Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib

26.09.2014 [09:35]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində sentyabrın 24-də ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin təşkilatın Bakı layihə əlaqələndiricisi ofisi tərəfindən təqdim olunmuş layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov ATƏT-in baş katibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Görüşdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu imzalanıb.

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31