İtaliyanın “AGC Communication” xəbər portalında Azərbaycan səfirinin müsahibəsi yerləşdirilib
16.04.2014 [09:13]
İtaliyanın “AGC Communication” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi yerləşdirilib. Səfir müsahibəsində Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə mövqeyi, Avropa İttifaqı (Aİ), o cümlədən İtaliya ilə əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə məlumat verib.
Bildirilib ki, qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan hər zaman Qərb və Şərq arasında körpü rolunu oynayıb. Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməkdədir. İqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı ölkələri sırasında olan Azərbaycanda hətta qlobal maliyyə böhranı illərində də bu artım müşahidə olunub.
Səfir bildirib ki, Azərbaycan İtaliya ilə bir çox istiqamətlərdə, xüsusilə iqtisadi sahədə sıx əməkdaşlıq edir. Azərbaycan-Aİ münasibətlərindən danışan V.Sadıqov ölkəmiz ilə qurum arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Vurğulanıb ki, Avropa ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün önəmli məsələlərdən biridir. Aİ-nin Qonşuluq Siyasəti çərçivəsində ölkəmiz qurumla fəal əməkdaşlıq edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin və digər beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına dair qərarlarına və sənədlərinə hələ də əməl olunmur.
Diqqətə çatdırılıb ki, hələ keçmiş dövrlərdən ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları olub. Bu iddiaların əsasında isə “böyük Ermənistan” yaratmaq xülyası dayanır. Münaqişənin yeganə həlli yolu erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarıdır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

