Heydər Əliyev ideyaları Azərbaycanı yaşadır-Azərbaycanla yaşayır
09.05.2014 [09:52]
Tarixi şəxsiyyətlər hər bir xalqın və dövlətin tarixinin fəal yaradıcılarıdır. Həmin şəxsiyyətlər, hətta dünyalarını dəyişdikdən sonra da onların xatirəsi milyonların ürəyində yaşayır. Necə ki, bu gün Heydər Əliyev irsi, ideyaları, inkişaf strategiyası Azərbaycanın tərəqqisi yolunda sönməz məşəl kimi yanmaqda, Onun əziz xatirəsi isə hər bir azərbaycanlının qəlbində yaşamaqdadır.
Heydər Əliyev bəşər tarixinin yetişdirdiyi ən nadir simalardan biri, Türk dünyasının və ümumən, dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının Ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Ulu öndər, hətta ən çıxılmaz hesab olunan vəziyyətlərdən belə ən unikal və etibarlı çıxış yolunu tapmaq kimi əlahiddə bacarığı ilə hamını heyran qoyurdu.
Məlum olduğu kimi, Azərbaycanda 1991-1993-cü illəri siyasi kataklizmlər dövrü adlandırmaq üçün kifayət qədər əsas var. Həmin dövrdə ölkəni idarə edənlərin bacarıqsızlığı və səriştəsizliyi, siyasi mübarizənin mahiyyətini yalnız vəzifə kürsüsü əldə etməkdə görmələri Azərbaycanı sözün əsl mənasında uçuruma sürükləyirdi. Belə şərtlər daxilində nəinki ölkənin inkişaf trendlərini müəyyən etmək mümkün deyildi, hətta gələcək mövcudluğumuz böyük bir sual altında idi. Belə ki, həmin zaman kəsiyində ölkə ərazisinin real parçalanma təhlükəsi mövcud idi. Daxili separatçılıq meyilləri günü-gündən güclənir və silahlı siyasi qruplaşmaların hakimiyyət uğrunda barışmaz mübarizəsi dərinləşirdi. Yaranmış belə “münbit” şəraitdən ermənilər işğalçılıq siyasətini həyata keçirmək üçün “məharətlə” istifadə edirdilər. Bu cür acınacaqlı bir vəziyyətdə xalqın özünə xilaskar axtarması təbii idi və xalqı bu təhlükədən xilas edəcək tək bir insan vardı - Ulu öndər Heydər Əliyev.
Beləliklə, müdrik xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev Öz dönüşü ilə dövlətimizi və xalqımızı xilas etdi. Bu tarixi dönüş olmasa idi, bəlkə bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısı unikal siyasi taktikalarla etibarlı şəkildə alındı. Ulu öndər Heydər Əliyev Öz qayıdışı ilə Azərbaycana sülh, stabillik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətimizdə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Çünki dövlətimizin idarəçilik sükanının arxasında dahi Heydər Əliyev dayanırdı. Azərbaycan Respublikasında çevik, mütərəqqi və demokratik elementlərlə zəngin idarəetmənin əsasını qoymaqla, Ümummilli lider Heydər Əliyev həm də unikal hərtərəfli inkişafa, möhkəm dövlətçiliyə sarsılmaz zəmin hazırlamış oldu. Məhz Ulu öndərin hazırladığı bu zəmin əsasında Azərbaycan öz inkişafının ən uca məqamlarını davamlı olaraq fəth edir, həmçinin, regional güc və təhlükəsizlik mərkəzinə çevrilməkdədir. Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin qorunub saxlanılması, ona istinad edilməsi qlobal müstəvidə Azərbaycan Respublikasının nüfuzunun, şöhrətinin və etibarının durmadan artmasını şərtləndirmişdir.
Ulu öndər Heydər Əliyev bütün daxili, regional və beynəlxalq faktorları nəzərə alaraq Azərbaycanın təkrarsız milli inkişaf modelini yaratmışdır və milli inkişaf modeli əsasında ölkəmiz dönməz inkişaf yoluna qədəm qoymuşdur. Bu modelin unikallığı ondan ibarətdir ki, mövcud problemlərin dinamik aradan qaldırılması, davamlı tərəqqinin təmin olunması ilə bərabər, Azərbaycanın gələcəyi, gələcək nəsillərə böyük qayğı məsələsi də diqqət mərkəzindədir.
Beləliklə, Heydər Əliyev irsi bu gün Azərbaycanı yaşadır, inkişaf etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ulu öndərin müəyyənləşdirdiyi unikal inkişaf strategiyasını dinamik dəyişən zamanın tələblərinə uyğun elementlərlə zənginləşdirməklə davam etdirərək, ölkəmizi inamla irəli aparır.
Qısa bir zaman kəsiyində Ona bəslənilən ümidləri tam doğrultmaqla, cəmiyyətin bütün gözləntilərinin reallaşması istiqamətində yorulmadan çalışmaqla Prezident İlham Əliyev sübut etdi ki, təlatümlü dünya dənizində “Azərbaycan adlı gəmini” ən təhlükəsiz şəkildə idarə edəcək, hamının taleyi ilə bağlı cavabdehlik missiyasını uğurla yerinə yetirəcək yeganə şəxs Onun Özüdür. Prezident İlham Əliyevin ictimai şüurdakı yüksək intellektli, qurucu, ədalətli, çevik idarəçilik bacarığına və böyük iradəyə malik lider obrazı hər ötən gün daha da möhkəmlənməkdədir. Onun atdığı hər bir addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına və iqtisadi tərəqqinin davamlılığına hesablanmışdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilmiş, iqtisadi, siyasi və sosial sahədə islahatlar paralel şəkildə aparılmışdır. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf etmiş vətəndaş cəmiyyətinin və möhkəm demokratiyanın olduğu dövlət qurmaq istiqamətində durmadan irəliləyir.
Bütün siyasi fəaliyyəti boyunca xalqa sədaqətli xidmət prinsipinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin ana xəttini təşkil etdiyini böyük əminliklə söyləmək olar. Dövlət başçısı respublikada sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmiş, verdiyi bütün vədləri əsl lider, dövlət başçısı və şəxsiyyət kimi yerinə yetirmişdir.
Heydər Əliyev irsinə, Onun müəyyənləşdirdiyi kursa böyük sadiqlik nümayiş etdirməklə, Prezident İlham Əliyev, eyni zamanda, dünya dövlətləri sırasında Azərbaycanın layiqli yerini müəyyən etməyə nail olmuşdur. Bununla O, sübut etdi ki, böyük iradəsi, əzmi və müdrikliyi sayəsində lokal və qlobal səviyyədə cərəyan edən proseslərə təsir edərək dövlətçiliyimizi, millətin təhlükəsizliyini və dəyərlərini, hər bir azərbaycanlının maraqlarını qorumaq iqtidarındadır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı “İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kimi işlətdiyi ifadələr reallıqda tam təsdiqini tapdı.
Beləliklə, bütün bu sadalananlar həm də Heydər Əliyev ideyalarının, irsinin uca tutulmasının, yaşadılmasının göstəriciləridir. Çünki Heydər Əliyev ideyalarının, irsinin qayəsini qurmaq, yaratmaq, qayğı göstərmək, xalqına xidmət təşkil edirdi. Beləliklə, Heydər Əliyev ideyaları Azərbaycanı yaşadır-Azərbaycanla yaşayır.
Elşad Mirbəşir oğlu,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi
elmlər üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35

