/ / Sədaqət Vəliyeva: Prezident İlham Əliyev diplomatlarımıza strateji əhəmiyyətli tapşırıqlarını verdi
Sədaqət Vəliyeva: Prezident İlham Əliyev diplomatlarımıza strateji əhəmiyyətli tapşırıqlarını verdi
09.07.2014 [10:39]
“Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edir. Çünki həmin müşavirədə Prezident İlham Əliyev diplomatlarımıza strateji əhəmiyyətli tapşırıqlar verdi”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputatın sözlərinə görə, əslində Prezident İlham Əliyevin diplomatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin, həmçinin, İrəvan xanlığının tarixinin təbliğ edilməsi, Azərbaycanın beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanan mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündəki tapşırıqları “hücum diplomatiyası”nın növbəti mərhələsi oldu.
Sədaqət Vəliyeva, eyni zamanda, vurğulayıb ki, Prezident İlham Əliyevin diplomatlarımıza verdiyi tapşırıqların aydınlığı və konkretliyi dövlətimizin başçısının AŞPA-dakı, ATƏT PA-dakı proqram xarakterli çıxışlarının məntiqi davamı idi.
Milli Məclisin deputatı onu da deyib ki, hazırda regionda və qlobal miqyasda davam edən proseslər, Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Şərqi Avropada cərəyan edən hadisələr prizmasında Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsi üçün apardığı siyasi kurs böyük əhəmiyyət kəsb edir: “Bəllidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ya diplomatik, ya da müharibə yolu ilə olmalıdır. Lakin Azərbaycan sülhpərvər siyasət yürütdüyündən hələlik sülh variantına üstünlük verilir. Bu baxımdan da, Ermənistanın Dağlıq Qarabağa olan iddialarını və düşmənlərimizin bu kontekstdə apardıqları təhrif dolu kampaniyanı iflasa uğratmaq üçün diplomatik fəallığımızı daha da artırmalıyıq. Əgər Dağlıq Qarabağ münaqişəsini ərazi bütövlüyümüz çərçivəsində həll etmək istəyiriksə, o zaman, həm dünya ictimaiyyətinin düşüncəsini erməni yalanlarından xilas etməli, həm də beynəlxalq hüquq və normalarla mövqeyimizi əsaslandırmalıyıq. Prezident İlham Əliyevin AŞ PA-dakı, ATƏT PA-dakı proqram xarakterli çıxışları bir daha göstərdi ki, biz daha da irəli getməli və ermənilərin iddialarını yalanları ilə birgə məhv etməliyik. Ona görə də, Prezident İlham Əliyevin diplomatlara verdiyi bir nömrəli tapşırıqlar ölkəmizin perspektiv xarici siyasət kursu üçün strateji xarakter daşıyır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

