/ / Əli Əhmədov: Növbəti bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının irəli sürəcəyi namizədlər seçicilərimizin etimadını qazanacaqlar
Əli Əhmədov: Növbəti bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının irəli sürəcəyi namizədlər seçicilərimizin etimadını qazanacaqlar
23.09.2014 [09:37]
“Bir neçə aydan sonra Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə keçiriləcək IV bələdiyyə seçkilərində, həmişə olduğu kimi, yaxından iştirak etmək niyyətindədir”. Bu fikri sentyabrın 20-də Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsindən öncə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, YAP-ın malik olduğu bütün potensial, o cümlədən, bələdiyyələrdə Yeni Azərbaycan Partiyasının təmsilçilərinin gördüyü işlər mənəvi haqq verir ki, partiyamız yenidən bələdiyyə seçkilərində iştirak etsin: “İnamımız bundan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının irəli sürəcəyi namizədlər seçicilərimizin etimadını qazanacaq və növbəti beş ildə də Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bələdiyyələrin işində yaxından iştirak edəcəklər”.
YAP Sədrinin müavini daha sonra vurğulayıb ki, Yeni Azərbaycan Partiyası həmişə seçkilərə bir neçə ay qalmış seçki kampaniyasına start verir. “Ciddi hazırlıq işləri görürük, partiyanın malik olduğu resursları - insani resursları, təşkilati resursları seçkilərin yüksək səviyyədə keçirilməsinə cəlb edirik və bir qayda olaraq bütün bunların hamısı seçkilərin bizim üçün yüksək nəticə ilə yekunlaşmasına gətirib çıxarır. Bugünkü toplantımızın da məqsədi qarşıdan gələn bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyasının hazırlığı ilə əlaqədardır”, - deyə Əli Əhmədov qeyd edib.
Daha sonra Əli Əhmədov deyib ki, ötən illər ərzində Azərbaycanda bələdiyyələr əhəmiyyətli təcrübə toplayıb, yeni bir təsisat kimi artıq formalaşıb, özlərini təqdim edib və özlərinin iş qabiliyyətini sübuta yetirə biliblər. Bu illər ərzində də Azərbaycanın bölgələrində möhtəşəm irəliləyişlər baş verib. Onun sözlərinə görə, bölgələrdə böyük infrastruktur layihələrinin həyata keçirilməsi, insanlar üçün yeni iş yerlərinin yaradılması, insanların rifahının yaxşılaşdırılması, bölgələrin sosial-iqtisadi inkişafında əhəmiyyətli yüksəlişin əldə olunması, bütün bunların hamısı qısa bir zamanda Azərbaycanın nailiyyətləridir və bu nailiyyətlərin əldə olunmasında bələdiyyələrin əhəmiyyətli rolu olubdur. Bütün bu inkişafın bəhrələrindən istifadə edərək insanların rifahının, bölgələrin simasının daha da yaxşılaşdırılması, insanların daha rahat yaşaması, işləməsi, istirahət etməsi üçün daha əlverişli şəraitin təmin edilməsindən ibarət olan vəzifələr qarşıda durur: “Güman edirəm ki, növbəti beş ildə bələdiyyələr məhz bu vəzifələrin yerinə yetirilməsinə öz diqqətini fokuslaşdırmış olacaqlar. Növbəti beş illik fəaliyyətlə əlaqədar bizim hədəfimiz rifah və quruculuq şüarı ilə müəyyənləşdiriləcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

