“Human Rights Watch” və “Amnesty İnternational” sifarişlə fəaliyyət göstərir
08.08.2014 [09:39]
Həmin təşkilatların qanunları pozanları müdafiə etməsi bunu deməyə əsas verir
Məlum olduğu kimi, hazırda regionun lider dövləti olan Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, mövqeyi xeyli güclənib. Təbii ki, bu uğurlar, düzgün siyasətin, həmçinin, iqtisadi, siyasi və hüquqi sahədə islahatların həyata keçirilməsi sayəsində əldə olunub.
Öz növbəsində, ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair bir sıra sənədlər qəbul edilib. Həmin sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub.
Onu da qeyd edək ki, Azərbaycanın demokratik inkişaf və insan hüquqlarının qorunması sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Amma bütün bunlara rəğmən bəzi xarici qeyri-hökumət təşkilatları var ki, anti-azərbaycançı dairələrin əlində alət olaraq onların maraqlarına xidmət göstərirlər. Bu səbəbdən də, həmin təşkilatlar ölkəmizə qarşı daim qeyri-obyektiv, qərəzli mövqedən çıxış edirlər. Bu sırada yer alan “Human Rights Watch” və “Amnesty İnternational” isə Azərbaycana qarşı qərəzli mövqeyi ilə xüsusi olaraq tanınırlar. Adıçəkilən beynəlxalq QHT-lər sözdə dünyada demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi çıxış etsələr də, reallıqda tamamilə başqa işlərə baş vururlar. Yəni, reallıq bundan ibarətdir ki, həmin təşkilatlar beynəlxalq müstəvidə konkret dairələr tərəfindən idarə olunur və yalnız müəyyən ölkələr üzrə hesabatlar açıqlayırlar. Əsasən də, bu təşkilatlar inkişaf etməkdə olan ölkələri hədəfə alırlar.
Əgər belə olmasaydı, “Human Rights Watch” və “Amnesty İnternational” Qərbi Avropa ölkələrində insan hüquqlarının pozulmasına, həmin ölkələrdə etiraz aksiyaları zamanı insanların məruz qaldığı zorakılıqlara qarşı etiraz səsini ucaldardı. Amma tam əksinə olaraq, belə məsələlərdə həmin təşkilatlar susqunluq nümayiş etdirirlər. Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanda “hüquq müdafiəçisi” adı altında qeyri-qanuni əməllər törətmiş Rəsul Cəfərov adlı şəxsin hüquqi məsuliyyətə cəlb olunmasına “Human Rights Watch” və “Amnesty İnternational”ın tez-tələsik reaksiyası onların hansı məqsədlərə xidmət etdiyini bir daha ortaya qoyub. Hər halda həmin reaksiyalar belə deməyə əsas verir ki, ciddi hüquq pozuntularına görə məsuliyyətə cəlb olunmuş R.Cəfərovun həbsinin siyasiləşdirilməsinə cəhdlər göstərilir. Hansı ki, Azərbaycan ictimaiyyəti Rəsul Cəfərov adlı “hüquq müdafiəçisini” demək olar ki, tanımır.
Digər tərəfdən ölkəmizin müvafiq qurumları bu şəxsin hansı qanun pozuntuları törətməsini faktlarla sadalayıb. Amma görünən odur ki, “Human Rights Watch” və “Amnesty İnternational” ölkə qanunlarını pozan birisinin müdafiəçisi rolunda çıxış etməklə Azərbaycanı tənqid etmək üçün bəhanələr axtarır.
Elə “Amnesty İnternational” təşkilatının vergidən yayınan, dələduzluqda və vətənə xəyanətdə ittiham edilən Leyla Yunusovanı müdafiəyə qalxması da deyilən yanaşmadan irəli gəlir. Əgər bu təşkilatlar həqiqətən insan hüquqlarının müdafiəçiləridirsə, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarından didərgin düşmüş yüzminlərlə insanın, eləcə də, ermənilər tərəfindən girov götürülmüş mülki şəxslərin haqlarının bərpasına çalışsınlar. Amma əksinə olaraq, “Human Rights Watch” və “Amnesty İnternational” bir dəfə də olsun bu kateqoriyalı insanların hüquqları barədə hər hansı mövqe bildirməyib.
Bütün bunlar bir daha təsdiqləyir ki, həmin qurumlar müəyyən dairələrin siyasi sifarişlərini yerinə yetirir. Amma bu cür hərəkətlərlə Azərbaycana hansısa təzyiqlər etmək mümkün deyil. Bir daha qeyd edək ki, Azərbaycan hüquqi, demokratik dövlətdir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Bununla yanaşı, qanun pozuntularına qarşı adekvat addımların atılması, qanunu pozanlara qarşı müvafiq tədbirlərin görülməsi də hüququn tələblərindən biridir və Azərbaycan hüquqi dövlət kimi bu istiqamətdə lazımi olan addımları atmaqda davam edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28

