Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “Kiklad” İncəsənət Muzeyi ilə tanış olub
18.06.2014 [10:00]
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 16-da Afinada “Kiklad” İncəsənət Muzeyi ilə tanış olub.
Muzeydə Mehriban Əliyevanı Yunanıstanın Baş nazirinin xanımı Georgia Samaras müşayiət edib.
Azərbaycanın birinci xanımının diqqətinə çatdırılıb ki, Afinanın ən böyük muzeylərindən olan “Kiklad” 1986-cı ildə Yunanıstanın mötəbər ailələrindən olan Nikolas və Dolli Qulandrislərin Kiklad və qədim yunan incəsənətinin nümunələrindən ibarət fərdi kolleksiyası əsasında yaradılıb.
Nikolas və Dolli Qulandrislər kolleksiyanı 1960-cı ildən yunan dövlətinin icazəsi əsasında toplamağa başlayıblar. Kolleksiya qısa zamanda öz nadir eksponatları ilə məşhurlaşıb. İlk dəfə bu kolleksiya 1978-ci ildə Benaki muzeyində nümayiş olunub, 1979-1983-cü illərdə isə dünyanın ən iri muzey və qalereyalarında təqdim edilib. Nikolas Qulandrisin vəfatından sonra onun həyat yoldaşı muzeyin yaradılması məqsədilə kolleksiyanı yunan dövlətinə təqdim edib.
Muzeyin ekspozisiyası sonradan daha da genişlənib. Muzeyin kolleksiyası üç əsas istiqamətə bölünür. Bunların birincisini bürünc dövrünün əvvəlini - eramızdan əvvəl 3200-2000-ci illəri əhatə edən Kiklad sivilizasiyasına aid olan eksponatlar təşkil edir. Daha bir istiqamət eramızdan əvvəl II minillikdən eramızın IV əsrinə gəlib çatan qədim yunan incəsənəti nümunələridir. Burada qədim Kiprin neolit dövründən xristian dövrünə qədərki eksponatları nümayiş olunur. Nəhayət, üçüncü istiqamət eramızdan əvvəl IV əsrdən eramızın VI əsrinə qədər olan dövrü əhatə edir. Bu, dünyada qədim Kipr eksponatlarının ən dolğun kolleksiyalarından biri sayılır.
Bildirilib ki, “Kiklad” İncəsənət Muzeyi Egey dənizi və qədim Kipr mədəniyyətinin tədqiqi və təbliği məqsədilə yaradılıb. Burada daimi olaraq seminarlar keçirilir. Muzey müxtəlif layihələrdə və tədqiqatlarda iştirak edir. Ümumilikdə muzeydə üç mindən çox müxtəlif eksponat təqdim olunur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
* * *
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Yunanıstan Baş nazirinin xanımı Georgia Samaras birgə nahar ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54

