Dünya Bankı Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir
05.11.2014 [09:59]
Dünya Bankı gələcəkdə Azərbaycanla əməkdaşlığı Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) vasitəsilə gücləndiriləcək. Bu barədə məlumat Mərkəzi Bankın sədri Elman Rüstəmovun Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın rəhbərlik etdiyi nümayəndə heyəti ilə noyabrın 4-də keçirilmiş görüşündə açıqlanıb.
Mərkəzi Bankdan AzərTAc-a bildiriblər ki, görüş zamanı Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər, həyata keçirilmiş layihələr müzakirə edilib. Həmçinin DB-nin texniki və maliyyə dəstəyinin uğurlu nəticələri, cari il üzrə ən son makroiqtisadi inkişaf, 2015-ci ilin əvvəllərində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıq, bank sektorunda kapitallaşdırma və konsolidasiya prosesləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
E.Rüstəmov qonaqlara ölkədəki makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib. Cari ildə və orta müddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını qeyd edən Mərkəzi Bankın sədri, həmçinin “kontr-tsiklik bank nəzarəti” çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini diqqətə çatdırıb.
Azərbaycanda iqtisadi artım davam edir və bu, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunur. Son 10 ildə iqtisadiyyat 3,4 dəfə artıb ki, bu da ölkəmizin tarixində ən yüksək göstəricidir. Əldə olunan inkişafın ölkənin beynəlxalq iqtisadi imicini daim yaxşılaşdırdığını vurğulayan E.Rüstəmov beynəlxalq təşkilatların müvafiq hesabatlarından bəhs edib. Bildirilib ki, “Doing Business - 2015” hesabatına əsasən Azərbaycan səkkiz pillə irəliləyərək 80-ci yerdə, “Qlobal Rəqabətlilik Hesabatı” üzrə isə bir pillə irəliləyərək 38-ci yerdə qərarlaşıb.
Dünya Bankı nümayəndə heyətinin rəhbəri Azərbaycanın sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirib. L.Tak gələcəkdə ölkəmizlə əməkdaşlığın Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) vasitəsilə gücləndiriləcəyini bildirərək DB tərəfindən aparılmış Azərbaycan üzrə Sistematik Ölkə Diaqnostikası barədə məlumat verib, nəticələr əsasında yeni ÖTÇ-nin hazırlanacağını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

