/ / Azərbaycan ilə Mərakeş arasında fövqəladə halların idarə olunmasında əməkdaşlığa dair saziş imzalanıb
Azərbaycan ilə Mərakeş arasında fövqəladə halların idarə olunmasında əməkdaşlığa dair saziş imzalanıb
18.06.2014 [09:55]
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının daxili işlər naziri Məhəmməd Həssanın dəvəti ilə bu ölkədə səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov paytaxt Rabatda Kral V Məhəmmədin mavzoleyini ziyarət edib.
Səfər çərçivəsində fövqəladə hallar nazirinin İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşü olub.
Ölkəmizlə İSESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən K.Heydərov vurğulayıb ki, iqtisadiyyatı gündən-günə inkişaf edən Azərbaycan həmin sahələrdə də böyük layihələr həyata keçirir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Azərbaycanın İslam aləmində nümunəvi ölkə olduğunu diqqətə çatdıran İSESCO-nun baş direktoru deyib ki, onun rəhbərlik etdiyi təşkilat Heydər Əliyev Fondu ilə bir sıra uğurlu layihələr həyata keçirib.
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov Mərakeş Krallığının Baş naziri Abdelilah Benkirane ilə görüşüb.
Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və qurumları haqqında Mərakeş Krallığı hökumətinin başçısına ətraflı məlumat verib. Nazir bu ölkənin müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivlərinin olduğunu vurğulayıb.
Abdelilah Benkirane bildirib ki, ölkəsi Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Qərbi Saxara problemlərinin beynəlxalq hüquq normaları və sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə dair iki ölkənin bir-birinə dəstəyinin davam etdiyini vurğulayıblar.
Daha sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Mərakeş Krallığının urbanizasiya və milli ərazilərin planlaşdırılması naziri Mohaned Lanser ilə görüşü olub.
Görüşdə tikinti və şəhərsalma məsələlərində Azərbaycan ilə Mərakeş arasında əməkdaşlığın perspektivləri, təcrübə və kadr mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfərin yekununda Kəmaləddin Heydərov Mərakeş Krallığının daxili işlər naziri Məhəmməd Həssa ilə görüşüb.
Görüşdə mərakeşli nazir Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəlakətlərin xəbərdarlığı sistemi və ərazilərdə neft dağılmalarının ləğvi üzrə zəngin təcrübəsindən faydalanmaq istədiklərini söyləyib. O, rəhbərlik etdiyi qurumun azərbaycanlı həmkarları ilə təcrübə və kadr mübadiləsində də maraqlı olduğunu bildirib.
Nazir Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, dost ölkə olan Mərakeşin müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs edib.
Görüşdən sonra nazirlər Kəmaləddin Heydərov və Məhəmməd Həssa “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarəolunmasında əməkdaşlığa dair” Sazişi imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

