləsi aparmaq, maliyyə resurslarından səmərəli istifadə mexanizmlərini təşviq etmək üçün treninqlərin, seminarların və konfransların keçirilməsi nəzərdə tutulurmu?
- Maliyyə resurslarının düzgün idarə edilməsi ilə bağlı tədbirlərin keçirilməsi bizim üçün olduqca önəmlidir. Təbii ki, zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan ilə əməkdaşlıqdan məmnunuq. Ümidvaram ki, bu əlaqələr inkişaf edəcək, gələcəkdə birgə həyata keçirəcəyimiz layihələr bizi daha da yaxınlaşdıracaq. Sahibkarlar üçün təlimlərin, seminarların təşkili məsələsini gündəlikdə saxlayacağıq.
AİB Ölkə Tərəfdaşlıq Strategiyasına uyğun olaraq Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına dəstəyini davam etdirəcək. Azərbaycan hökuməti müasir dünyadakı çağırışları çox gözəl bilir və buna uyğun qabaqlayıcı addımlar atır. Azərbaycanın böyük inkişaf perspektivi var. Biz Azərbaycanda sahibkarlığın inkişafına hökumət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndiririk.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

