/ / “Qars Qafqazlara və Qara dənizə açılan qapı olmaqla Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır”
“Qars Qafqazlara və Qara dənizə açılan qapı olmaqla Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır”
23.10.2014 [10:31]
Azərbaycanda səfərdə olan Türkiyənin Qars bələdiyyəsinin başqanı Murtaza Karaçanta “Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərinin kollektivi ilə görüşüb
Azərbaycanda səfərdə olan Türkiyənin Qars bələdiyyəsinin başqanı Murtaza Karaçanta dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində “Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərinin kollektivi ilə görüşüb. Qonağı salamlayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan və Türkiyəni ortaq dəyərlərin birləşdirdiyini vurğulayıb. Hikmət Babaoğlu bildirib ki, Azərbaycan xalqının dil və mədəni coğrafiyası onun siyasi-inzibati coğrafiyasından böyükdür: “Xalqımızın etno-siyasi coğrafiyası çox böyük və zəngindir. Soydaşlarımız məskunlaşdıqları bütün ərazilərdə öz tarixi köklərinə sadiq qalaraq yaşadıqları ölkələrin ictimai-siyasi proseslərində yaxından iştirak edirlər. Bu, bizi qürurlandırır. Prezident İlham Əliyev bəyan edib ki, müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir”.
Türkiyənin Azərbaycana dost və qardaş ölkə olduğunu deyən “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, bu ölkədən gələn hər bir qonaq bizim üçün əzizdir. O, Qars bələdiyyə başqanının Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edib.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Onun sözlərinə görə, Türkiyədə baş verən proseslər Azərbaycanda, ölkəmizdəki proseslər isə Türkiyədə diqqətlə izlənilir. B.Quliyev qeyd edib ki, iki dövlətin qardaşlığı regiondakı proseslərə də müsbət təsir edir.
Daha sonra Qars bələdiyyəsinin başqanı Murtaza Karaçanta mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının, ortaq dəyərlərə söykənən xalqlararası interqasiyanın məmnunluq doğurduğunu bildirib. Münasibətlərin inkişafında Qarsın da öz payı və rolu olduğunu deyən M.Karaçanta vurğulayıb ki, Qars Qafqazlara və Qara dənizə açılan qapı olmaqla Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır. Bizi təkcə iqtisadi əlqələr yox, əsas etibarilə, mədəni eynilik, ortaq tarixi dəyərlər birləşdirir.
M.Karaçanta bir müddət öncə Qars bələdiyyəsi ilə Mingəçevir və Gəncə şəhər bələdiyyələri arasında əməkdaşlığa dair sənədlərin - “Qardaşlaşmış şəhərlər” protokolunun imzalandığını diqqətə çatdırıb. Bu, bələdiyyə institutları arasındakı əlaqələrin inkişafı baxımından müsbət haldır.
O diqqətə çatdırıb ki, ölkələr arasındakı əməkdaşlıq əlaqələrinin bir halqasını təşkil edən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi böyük iqtisadi, siyasi və mədəni əhəmiyyətə malikdir. Bu layihənin reallaşdırılması nəticəsində həm ölkələr arasındakı əməkdaşlıq əlaqələri daha dinamik xarakter alacaq, həm də layihə tranzit əhəmiyyəti ilə yeni işbirliyi platformalarının gerçəkləşməsinə zəmin yaradacaq.
Gələcəkdə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin daha da genişlənərək Qarsdan Naxçıvana qədər inşa edilməsi məsələsinin perspektivinə dair suala cavab olaraq M.Karaçanta bu məsələnin hələ ki, ideya səviyyəsində olduğunu qeyd edib: “Bu dəmiryolunun mərkəzi yeri Qarsdır. Dəmiryolu vağzalının, anbarların, gömrüyün mərkəzi Qars olacaq. Təbii ki, dəmiryolu xəttinin Qarsdan İğdır üzərindən Naxçıvana qədər inşa edilməsi düşünülür. Amma bu hələ ideyadır. Bu ideyanın reallaşmasını arzu edirik. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi İpək yoludur və biz bu yolun dünyaya açılmasını istəyirik”.
