/ / Konqresmenlər və ABŞ elmi-tədqiqat mərkəzlərinin nümayəndələri regionda təhlükəsizliyin qorunub saxlanmasında, iqtisadi inkişafda və ABŞ-ın dəstəklənməsində Azərbaycanın rolunu xüsusi vurğulayıblar
Konqresmenlər və ABŞ elmi-tədqiqat mərkəzlərinin nümayəndələri regionda təhlükəsizliyin qorunub saxlanmasında, iqtisadi inkişafda və ABŞ-ın dəstəklənməsində Azərbaycanın rolunu xüsusi vurğulayıblar
02.05.2014 [09:06]
Aprelin 30-da Vaşinqtonda “ABŞ-Azərbaycan: Gələcəyə baxış” Forumu işini davam etdirib. “ABŞ-Azərbaycan strateji tərəfdaşlığı və Xəzər regionunda əməkdaşlıq” mövzusunda sessiyasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib. Diplomat vurğulayıb ki, mədəni müxtəliflik Azərbaycanın əsas xüsusiyyətidir. Bunu ABŞ haqqında da demək olar. Bu amil ölkələrimizi birləşdirir.
Sonra sessiya iştirakçıları qarşısında çıxış edən konqresmenlər ABŞ ilə Azərbaycan arasında strateji münasibətlər barədə söhbət açıblar. Florida ştatından Konqresin üzvü İliana Ros-Letinen qeyd edib ki, son 20 ildə Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi olub. Texas ştatından konqresmen Henri Kuelar isə vurğulayıb ki, Avropa İttifaqının Avropanın qaz ilə təchizatının şaxələndirilməsi üzrə səylərində Azərbaycan mühüm rol oynayır.
Pensilvaniya ştatından konqresmen Maykl Doyl, Kaliforniyadan Konqresin üzvü Pol Kuk Amerika-Azərbaycan tərəfdaşlığının vacibliyini vurğulayıblar. Nyu-Yorkdan olan konqresmen Qreys Menq Azərbaycan xalqının zəngin mədəni dəyərlərindən söhbət açıb.
ABŞ Konqresində Azərbaycan ilə əlaqələr üzrə işçi qrupunun Pensilvaniyadan olan həmsədri Bill Şuster artıq 20 il müddətində qüvvədə olan “Azadlığa dəstək aktı”na ədalətsiz 907-ci düzəlişi ləğv etməyə çağırıb. Ohayo ştatından konqresmen Maykl Törner Azərbaycan rəhbərliyinə ABŞ-ı dəstəklədiyinə görə təşəkkürünü bildirib. Pensilvaniyadan Konqresin üzvü Çarli Dent Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında Azərbaycanın rolu mövzusuna toxunaraq vurğulayıb ki, müstəqil Azərbaycan regionda təhlükəsizliyin dayağıdır.
Konqresmenlərin səhər qəbulundan sonra “Stratfor” Analitik Mərkəzinin prezidenti Corc Fridmanın moderatorluğu ilə “Azərbaycan qlobal böhranlı məqamlarda etibarlı dostdur” mövzusunda birinci sessiya keçirilib. Sessiyada Hudson İnstitutunun Elmi-Tədqiqat Mərkəzinin direktoru və baş elmi araşdırıcısı Riçard Ueyts, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, Heritage Fondunun böyük elmi işçisi Ariel Koen, ABŞ Silahlı Qüvvələrinin Strateji Yerdəyişmələr üzrə Birləşmiş Komandanlığının (İllinoys ştatındakı Skott hərbi hava bazası) komandiri general Dankan MakNabb, ABŞ Almaniya Marşall Fondunun böyük elmi işçisi Temuri Yakobaşvili, ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Evelin Farkas çıxış ediblər.
R.Ueyts Azərbaycanın bölgədəki rolunun əhəmiyyətindən danışaraq ölkəmizin regionlararası enerji və təhlükəsizlik layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb. O, daha sonra bildirib ki, Azərbaycan ABŞ təyyarələrinin Əfqanıstana uçması və yaralı Amerika əsgərlərinə tibbi yardım göstərilməsi məqsədilə onların Bakıdan keçməklə evakuasiya edilməsi üçün öz hava məkanından istifadəyə icazə vermiş ilk ölkə olub.
Səməd Seyidov sessiya iştirakçıları üçün təqdimatında “etibarlı dost” anlayışını açıqlayaraq qeyd edib ki, Azərbaycan ABŞ-ın etibarlı, faydalı, düzgün, vicdanlı, etimada layiq olan və onu dəstəkləyən dostudur, Ermənistan isə əksinə, ABŞ üçün faydasızdır.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatlar ilə ölkəmiz arasında əlaqələrin son dərəcə vacib olduğunu vurğulayıb, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün Bakını və Yerevanı konkret addımlar atmağa çağırıb. Səfir 19 il bundan əvvəl Azərbaycana ilk dəfə səfər edərkən aldığı təəssüratları indiki təəssüratları ilə müqayisə edərək ölkəmizin olduqca inkişaf etməsindən söhbət açıb və qeyd edib ki, Bakıya gələn insanlar özlərini sanki möcüzələr aləmində hiss edirlər.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Evelin Farkas iki ölkə arasında, o cümlədən sülhyaratma sahəsində, sərhədlərin təhlükəsizliyinin və dənizdə təhlükəsizliyin təmin edilməsi sahəsində əlaqələrin möhkəmlənməsini, Şimal Paylaşdırma Şəbəkəsinin inkişafına Azərbaycanın töhfəsini qeyd edib, general Dankan Maknab isə bu şəbəkənin Cənub marşrutunun yaradılmasında Prezident İlham Əliyevin səylərini vurğulayıb.
Heritage Fondunun böyük elmi işçisi Ariel Koen bildirib ki, Azərbaycan ABŞ üçün geosiyasi əhəmiyyət kəsb edir.
ABŞ Almaniya Marşall Fondunun böyük elmi işçisi Temuri Yakobaşvili Azərbaycanın öz dostlarına sədaqətli, həm dövlətlərə, həm də ayrı-ayrı şəxslərə münasibətdə etibarlı tərəfdaş olmasını diqqətə çatdırıb.
ABŞ Konqresinin Pensilvaniyadan olan üzvü Çarli Dent əsas məruzə ilə çıxış edib. O, Azərbaycan kimi etibarlı müttəfiqin vacibliyini vurğulayıb və BMT-nin Baş Məclisində ABŞ-ın dəstəklənməsinə görə Azərbaycana təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

