/ / Fransa səfirliyi Leyla Yunusa tələsik viza verməsi və ölkədən getməsinə köməklik etməsi ilə bağlı izahat verməlidir
Fransa səfirliyi Leyla Yunusa tələsik viza verməsi və ölkədən getməsinə köməklik etməsi ilə bağlı izahat verməlidir
30.04.2014 [08:50]
Fransa səfirliyinin bu addımı Azərbaycanın daxili işlərinə müdaxilə və “Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulması deməkdir
Aprelin 28-də Azərbaycanı tərk etməyə çalışan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus Baş Prokurorluğa gətirilərək ifadə veriblər. Xatırladaq ki, həmin gün L.Yunus həbsdə olan Rauf Mirqədirovun cinayət işi ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa dəvət olunub. L.Yunus tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazır olduğunu bildirsə də, xəbərdarlığa baxmayaraq ölkəni tərk etməyə cəhd göstərib.
Bəlli olur ki, L.Yunusun bu addımı atmasında, ölkəni tərk etməyə cəhd göstərməsində ona yaxından “köməkliklər” edənlər də tapılıb. Belə ki, R.Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıb. Aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib.
Maraqlıdır, görəsən Fransanın Azərbaycandakı səfirliyi hansı prosedur qaydalarına “əsaslanaraq” 2 saat ərzində Leyla Yunusa və onun həyat yoldaşına 5 illik viza verib? Nəzərə alsaq ki, vizanın verilmə proseduru ən azı yarım gün çəkir, görəsən Fransa səfirliyi hansı “etiketinə” görə Leyla Yunusa xüsusi “diqqət” göstərib. Vurğulamaq lazımdır ki, Fransa səfirliyinin vətəndaşlara viza verilməsi prosedurunda Leyla Yunusun timsalında göstərdiyi ikili standart narazılıq yaradır. Yəqin ki, Fransa səfirliyinin Azərbaycan ictimaiyyətinə inandırıcı bir açıqlaması olacaq.
Digər tərəfdən, vurğulamaq lazımdır ki, Fransa səfirliyinin Leyla Yunusa 2 saat ərzində 5 illik viza “təşkil etməsi” Fransa qanunları ilə ziddiyyət təşkil edir. Güman etmək olar ki, fərqli “məziyyətlərinə” görə Leyla Yunusa 2 saata 5 illik viza verməklə hətta öz dövlətinin qanunlarını belə pozan Fransa səfirliyinin bu addımı atma səbəbləri ilə bağlı öz hökumətinə də hansısa bir açıqlaması olacaq. Çünki L.Yunusa görə öz dövlətinin qanunlarını belə pozan səfirlik bu addımı atma səbəblərini istər Azərbaycan, istərsə də Fransa ictimaiyyətinə açıqlamaq məcburiyyətindədir.
Yeri gəlmişkən, əldə etdiyimiz məlumatlara görə, Fransa səfirliyi Leyla Yunusa təkcə “yüksəksürətli” viza verməklə kifayətlənməyib. Belə ki, aprelin 28-də L.Yunus məhz Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinin, o cümlədən, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. Hətta həmin gün Parisə birbaşa təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün L.Yunus Doha (Qətərin paytaxtı) marşrutunu “seçib”. Görünür, ABŞ və Fransa səfirliklərinin nümayəndələri L.Yunus və onun həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərlərinə götürüblərmiş. Azərbaycan hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra bu plan baş tutmayıb, L.Yunus Baş Prokurorluğa gətirilib və ondan izahat alınıb.
İndi bir sual maraq doğurmaya bilməz. Görəsən, Fransa səfirliyini Leyla Yunusun arxasında “qarovulçu” qismində aeroporta sürükləyib gətirən hansı maraqdır? Bəyəm, Fransa səfirliyi hər bir viza verdiyi vətəndaşı Parisə qədər müşayiət edir? Yoxsa, “sürətli viza” kimi təyyarəyə qədər müşayiət də Fransa səfirliyinin sadəcə Leyla Yunusa istisnasıdır...
Əlbəttə ki, ABŞ və Fransa səfirliklərinin fəaliyyəti Azərbaycanın daxili işlərinə kobud müdaxilə və “Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. İstər KİV, istərsə də Azərbaycan cəmiyyəti bu diplomatik korpusların tutduqları əməllərə və göstərdikləri bu cür qanunsuz fəaliyyətlərə görə izahat tələb edir. Güman edirik ki, Fransa və ABŞ səfirlikləri öz əməkdaşlarının qeyri-qanuni əməlləri ilə bağlı izahat verəcəklər...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

