Valentina Matviyenko: Biz Azərbaycan Prezidentinin müdrikliyinə bir daha əmin olduq
03.10.2014 [09:54]
Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə çox məzmunlu görüşümüz olub. Biz Azərbaycan Prezidentinin müdrikliyinə, Onun ölçülüb-biçilmiş siyasətinə və qarşılıqlı əlaqələri genişləndirmək əzminə bir daha əmin olduq.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş görüşdə ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası (RF) Federal Məclisinin Federasiya Şurasının (FŞ) sədri Valentina Matviyenko deyib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin və parlamentlərarası əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunub. V.Matviyenko deyib: “IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunduğuma görə təşəkkür edirəm, FŞ-nin nüfuzlu nümayəndə heyəti gördüklərindən çox böyük təəssürat alıb. Bu, çox sanballı forumdur və mənə elə gəlir ki, bu forumun daim Bakıda keçirilməsinin əsas amillərindən biri müstəqil bir dövlət kimi Azərbaycana olan hörmət, onun xidmətlərinin dünyada tanınmasıdır”.
Azərbaycan-Rusiya münasibətlərinə toxunan Valentina Matviyenko qeyd edib ki, bütün sahələrdə Azərbaycan ilə münasibətlər Rusiya üçün strateji xarakter daşıyır. V.Matviyenko deyib: “Rusiya hər iki ölkənin parlamentləri arasında daimi dialoqun yüksək səviyyədə saxlanmasına böyük əhəmiyyət verir. Bundan başqa, Rusiya Federasiyası beynəlxalq məkanlarda da əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Dövlətlərimiz arasında mütəmadi siyasi dialoqun yüksək səviyyəsi elə bir mərhələyə keçməyə imkan verib ki, artıq aramızda heç bir mübahisəli məsələ, narazılıq yoxdur. Tərəflər arasında meydana çıxan problemlər və çətinliklər xoş məramla həll edilir. Buna görə də biz Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə təkcə ikitərəfli mövqedən nikbinliklə yanaşmırıq. Bu gün Azərbaycan dünya siyasətində də getdikcə daha böyük rol oynayır və biz ümumi regionumuzda sülh, əmin-amanlıq və sabitliyin hökm sürməsini hamıdan çox istəyirik. Rusiya ilə Azərbaycanı birləşdirən heç də təkcə strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq deyil. Bizi insani münasibətlər və əlaqələr birləşdirir, xalqlarımıza xas olan yaxşı nə varsa, onu qoruyub saxlamaq və inkişaf etdirmək səyləri birləşdirir”.
V.Matviyenko beynəlxalq səviyyədə əməkdaşlıqdan bəhs edərkən ilk növbədə MDB-nin Parlamentlərarası Assambleyasında çox fəal və konstruktiv iş apardığına görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib. Sonda FŞ-nin sədri deyib: “Biz həmçinin AŞPA-da ümumi mənafeyimizi qoruyuruq. Bilirsiniz ki, Rusiyanın nümayəndə heyəti Azərbaycan əleyhinə ədalətsiz qətnamələr qəbul etmək cəhdlərini heç vaxt dəstəkləməyib”.
Milli Məclisin sədri Oqtay Əsədov V.Matviyenkonu yenidən Federasiya Şurasının sədri vəzifəsinə seçilməsi ilə əlaqədar təbrik edib və bildirib ki, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin çoxillik tarixi kökləri var. O, əminliklə qeyd edib ki, qarşılıqlı səfərlər və belə görüşlər ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açır.
Qeyd olunub ki, siyasi, mədəni, humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənir. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır. Azərbaycanda tədrisin rus dilində aparıldığı təqribən 300 ümumtəhsil məktəbi, MDU-nun filialı və Bakı Slavyan Universiteti fəaliyyət göstərir.
Qeyd edək ki, FŞ-nin sədri Oqtay Əsədovu 2015-ci ildə Rusiyaya rəsmi səfərə dəvət edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