“Azərbaycanla bütün sahələrdə, o cümlədən də turizm sahəsində əlaqələrin indikindən daha geniş olmasını arzulayırıq. Azərbaycanla Türkiyənin bütün bölgələri kimi, Qarsı da, ilk növbədə, mənəvi tellər bağlayır. Bu baxımdan mən qardaş Azərbaycanla Qars arasında turizm əlaqələrinin perspektivinə böyük ümid bəsləyirəm. Bildirmək istəyirəm ki, bələdiyyə başqanı olduğum Qarsın turizm potensialı kifayət qədər genişdir. Təkcə onu demək kifayətdir ki, Qars dini, tarixi abidələrlə, ziyarətgahlarla zəngin bir diyardır. Bölgədə təxminən 46 tabya var ki, bunlar da Qarsın tarixini təqdim etmək baxımından kifayət qədər maraqlı turizm-tanıtma obyektləridir.
Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi bölgədə, həm də turizm sahəsinin canlanmasına səbəb olacaq və biz qardaş Azərbaycanla Qars arasında mövcud olan turizm potensialından daha səmərəli şəkildə istifadə edə biləcəyik”, - deyə M.Karaçanta əlavə edib.
Gələcəkdə Azərbaycanla əlaqələr zəminində mədəniyyət günləri, festivallar keçirməyi düşünürsünüzmü? - sualına cavab olaraq Murtaza Karaçanta bildirib ki, zəngin tarixə və mədəniyyətə sahib olan Qars şəhərində hər zaman mədəni-kütləvi tədbirlər keçirilir: “Keçirilən bütün mədəni-kütləvi tədbirlərdə bələdiyyəmiz Azərbaycandan qonaqlar dəvət etməyə böyük üstünlük verir. Hər il Qarsda Aşıqlar bayramı keçirilir. Bu il həmin tədbirin doqquzuncusu keçirildi və bu tədbirdə də Azərbaycandan qonaqlarımız iştirak etdilər. Biz bilirik ki, klassik aşıq ənənələri Anadoluya məhz Azərbaycandan gəlib. Bizlər də bu adət və ənənələri yaşadarkən heç şübhəsiz Azərbaycandan olan qardaşlarımızı unutmuruq.
Bundan başqa, bələdiyyəmizin keçirdiyi hər hansı bir tədbirdə çalışırıq ki, Azərbaycandan sənət adamlarını dəvət edək ki, tədbirimiz daha gur, daha şən keçsin. Məsələn, qədim ortaq bayramlarımızdan olan Novruz bayramında sənətçilərimiz hər il tədbirlərimizi rövnəqləndirirlər. Bu ənənə gələcəkdə də davam edəcəkdir”.
Azərbaycanla Türkiyənin beynəlxalq miqyasda daim bir-birlərini dəstəklədiyini deyən bələdiyyə sədri bildirib ki, Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisini işğal etməsi ilə Türkiyə bu dövlətlə bütün əlaqələrini kəsib, sərhədlərini bağlayıb: “Sərhədlərin açılması məsələsi iki dövlət arasındakı siyasi məsələdir. Amma bunu unutmaq lazım deyil ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayınca Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması qeyri-mümkündür. Bütün dünya, o cümlədən Ermənistan Azərbaycan ilə Türkiyənin istər siyasi, istər iqtisadi, istərsə də qardaşlıq bağlarını yaxşı bilir. Bu baxımdan, sərhədlərin açılması məsələsi gündəmdə deyil. Qars ərazisindən sərhədlərin açılması ilə bağlı gəzən söh-söhbətlərin isə heç bir əsası yoxdur”.
Qars bələdiyyəsinin başqanı deyib ki, Ermənistanın bu cür fəaliyyəti və irəli sürdüyü iddialar arzuolunmazdır: “Məsələn, qondarma “soyqırımı” iddialarını gündəmə gətirməklə beynəlxalq rəyi çaşdırmağa çalışırlar. Amma dünya ictimaiyyəti bilməlidir ki, əsl soyqırımını ermənilər törədiblər. Ermənilər 1992-ci ildə Xocalıda insanlıq əleyhinə olan bir cinayət - əsl soyqırımı törədiblər. Eyni zamanda, Qarsın bir çox kəndlərində ermənilərin törətdiyi soyqırımının izləri var”.
Bələdiyyə başqanı Murtaza Karaçanta Azərbaycanda olmasından çox məmnun olduğunu bildirib. Murtaza Karaçanta Azərbaycanda çox geniş quruculuq, abadlıq işlərinin aparıldığını, xüsusilə də paytaxt Bakının simasının əsaslı dərəcədə dəyişdiyini deyib: “Azərbaycan günü-gündən inkişaf edir, yeniləşir və müasirləşir”.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21

