Mübariz Qurbanlı: Ermənistan hakimiyyəti dövləti dağılmaq təhlükəsi ilə üz-üzə qoyub
24.10.2014 [09:54]
“Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı Paris görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çətin ki, bir irəliləyişə nail olunsun”. Bu fikri 1news.az saytına müsahibəsində politoloq, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı Azərbaycan Prezidenti İlham Əliyevin erməni həmkarı Serj Sarkisyanla oktyabrın 27-nə nəzərdə tutulan görüşünə münasibət bildirərkən söyləyib. Bununla belə, o, bu cür yüksək səviyyəli görüşlərin keçirilməsinə tərəfdar olduğunu vurğulayıb.
“İndiyədək Rusiya və ABŞ tərəfinin, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan görüşlərdə, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe sərgiləməsi ucbatından, gözlənilən irəliləyişə nail olunmayıb. Amma bununla belə, düşünürəm ki, münaqişə tərəfləri arasında belə yüksək səviyyəli görüşlərin keçirilməsi faktının özü bu münaqişənin həlli üçün doğru addımdır və gec-tez o öz müsbət nəticəsini verəcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi təkcə Azərbaycanın deyil, eyni zamanda, böyük sülh sazişinə imza atmağa hələ də hazır olmayan Ermənistanın diplomatik dairələrindən çox böyük və gərgin iş tələb edir.
Odur ki, Ermənistan tərəfinin öz siyasətini dəyişəcəyi və tərəfləri qane edəcək təkliflərlə razılaşacağı haqda danışmaq hələlik tezdir. Görünən odur ki, vasitəçi dövlət,-indiki məqamda bu Fransadır,-danışıqlar prosesini indiki ölü nöqtədən tərpətmək üçün müəyyən səylər göstərir. Belə ki, Ermənistan tərəfi hər dəfə danışıqlar prosesindən müxtəlif bəhanə ilə yayınaraq, dünya ictimaiyyətini aldatmağa çalışır və buna müəyyən mənada nail olur.
Ermənistan Azərbaycanla sülh sazişini yalnız o halda imzalaya bilər ki, öz sahiblərinin,- bildiyimiz qədər onların sayı da çoxdur,- birbaşa və yaxud dolayısı himayəsindən məhrum olsun.
Məlum olduğu kimi, Rusiyanın forpostu olan Ermənistan Qərbdən də siyasi və iqtisadi dəstək almaqdadır və əslində bu ölkə elə həmin yardımların hesabına öz mövcudluğunu saxlamaqdadır. Diasporun aktiv dəstəyi sayəsində Ermənistan hələ də Dağlıq Qarabağın tarixi erməni torpaqları olması barədə uydurma təbliğat aparmaqda, beynəlxalq tribunalardan heç bir əsası olmayan bu kimi bəyanatlar səsləndirməkdə davam edir.
Lakin Ermənistan tərəfinin bütün avantüralarına baxmayaraq, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan hakimiyyətinin uzaqgörən xarici siyasəti, eləcə də bizim diplomatlarımızın böyük, gərgin işləri sayəsində, Azərbaycanın haqlı mövqeyi bütün beynəlxalq təşkilatlara çatdırılıb, dünya ictimaiyyəti ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycan torpaqlarının işğal faktını pisləyir”, - deyə Mübariz Qurbanlı vurğulayıb.
Politoloq daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin aktivləşdirilməsinə dair Avropa İttifaqı (Aİ) təmsilçilərinin çağırışlarını da şərh edib.
Xatırladaq ki, bu yaxınlarda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü dəstəklədiyini bəyan edərək, bunun danışıqlar prosesinə yeni impuls verəcəyinə ümid etdiyini bildirib, eyni zamanda, Aİ-nin Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonun dəyişilməsinə tərəfdar olduğunu vurğulayıb.
Məsələyə münasibət bildirən Mübariz Qurbanlı qeyd edib ki, Aİ rəsmilərinin dilindən belə bəyanatlar çox səsləndirilib. Amma çox təəssüf ki, indiyədək keçirilən belə görüşlər heç bir müsbət nəticə verməyib.
“Əgər beynəlxalq təşkilatlar münaqişənin həllində hər hansı irəliləyiş görmək istəyirlərsə, bunun üçün belə çağırışlar yetərli deyildir. Bunun üçün konkret əməli işə keçmək lazımdır. Bir halda ki, təcavüzkar ölkəyə qarşı effektiv mübarizə tədbirləri görülmürsə, -məsələn, bu sanksiyaların tətbiqi də ola bilər, necə ki Ukraynanın Krım bölgəsinin ilhaqından sonra bu, Rusiyaya qarşı tətbiq olundu,-BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi tələb olunmursa, bütün bu bəyanatlar elə kağız üzərində də qalacaq.
Bir sözlə, Avropa və Qərb indiyədək Azərbaycana qarşı ikili standartlar siyasəti nümayiş etdirir. Məsələn, münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürmüş Fransada elə qüvvələr var ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalmasında maraqlıdırlar. Bunun özü elə ikili standartların bariz nümunəsidir”, - deyə Mübariz Qurbanlı vurğulayıb.
O, həmçinin, qeyd edib ki, Ermənistan dövlətinin gələcək taleyi heç vaxt indiki kimi ölkə rəhbərliyinin siyasi iradəsindən belə çox asılı olmayıb. Belə ki, ölkədəki sonu görünməyən iqtisadi böhran, cəmiyyətdə mövcud olan siyasi parçalanma Ermənistanın bugünkü reallığını əks etdirir və ölkəni dərin uçurumun kandarına sürükləyib. Bundan sonra isə Ermənistanın bir dövlət kimi dağılması labüddür və praktiki olaraq bu, qaçılmazdır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

