/ / İtaliyanın nüfuzlu “Capitolino Flaş” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə müsahibə dərc olunub
İtaliyanın nüfuzlu “Capitolino Flaş” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə müsahibə dərc olunub
18.06.2014 [10:00]
İtaliyanın məşhur “Capitolino Flaş” (Paytaxt İşığı) qəzetində Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin sədri, rəssam Həsən İsgəndərov ilə müsahibə dərc olunub. “Mədəniyyətin təkamülü və Azərbaycan” adlı müsahibədə İtaliya ilə Azərbaycan arasında təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da gücləndirilməsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər barədə yerli oxuculara ətraflı məlumat verilir.
AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açan jurnalist Paolo Onorati yazır: “Birinci xanım Mehriban Əliyeva incəsənət və mədəniyyət sahəsinə çox böyük diqqət yetirir. Beynəlxalq aləmdə onun bu əməyi əvəzedilməzdir. Birinci xanımın misilsiz əməyi sayəsində Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya çatdırılmışdır. Mehriban xanımın əsas məqsədlərindən biri öz ölkəsində və dünyada milli-mədəni dəyərlərin qorunub saxlanılmasıdır. Məsələn, Azərbaycanda qədim nəsillərdən gələn muğam adlı ənənəvi musiqi janrı vardır. Ancaq bu qədim musiqiyə maraq azalırdı. Mehriban xanımın təşəbbüsü ilə Bakıda möhtəşəm Muğam Mərkəzi tikilmişdir. İndi bu mərkəzdə istedadlı muğam ifaçıları konsertlər verirlər. Eyni zamanda, qədim muğamın yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif beynəlxalq müsabiqələr keçirilir. Mehriban xanımın diqqət və qayğısı sayəsində muğam haqqında xarici dillərdə nəşrlər hazırlanmışdır”.
Müsahibədə Mehriban Əliyevanın qədim Azərbaycan xalçaçılıq sənətinin qorunmasına böyük diqqət ayırmasından da danışılır: “Azərbaycanın hər bölgəsinin xalçaçılıq sənəti üzrə öz bədii naxış kompozisiya quruluşu vardır. Bu xalq sənətinin gələcək nəsillərə ötürülməsi üçün Mehriban xanımın təşəbbüsü ilə xalça mərkəzləri yaradılıb, Xalça Muzeyi üçün yeni bina tikilir. Paytaxt Bakıda Müasir İncəsənət Muzeyi təşkil olunmuşdur. Azərbaycanın görkəmli sənətkarlarının işləri bu muzeydə sərgilənir”.
Həmçinin müsahibədə bildirilir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İtaliyanın paytaxtı Roma şəhərində ən əhəmiyyətli tarixi binalardan biri olan Kapitolino Muzeyinin Fəlsəfə zalı bərpa edilib. Həmçinin Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub. Bununla əlaqədar birinci xanım Mehriban Əliyeva və Kardinal Can Franko Ravazi arasında memorandum imzalanıb. Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində müqəddəs taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoni ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələri, Azərbaycanın dini və mədəniyyətlərarası dialoqda rolu vurğulanıb. Birinci xanım, həmçinin Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Jean-Louis Tauranla da görüşüb.
Müsahibədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun fikirlərinə də yer verilib. Səfir deyib: “Bildiyiniz kimi, İtaliya və Azərbaycan böyük mədəniyyətə və qədim tarixə malik olan ölkələrdir. İtaliya, dünya mədəniyyət tarixində böyük rol oynayır. Mənim ən böyük arzum iki ölkə arasında mədəni əlaqələri daha da gücləndirməkdir. İtaliyanın incəsənət sahəsində böyük təcrübəsi vardır. Azərbaycan çox dinamik inkişaf edən bir ölkədir. Mən altı il ərzində İtaliyanı və italiyalıları, onların mədəniyyətini daha da yaxşı tanıdım. İstərdim azərbaycanlı gənclər də mənim kimi bu mədəniyyəti yaxşı tanısınlar. Həmçinin istərdim ki, çoxlu istedadlı italiyalı gənclər də mənim ölkəmə getsin və bizim mədəniyyətimizlə, tariximizlə daha da yaxından tanış olsunlar”.
Müsahibənin elektron versiyasını aşağıdakı linkdən izləmək mümkündür: http://www.capitolinoflash.it/
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

