/ / Azərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparılıb
Azərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparılıb
21.10.2014 [10:02]
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov oktyabrın 20-də ATƏT-in Azərbaycan üzrə layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Azərbaycanda bu vəzifəyə təyinat aldıqdan sonra ilk dəfə görüşə gəldiyinə və ATƏT tərəfindən ölkəmizdə müxtəlif dövlət təşkilatları ilə birlikdə həyata keçirilən layihələrə görə qonağa təşəkkürünü bildirən Baş nazirin müavini Əli Həsənov bunu qurum ilə Azərbaycan hökuməti arasındakı əməkdaşlıq əlaqələrinin yaxşı səviyyədə qurulmasının nümunəsi kimi dəyərləndirib.
Baş nazirin müavini Əli Həsənov diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.
Görüşdə Əli Həsənov, eyni zamanda, bu münaqişə nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın problemləri, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən onlara göstərilən hərtərəfli dövlət qayğısı barəsində də məlumat verərək bildirib ki, dövlətimiz tərəfindən bu təbəqədən olan soydaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün ötən müddətdə respublikamızın müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktur ilə birlikdə 86 müasir qəsəbə salınıb, 42 min ailə - 210 mindən çox soydaşımız bu qəsəbələrə köçürülüb. Hazırda bu sahədə işlər davam etdirilir.
Baş nazirin müavini Əli Həsənov və Aleksis Şahtaxtinski Azərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparıb. Bununla yanaşı, narkotik qaçaqmalçılığa qarşı mübarizənin intensivləşdirilməsi ilə əlaqədar digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10

