/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub
07.03.2014 [09:24]
Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kəllə-üz nahiyəsinin inkişafında qüsurlar olan və sinir sistemi xəstəlikləri ilə doğulmuş uşaqlara tibbi yardım üzrə Moskva Elmi-Təcrübə Mərkəzində olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı uşaqlara tibbi yardım üzrə ETM-in direktoru, tibb elmləri doktoru, professor, RTEA-nın akademiki, Rusiya Federasiyasının Əməkdar Həkimi Andrey Pritıko qarşılayıb. O, 1995-ci ildə yaradılmış mərkəzin işindən danışıb və qeyd edib ki, ETM dövlət səhiyyə müəssisəsidir və uşaqlara həyatının ilk günlərindən 18 yaşınadək ixtisaslaşdırılmış tibbi yardım göstərir. Mərkəzdə yüksək ixtisaslı mütəxəssislər işləyirlər. Onların arasında 20 tibb elmləri doktoru, 32 tibb elmləri namizədi var. Mərkəzin bir çox mütəxəssisləri müəllimlik fəaliyyəti ilə məşğul olur, təcrübə və biliklərini gələcək həkimlərə öyrədirlər.
Sonra Leyla Əliyeva neyrocərrahiyyə, yeni doğulmuş və vaxtından əvvəl doğulmuş uşaqların patologiyası, onkologiya şöbələrində yaradılmış şəraitlə tanış olub, kliniki-diaqnostika laboratoriyasını, şüa diaqnostikası şöbəsini, genetika xidmətini gəzib. Palatalarda Leyla Əliyeva xəstəxanada müalicə olunan uşaqlarla və onların valideynləri ilə söhbət edib. Hər bir şöbənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə metodları barədə məlumat verib. Uşaqların hər birinə Heydər Əliyev Fondu adından hədiyyələr paylanıb.
Leyla Əliyevaya mərkəzdə işləyən azərbaycanlı həkimlər təqdim olunub. Onlar qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvada təhsil alıblar.
Sonra klinikanın rəhbərləri ilə işgüzar söhbət olub. Elmi-Təcrübə Mərkəzinin direktoru A.Pritıko qeyd edib ki, bizim mərkəzdə müalicə olunan uşaqlar əlamətdar günlərdə və bayramlarda Heydər Əliyev Fondundan hədiyyələr alırlar. O, xəstə uşaqlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda həyata keçirilən “Diabet xəstəsi olan uşaqlara daha çox qayğı” proqramından və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda tikilən Talassemiya Mərkəzinin fəaliyyətindən danışıb. Görüşdə Moskva mərkəzi ilə Azərbaycanın tibb müəssisələri arasında palliativ yardım sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub.
Leyla Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi əlamətdar günlər və bayramlar ərəfəsində Elmi-Təcrübə Mərkəzində müalicə olunan uşaqları təbrik edir, onlara oyuncaq və şirniyyat verir, mərkəzə isə məişət texnikası bağışlayır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28

